-
Qanunun təkrarı 1:26—28Müqəddəs Kitab
-
-
26 Siz isə Allahınız Yehovanın əmrini rədd edib oraya getmək istəmədiniz.+ 27 Öz çadırlarınızda deyinib söyləndiniz: “Yehovanın bizdən zəhləsi gedir, ona görə də bizi Misirdən çıxarıb ki, amorilərin əlinə verib kökümüzü kəssin. 28 Axı biz hara gedirik? “Oranın camaatı bizdən güclü, bizdən hündürdür. Şəhərləri böyükdür, istehkamları göylərə dirənir.+ Orada Anaq oğullarını+ gördük”, — deyərək qardaşlarımız bizdə ürək-göbək qoymadı”.+
-