12 Davud Kiş oğlu Talutdan gizlənəndə+ Sığlağa+ onun yanına adamlar gəlmişdi. Onlar döyüşdə Davuda kömək edən igidlərdən idi.+ 2 Binyamin qəbiləsindən, Talutun qardaşlarından olan bu adamlar ox-kamanla silahlanmışdılar, həm sağ, həm də sol əllə sapandla daş atmağı+ və ox atmağı bacarırdılar.+