Yuşə
20 Sonra Yehova Yuşəyə dedi: 2 «İsraillilərə belə de: “Musa vasitəsilə sizə buyurduğum kimi, özünüz üçün sığınacaq şəhərlər ayırın.+ 3 Qoy bilmədən, təsadüfən adam öldürən ora qaçsın. Bu şəhərlər intiqamçıdan qaçan adam üçün sığınacaq yeri olacaq.+ 4 Qoy o, bu şəhərlərdən birinə qaçıb+ şəhər darvazasının+ ağzında dursun və hal-qəziyyəni şəhər ağsaqqallarına danışsın. Ağsaqqallar bu adamı şəhərə buraxıb ona orada yer versinlər və o, onların arasında yaşasın. 5 Əgər intiqamçı bu adamı təqib edərsə, onu intiqamçının əlinə verməsinlər, çünki o, soydaşını bilmədən öldürüb, ona qarşı ədavəti olmayıb.+ 6 İcma qarşısında mühakimə olunana qədər o, bu şəhərdə yaşamalıdır+ və həmin vaxt xidmət edən baş kahin ölənəcən orada qalmalıdır.+ Bundan sonra qətl törədən qaçdığı şəhərə, öz şəhərinə, öz evinə qayıda bilər”».+
7 Onda onlar bu şəhərləri ayırdılar: Niftalının dağlıq bölgəsində, Cəlilədəki Qədəsi+, Əfraimin dağlıq bölgəsindəki Sihamı+, Yəhudanın dağlıq bölgəsindəki Kiryat-Arbanı+, yəni Həbrunu, 8 Rubən qəbiləsinin ərazisindən İordan bölgəsində, Ərihadan şərqdə, yayladakı səhrada yerləşən Bəsəri+, Cad qəbiləsinin ərazisindən Giladdakı Ramutu+, Mənəssə qəbiləsinin ərazisindən Başandakı Qulanı.+
9 Bu şəhərləri sığınacaq şəhər kimi ayırdılar. Bilmədən adam öldürən israilli, yaxud israillilərin arasında yaşayan yadelli qaçıb oraya sığınmalıdır+ ki, icma qarşısında məhkəməyə çəkilənə qədər intiqamçı onu öldürməsin.+