BİRİNCİ SALNAMƏLƏR
5 Yafəsin oğulları bunlar idi: Gümər, Məcuc, Maday, Yavən, Tubal,+ Məşəq+ və Tiras.+
6 Gümərin oğulları bunlar idi: Əşkinaz, Rifət və Tücarma.+
7 Yavənin oğulları bunlar idi: Əlişa, Tarşiş, Kittim və Rodanim*.
8 Hamın oğulları bunlar idi: Kuş+, Misraim, Put və Kənan.+
9 Kuşun oğulları bunlar idi: Siba+, Həvilə, Səbtə, Rəhma+ və Səbtəkə.
Rəhmanın oğulları Səba və Didan idi.+
10 Kuşun Nəmrud adında oğlu oldu.+ O, yer üzündə ilk qüdrətli adam oldu.
11 Misraimin Ludim+, Ənamim, Ləhabim, Nəftuhim,+ 12 Patrusim+, Kəsluhim (filiştlilər*+ ondan törəyib) və Kəfturim+ adında oğulları oldu.
13 Kənanın oğulları bunlar idi: ilki Sidon+, Het,+ 14 həmçinin yəbusilər+, amorilər+, girqaşilər+, 15 hivilər+, arqilər, sinilər, 16 arvadilər+, səmarilər, həməsilər.
17 Samın oğulları bunlar idi: Elam+, Aşşur+, Ərfəhsad, Lud və Aram.
Həmçinin Uz, Hul, Qətar və Maş*.+
18 Ərfəhsadın Saleh+, Salehin Abir adında oğlu oldu.
19 Abirin iki oğlu oldu. Birinin adı Faliq*+ idi, çünki onun yaşadığı vaxtda yer* bölünmüşdü. Qardaşının adı Qəhtan idi.
20 Qəhtanın Əlmudad, Səlif, Hazarmavəd, Yarəh,+ 21 Həduram, Uzal, Diqla, 22 Obal, Abimail, Səba, 23 Ofir+, Həvilə+ və Yubab adında oğulları oldu. Bunların hamısı Qəhtanın oğulları idi.
28 İbrahimin oğulları İshaq+ və İsmayıl+ idi.
29 Onların övladları bunlar idi: İsmayılın ilki Nəbayüt+, ondan sonra Qədar+, Ədbiil, Mibşam,+ 30 Mişma, Dumah, Massa, Hədad, Təma, 31 Yətur, Nafiş və Qədma. Bunlar İsmayılın oğulları idi.
32 İbrahimin kənizi Qəturədən+ doğulan oğulları bunlar idi: Zimran, Yöqşən, Mədan, Mədyən+, İşbaq və Şuah+.
Yöqşənin oğulları Səba və Didan+ idi.
33 Mədyənin oğulları bunlar idi: İfah+, İfər, Hənuq, Əbida və Əldah.
Bunların hamısı Qəturənin övladları idi.
34 İbrahimin İshaq adında oğlu oldu.+ İshaqın oğulları Eys+ və İsrail+ idi.
35 Eysin oğulları bunlar idi: Əlifəz, Ruil, Yəuş, Yalam və Qarun.+
36 Əlifəzin oğulları bunlar idi: Təhman+, Ömər, Səfi, Qətam, Qənaz, Timnə və Əmalik.+
37 Ruilin oğulları bunlar idi: Nəhat, Zarah, Şamah və Mizah.+
38 Sairin+ oğulları bunlar idi: Lutan, Şubal, Sibun, Anah, Dişon, İsər və Dişən.+
39 Lutanın oğulları bunlar idi: Xuri və Humam*. Lutanın bacısının adı Timnə idi.+
40 Şubalın oğulları bunlar idi: Alvan, Manahat, Eybal, Şəfi və Unam.
Sibunun oğulları Ayah və Anah idi.+
41 Dişon Anahın oğlu idi.
Dişonun oğulları bunlar idi: Həmdan, Əşban, İfran və Kəran.+
42 İsərin+ oğulları bunlar idi: Bilhən, Zəvan və Əqan.
Dişənin oğulları Uz və Aran idi.+
43 İsraildə hələ padşah olmayan vaxt Ədum+ diyarında padşahlıq edənlər bunlar idi:+ Baur oğlu Bələh. Onun şəhəri Dinhab adlanırdı. 44 Bələh öləndə onun yerinə bozrahlı+ Zarah oğlu Yubab padşah oldu. 45 Yubab öləndə onun yerinə təhmanilərin diyarından olan Huşəm padşah oldu. 46 Huşəm öləndə onun yerinə Muab torpağında mədyəniləri məğlub edən Bədad oğlu Hədad padşah oldu. Onun şəhəri Avit adlanırdı. 47 Hədad öləndə onun yerinə məsriqalı Səmla padşah oldu. 48 Səmla öləndə onun yerinə çay* kənarındakı Rəhbutdan olan Şaul padşah oldu. 49 Şaul öləndə onun yerinə Ahbur oğlu Baalhənan padşah oldu. 50 Baalhənan öləndə onun yerinə Hədad* padşah oldu. Onun şəhəri Pay adlanırdı. Arvadı Mehzab qızı Mətrədin qızı Mehitab idi. 51 Sonra Hədad öldü.
Ədum şeyxləri* bunlar idi: şeyx Timnə, şeyx Alva, şeyx Yəttat,+ 52 şeyx Əhulibam, şeyx İlah, şeyx Finun, 53 şeyx Qənaz, şeyx Təhman, şeyx Mibsar, 54 şeyx Məqdiil və şeyx İram. Bunlar Ədum şeyxləri idi.
2 İsrailin+ oğulları bunlar idi: Rubən+, Şəmun+, Lavi+, Yəhuda+, Yəsakir+, Zəbulun+, 2 Dan+, Yusif+, Binyamin+, Niftalı+, Cad+ və Aşir+.
3 Yəhudanın oğulları bunlar idi: Əir, Onan və Saleh. Onun bu üç oğlu kənani qadından,+ Şuanın qızından doğulmuşdu. Yəhudanın ilki Əir Yehovanın gözündə pis adam idi. Buna görə də Allah onu öldürdü.+ 4 Gəlini Tamardan+ Yəhudanın Farəs+ və Zarah adında oğulları oldu. Yəhudanın beş oğlu var idi.
5 Farəsin oğulları Həsrun və Həmül+ idi.
6 Zarahın oğulları bunlar idi: Zümri, İtan, Himan, Kəlkül və Dara. Cəmi beş oğul.
7 Axar* Qarminin oğlu idi. O, məhv edilməli şeylərlə+ bağlı sədaqətsizlik edib İsrailin başına bəla gətirmişdi.+
8 İtanın oğlu Əzriya idi.
9 Həsrunun oğulları bunlar idi: Yarəhmiil+, Ram+ və Kəlubay*.
10 Ram Əminədabın atası idi.+ Əminədab Nəhsunun+ atası idi. Nəhsun Yəhuda övladlarının başçısı idi. 11 Nəhsun Salmanın+, Salma Buəzin+, 12 Buəz Abidin, Abid Yəssənin atası idi.+ 13 Yəssənin oğulları bunlar idi: ilki Əlyab, ikincisi Əbunədəb+, üçüncüsü Şima+, 14 dördüncüsü Nəsnail, beşincisi Radday, 15 altıncısı Özəm, yeddincisi Davud+. 16 Onların bacıları Sərya və Abiqayil+ idi. Səryanın üç oğlu var idi: Abşay+, Yuab+ və Asail+. 17 Abiqayilin Amassa+ adında oğlu oldu. Amassanın atası ismayıllı Yatir idi.
18 Həsrun oğlu Kalibin arvadı Əzubədən və Yərufdan oğulları oldu. Onun oğulları bunlar idi: Yaşir, Şobab və Ardun. 19 Əzubə öləndə Kalib Əfratı+ aldı və ondan Xur+ oldu. 20 Xurun Ur adında, Urun Bəsalil+ adında oğlu oldu.
21 Sonra Həsrun Giladın atası Mahirin+ qızı ilə yaxınlıq etdi. Altmış yaşında ikən aldığı bu qadından Səqub doğuldu. 22 Səqubun Yair+ adında oğlu oldu. Onun Gilad+ torpağında iyirmi üç şəhəri var idi. 23 Sonralar Qəşur+ və Aram+ Havvut-Yairi+, Kənatı+ və onun bütün ətraf şəhərlərini, cəmi altmış şəhəri onların əlindən aldı. Bunların hamısı Giladın atası Mahirin övladları idi.
24 Həsrun+ Kalib-Əfratda öləndən sonra arvadı Əbiyya ondan Təquhun+ atası Aşhuru+ doğdu.
25 Həsrunun ilki olan Yarəhmiilin oğulları bunlar idi: ilki Ram, Bünah, Örən, Özəm və Əxiyyə. 26 Yarəhmiil Ətarə adında başqa arvad da aldı. O, Unamın anası idi. 27 Yarəhmiilin ilki Ramın oğulları bunlar idi: Məaz, Yəmin və Əqər. 28 Unamın oğulları Şammay və Yada idi. Şammayın oğulları Nadab və Abişur idi. 29 Abişurun arvadının adı Abihail idi. Abihaildən Əxban və Molid doğuldu. 30 Nadabın oğulları Salid və Afaim idi. Salid dünyadan oğulsuz köçdü. 31 Afaimin oğlu Yişi idi. Yişinin oğlu Şişan, Şişanın oğlu Əhlay idi. 32 Şammayın qardaşı Yadanın oğulları Yatir və Yonatan idi. Yatir dünyadan oğulsuz köçdü. 33 Yonatanın oğulları Fələs və Zaza idi. Bunlar Yarəhmiilin övladları idi.
34 Şişanın oğlu yox idi, yalnız qızları var idi. Şişanın Yarhay adlı misirli nökəri var idi. 35 Şişan qızını nökəri Yarhaya verdi. O da ona Attayı doğdu. 36 Attay Natanın, Natan Zəbadın, 37 Zəbad İflalın, İflal Abidin, 38 Abid Yəhunun, Yəhu Əzriyanın, 39 Əzriya Hələzin, Hələz İlyasahın, 40 İlyasah Sismayın, Sismay Səllumun, 41 Səllum Yəqmiyyənin, Yəqmiyyə Əlşamanın atası idi.
42 Yarəhmiilin qardaşı Kalibin+ oğulları bunlar idi: Zifin atası olan ilk oğlu Misa və Həbrunun atası Məraşın oğulları. 43 Həbrunun oğulları bunlar idi: Qarun, Təffua, Rəqim və Şəma. 44 Şəma Rahamın atası idi. Raham Yorqamın atası idi. Rəqim Şammayın atası idi. 45 Şammayın oğlu Məun idi, Məun isə Beyt-Surun+ atası idi. 46 Kalibin cariyəsi İfah Haranı, Mosanı və Cəzizi doğdu. Haran Cəzizin atası idi. 47 Yohdayın oğulları bunlar idi: Riğəm, Yutəm, Qəşən, Fələt, İfah və Şaaf. 48 Kalibin cariyəsi Məkah Səbəri və Tirhanı doğdu. 49 Sonralar o, Madmənnanın+ atası Şaafı, Məhbənanın və Gibanın+ atası Şəvahı doğdu. Kalibin+ qızının adı Axşa+ idi. 50 Bunlar Kalibin övladları idi.
Əfratın+ ilk oğlu Xurun+ oğulları bunlar idi: Kiryat-Yarimin+ atası Şubal, 51 Beytləhmin+ atası Salma, Beyt-Qədrin atası Hərəf. 52 Kiryat-Yarimin atası Şubalın övladları Həryuh və menuhotluların yarısı idi. 53 Kiryat-Yarimdə yaşayan nəsillər bunlar idi: itrililər+, putlular, şumatlılar və mişralılar. Sorahlılar+ və əştullular+ onlardan törəmişdilər. 54 Salmanın övladları bunlar idi: Beytləhmdə+, Nətufahda, Atrut-Beyt-Yuabda yaşayanlar, manahatlıların yarısı və surilər. 55 Yabəsdə yaşayan mirzələrin nəsilləri bunlar idi: tiratlılar, şimatlılar və suhatlılar. Bunlar Rəhab+ evinin atası Həmməsdən törəyən qənilər+ idi.
3 Davudun Həbrunda doğulan oğulları bunlar idi:+ ilkini yizrailli Ahnaamdan+ doğulan Əmnun+, ikincisi karmelli Abiqayildən+ doğulan Dənyal, 2 üçüncüsü Qəşur padşahı Talmayın qızı Məkahdan doğulan Absalam+, dördüncüsü Haqqitdən doğulan Əduniyyə+, 3 beşincisi Abitaldan doğulan Şəfətay, altıncısı arvadı İqlədən doğulan İsram. 4 Davudun bu altı oğlu Həbrunda doğulmuşdu. Davud orada yeddi il altı ay, Yerusəlimdə isə otuz üç il hakimiyyət sürmüşdü.+
5 Davudun Yerusəlimdə doğulan uşaqları bunlar idi:+ Əmailin qızı Badsəbadan+ doğulan dörd oğlu — Şima, Şobab, Natan+ və Süleyman+. 6 Digər doqquz oğlu: İbhar, Əlşama, Əlfəlit, 7 Nuğa, Nafiq, Yafya, 8 Əlşama, Əlyada və Əlfəlit. 9 Cariyələrin oğullarından başqa Davudun bütün oğulları bunlar idi. Onların Tamar adında bacısı var idi.+
10 Süleymanın oğlu Rəhabam+, onun oğlu Əbiyya+, onun oğlu Asa+, onun oğlu Yəhuşafat+, 11 onun oğlu Yəhuram+, onun oğlu Əhəzya+, onun oğlu Yuəs+, 12 onun oğlu Amisay+, onun oğlu Əzriya+, onun oğlu Yutəm+, 13 onun oğlu Əhəz+, onun oğlu Hizqiyyə+, onun oğlu Mənəssə+, 14 onun oğlu Amun+, onun oğlu Yuşiyyə+ idi. 15 Yuşiyyənin oğulları bunlar idi: ilki Yuhənna, ikincisi Yəhyakim+, üçüncüsü Sidqiyyə+, dördüncüsü Səllum. 16 Yəkunya+ Yəhyakimin oğlu idi, Sidqiyyə Yəkunyanın oğlu idi. 17 Əsirliyə aparılmış Yəkunyanın oğulları bunlar idi: Şəəltiil, 18 Məlkiram, Fəday, Sinəzzər, Yəqmiyyə, Huşam və Nədəbya. 19 Fədayın oğulları Zərubabil+ və Şimay idi. Zərubabilin oğulları Məşullam və Hənaniyyə idi. (Səlimət onların bacısı idi.) 20 Digər beş oğlu — Haşub, Ohil, Bərxiya, Həsədi, Yuşab-Həsəd. 21 Hənaniyyənin oğulları Fəlati və Yaşay idi. Yaşayın oğlu Rəfay, Rəfayın oğlu Ərnan, Ərnanın oğlu Əbdiya, Əbdiyanın oğlu Səkənya idi. 22 Səkənyanın övladları Şəmay və onun oğulları Həttuş, Yəqəl, Bəryax, Nərya və Şafat idi. Cəmi altı nəfər. 23 Nəryanın oğulları bunlar idi: İlyənay, Hizqiya və Əzriqəm. Cəmi üç oğul. 24 İlyənayın oğulları bunlar idi: Xudaviyyə, Əlyasib, Fəlay, Aqqub, Yuhənna, Dəlay və Ənani. Cəmi yeddi oğul.
4 Yəhudanın oğulları bunlar idi: Farəs+, Həsrun+, Qarmi, Xur+ və Şubal+. 2 Şubalın oğlu Rəyanın Yahəs adında, Yahəsin Axumay və Lahad adında oğlu oldu. Bunlar sorahlıların+ nəsilləri idi. 3 Etamın+ atasının* oğulları bunlar idi: Yizrail, İsma, İdbəs (bacılarının adı Həsləlpəna idi), 4 Cədurun atası Fənuil və Huşahın atası İsər. Bunlar Əfratın ilk oğlu, Beytləhmin+ atası Xurun+ oğulları idi. 5 Təquhun+ atası Aşhurun+ Həla və Nara adında iki arvadı var idi. 6 Nara ona Əhuzzəmi, Həfəri, Təməni və Axaştarı doğdu. Bunlar Naranın oğulları idi. 7 Həladan doğulan oğullar bunlar idi: Sərit, İshar və İtan. 8 Quzun övladları bunlar idi: Ənub, Sobba və Harum oğlu Əhrailin nəsli.
9 Yabəs qardaşları içində ən hörmətlisi idi. Anası: «Onu ağrı içində doğdum», — deyərək adını Yabəs* qoymuşdu. 10 Yabəs İsrailin Allahını çağırıb dedi: «Nə olar, mənə xeyir-dua ver, torpağımı genişləndir, mənə dayaq ol, xata-baladan məni uzaq et». Allah onun diləyini yerinə yetirdi.
11 Şuhahın qardaşı Kəlubun Mehir adında oğlu oldu. Mehir Əstunun atası idi. 12 Əstunun Beytrəfa, Fasih və Təhinnah adında oğulları oldu. Təhinnah İr-Nahaşın atası idi. Bunlar rəqahlılar idi. 13 Qənazın oğulları Üsniil+ və Sərəyah idi. Üsniilin Xətat adında oğlu var idi. 14 Məhnutayın Öfra adında oğlu oldu. Sərəyahın Yuab adında oğlu oldu. Yuab Cəhərşimin* atası idi. Onlar sənətkar olduqlarından şəhər belə adlanırdı.
15 Yufənna oğlu Kalibin+ oğulları bunlar idi: İru, İlah və Naam. İlahın Qənaz adında oğlu var idi. 16 Yəhalilin oğulları bunlar idi: Zif, Zifah, Tirya və Əsaril. 17 Əzranın oğulları bunlar idi: Yatir, Mered, İfər və Yalun. O* hamilə qalıb ona Məryəmi, Şammayı və İştimanın atası İşbanı doğdu. 18 (Onun yəhudi arvadı Cədurun atası Yərədi, Soqonun atası Habiri və Zənahın atası Yəqusəili doğdu.) Bunlar Meredin arvadı firon qızı Bidiyyənin oğulları idi.
19 Nahamın bacısı, Hudyanın arvadının oğulları geremli Qəylanın və məkati İştimanın atası idi. 20 Şəmunun oğulları bunlar idi: Əmnun, Rinna, Bənhənan və Tilon. Yişinin oğulları Zöhət və Bənzöhət idi.
21 Yəhudanın oğlu Salehin+ övladları bunlar idi: Ləcahın atası Əir, Məraşın atası Ladah, Əşbiya nəslindən zərif parça toxuyan ustaların ailələri, 22 Yuqim, kəzbalılar, Yuəş, Səraf (bunlar muabi arvadlar almışdılar), Yəşubləhm. Bu məlumat qədim yazılardan götürülüb. 23 Onlar Nətaim və Cədərədə yaşayan dulusçular idilər, orada yaşayıb padşah üçün işləyirdilər.
24 Şəmunun+ oğulları bunlar idi: Nəmuil, Yəmin, Yarib, Zarah, Şaul.+ 25 Şaulun oğlu Səllum, Səllumun oğlu Mibşam, Mibşamın oğlu Mişma idi. 26 Mişmanın övladları bunlar idi: Həmuil, onun oğlu Zəqqur, onun oğlu Şimay. 27 Şimayın on altı oğlu, altı qızı var idi; qardaşlarınınsa bu qədər oğlu yox idi. Onların heç birinin ailəsində Yəhudanın oğullarında olduğu qədər oğlan yox idi.+ 28 Onların yaşadığı yerlər bunlar idi: Biir-Səba+, Molad+, Hazar-Şual+, 29 Bəlhə, Əzəm+, Tolad, 30 Bətuil+, Horma+, Sığlaq+, 31 Beyt-Mərəkbut, Hazar-Suzim+, Beyt-Biri və Şəraim. Bu şəhərlər Davudun padşahlıq etdiyi vaxta qədər onların idi.
32 Onların yaşayış məskənləri bunlar idi: Etam, Ayin, Rimmun, Tükən və Aşan+. Cəmi beş şəhər. 33 Onların bu şəhərlər ətrafında olan yaşayış məskənləri Baala qədər uzanırdı. Bu, onların nəsil şəcərəsi və yaşadığı yerlərin adlarıdır. 34 Şəmunun nəsil şəcərəsinə bunlar da daxildir: Meşobab, Yəmlək, Amisay oğlu Yuşəh, 35 Yuil, Əsailin nəticəsi, Sərəyahın nəvəsi, Yuşibyanın oğlu Yəhu, 36 İlyənay, Yaqubah, Yəşuhay, Əsyah, Adail, Yəsmiil, Bənayi, 37 Ziza (Ziza Şifinin, Şifi Allunun, Allun Yadayın, Yaday Şimrinin, Şimri Şəmayın oğlu idi). 38 Adları sadalanan bu adamlar nəsil başçıları idilər; onların nəsli artıb-çoxalmışdı. 39 Onlar sürülərinə otlaq axtara-axtara vadinin şərqinə, Cədur şəhərinin girişinə qədər gəlib çıxmışdılar. 40 Axırda gömgöy otlaqlar tapdılar. O diyar geniş, sakit və dinc yer idi. Əvvəllər orada Hamın+ nəslindən olanlar yaşayırdı. 41 Adları qeydə alınan bu adamlar Yəhuda padşahı Hizqiyyənin+ dövründə ora gəlib orada yaşayan hamlıların və məunların çadırlarını dağıtdılar, hamısını qırıb kökünü kəsdilər və torpaqlarında məskunlaşdılar, çünki orada sürüləri üçün otlaqlar var idi.
42 Şəmunlulardan 500 nəfər Yişi oğulları Fəlatinin, Nəryanın, Rəfayın və Üzziilin başçılığı altında Sair dağına+ gedib 43 sağ qalan əmaliqələri+ qırdılar və orada məskən saldılar. Onlar bu günədək orada yaşayırlar.
5 İsrailin ilki Rubən+ idi. O, ilk oğul olsa da, atasının yatağını ləkələdiyi üçün+ ilk oğulluq haqqı İsrail oğlu Yusifin oğullarına verilmişdi.+ Beləliklə, o, nəsil şəcərəsində ilk oğulluq haqqıyla qeydə alınmadı. 2 Yəhuda+ qardaşlarından üstün olsa da, rəhbər ondan gəlsə də,+ ilk oğulluq haqqı Yusifə məxsus idi. 3 İsrailin ilki Rubənin oğulları bunlar idi: Hənuq, Fəllu, Həsrun və Qarmi.+ 4 Şəmay Yuilin oğlu idi. Onun oğlu Yəcuc, onun oğlu Şimay, 5 onun oğlu Mikə, onun oğlu Rəya, onun oğlu Baal, 6 onun oğlu Biyirah idi. Onu Aşşur padşahı Tiqlatpalasar+ əsir aparmışdı. O, rubənlilərin başçısı idi. 7 Onun nəsil şəcərəsində ailələrinə görə, mənşələrinə görə qardaşları bunlar idi: başçı Yaəl, Zəkəriyyə 8 və Yuilin nəticəsi, Şəmanın nəvəsi, Əzazın oğlu Bələh. O, Aruirdə+, Nəba və Baal-Məuna+ qədər olan ərazidə yaşayırdı. 9 Şərqdə onun torpaqları Fərat çayı+ sahilindəki çöllüyün başlanğıcına qədər idi. Çünki onların sürüləri Gilad torpağında+ çox artmışdı. 10 Talutun dövründə onlar həcərilərlə müharibə edib onları məğlub etmişdilər. Beləcə, onlar Giladdan şərqdəki bütün torpaqlarda çadır qurub məskən saldılar.
11 Onların yanında, Səlxəyədək+ Başan diyarında Cad övladları yaşayırdı. 12 Yuil başçı idi, ondan sonra Şafam gəlirdi, Yanay və Şafat da Başanda başçı idilər. 13 Onların nəsillərindən olan qohumları bunlar idi: Mikayıl, Məşullam, Səba, Yuray, Yakan, Ziya, Abir. Cəmi yeddi nəfər. 14 Bunlar Abihailin oğulları idi. Abihail Xurinin, Xuri Yuryahın, Yuryah Giladın, Gilad Mikayılın, Mikayıl Yəşişayın, Yəşişay Yəhdunun, Yəhdu Buzun oğlu idi. 15 Quni oğlu Əbdiilin oğlu Əxi onların nəsil başçısı idi. 16 Onlar Giladda+, Başanda+ və onun ətraf şəhərlərində, bütün Şaron otlaqlarının ərazisində yaşayırdılar. 17 Onların adları Yəhuda padşahı Yutəmin+ və İsrail padşahı Ərubamın*+ dövründə nəsil şəcərələrində qeyd olundu.
18 Rubənlilər, cadlılar və Mənəssə qəbiləsinin yarısının döyüşə qabil, qılınc-qalxan tutan, yay-kamanla silahlanmış 44 760 igid döyüşçüsü var idi. Onların hamısı hərbi təlim keçmişdi. 19 Onlar həcərilərlə+, Yəturla, Nafişlə+ və Nədubla müharibə etmişdilər. 20 Müharibədə kömək aldıqlarından həcəriləri və onların müttəfiqlərini məğlub etmişdilər. Onlar müharibə vaxtı Allahdan imdad diləmişdilər, Allah da Ona güvəndikləri üçün+ onların yalvarışına cavab vermişdi. 21 Onların heyvanlarını — 50 000 dəvə, 250 000 qoyun, 2000 eşşək ələ keçirmiş, 100 000 nəfər adamı əsir götürmüşdülər. 22 O vaxt çoxlu adam həlak olmuşdu. Çünki müharibəni Allah aparırdı.+ Onlar sürgünə qədər öz yurdlarında yaşadılar.+
23 Mənəssə qəbiləsinin yarısı+ Başan diyarından Baal-Hərmuna, Sənirə və Hərmun dağına+ qədər olan torpaqlarda yaşayırdı. Onların sayı-hesabı yox idi. 24 Onların nəsil başçıları bunlar idi: İfər, Yişi, Əliil, Əzriil, Ərəmya, Xudaviyyə, Yəhdil. Onlar igid döyüşçülər, adlı-sanlı adamlar, nəsil başçıları idilər. 25 Amma ata-babalarının Allahına sədaqətsizlik etdilər, Allahın onların önündə məhv etdiyi ölkə xalqlarının allahları ilə Ona xəyanət etdilər.+ 26 Buna görə İsrailin Allahı Aşşur padşahı+ Pülün (Aşşur padşahı Tiqlatpalasar)+ ürəyində niyyət oyatdı, o, rubənliləri, cadlıları və Mənəssə qəbiləsinin yarısını Halaha, Habora, Haraya və Qozan çayının sahilinə sürgün etdi.+ Onlar bu günədək oradadırlar.
6 Lavinin+ oğulları bunlar idi: Hirsən, Kəhat+ və Merar.+ 2 Kəhatın oğulları bunlar idi: İmran, İshar+, Həbrun və Üzziil+. 3 İmranın+ övladları bunlar idi: Harun+, Musa+ və Məryəm+. Harunun oğulları bunlar idi: Nadab, Abihu+, Əlyazar+ və İsamar+. 4 Əlyazarın Fənhas+ adında oğlu oldu. Fənhasın Abişu, 5 Abişunun Buqqi, Buqqinin Uzzi, 6 Uzzinin Zarahya, Zarahyanın Məryut, 7 Məryutun Əmariyyə, Əmariyyənin Əxitub+, 8 Əxitubun Sadıq+, Sadığın Əximas+, 9 Əximasın Əzriya, Əzriyanın Yuhənna, 10 Yuhənnanın Əzriya adında oğlu oldu. O, Süleymanın Yerusəlimdə tikdiyi məbəddə kahin idi.
11 Əzriyanın Əmariyyə, Əmariyyənin Əxitub, 12 Əxitubun Sadıq+, Sadığın Səllum, 13 Səllumun Xilqiyyə+, Xilqiyyənin Əzriya, 14 Əzriyanın Sərəyah+, Sərəyahın Yəhusadiq+ adında oğlu oldu. 15 Yehova Navuxodonosorun əli ilə Yəhuda və Yerusəlim əhalisini sürgünə göndərəndə Yəhusadiq də onların arasında idi.
16 Lavinin oğulları bunlar idi: Hirsəm*, Kəhat və Merar. 17 Hirsəmin oğullarının adları Libni və Şimay idi.+ 18 Kəhatın oğulları bunlar idi: İmran, İshar, Həbrun və Üzziil.+ 19 Merarın oğulları Məhli və Muşi idi.
Lavililərin nəsil başçılarının adları:+ 20 Hirsəmin övladları:+ Libni, onun oğlu Yahəs, onun oğlu Zimmah, 21 onun oğlu Yuah, onun oğlu İddu, onun oğlu Zarah, onun oğlu Yətray. 22 Kəhatın övladları: Əminədab, onun oğlu Qarun+, onun oğlu Əsir, 23 onun oğlu Əlqəna, onun oğlu Əbiasəf+, onun oğlu Əsir, 24 onun oğlu Tahat, onun oğlu Uriil, onun oğlu Üziyyə, onun oğlu Şaul. 25 Əlqənanın oğulları: Əməsay və Əximut. 26 Əlqənanın övladları: Sofay, onun oğlu Nəhat, 27 onun oğlu Əlyab, onun oğlu Yərahim, onun oğlu Əlqəna+. 28 İşmuilin+ oğulları: ilki Yuil, ikincisi Əbiyya.+ 29 Merarın övladları: Məhli,+ onun oğlu Libni, onun oğlu Şimay, onun oğlu Üzzah, 30 onun oğlu Şima, onun oğlu Həqqiya, onun oğlu Əsyah.
31 Əhd sandığı Yehovanın evinə gətiriləndən sonra Davud orada məzmur oxuyanlar üzərində rəhbərlər təyin etmişdi.+ 32 Süleyman Yerusəlimdə Yehovanın evini tikənə qədər+ onlar Müqəddəs çadırın, yəni Hüzur çadırının önündə məzmur oxuyurdular. Hər biri ona həvalə olunan vəzifəni yerinə yetirməklə xidmətini icra edirdi.+ 33 Oğulları ilə birgə xidmət edənlər bunlar idi: kəhatlılardan məzmur oxuyan Himan+. Himan Yuilin+, Yuil İşmuilin, 34 İşmuil Əlqənanın+, Əlqəna Yərahimin, Yərahim Əliilin, Əliil Toahın, 35 Toah Sufun, Suf Əlqənanın, Əlqəna Mahatın, Mahat Əməsayın, 36 Əməsay Əlqənanın, Əlqəna Yuilin, Yuil Əzriyanın, Əzriya Səfənyanın, 37 Səfənya Tahatın, Tahat Əsirin, Əsir Əbiasəfin, Əbiasəf Qarunun, 38 Qarun İsharın, İshar Kəhatın, Kəhat Lavinin, Lavi İsrailin oğlu idi.
39 Himanın yanında qardaşı Asəf+ dururdu. Asəf Bərxiyanın, Bərxiya Şimanın, 40 Şima Mikayılın, Mikayıl Bəəssənin, Bəəssə Məlkiyyənin, 41 Məlkiyyə İsninin, İsni Zarahın, Zarah Adayın, 42 Aday İtanın, İtan Zimmahın, Zimmah Şimayın, 43 Şimay Yahəsin, Yahəs Hirsəmin, Hirsəm Lavinin oğlu idi.
44 Solda qardaşları Merar+ övladlarından İtan dururdu.+ İtan Qişinin, Qişi Əbdənin, Əbdə Məlluxun, 45 Məllux Həşbiyyənin, Həşbiyyə Amisayın, Amisay Xilqiyyənin, 46 Xilqiyyə Amsinin, Amsi Bənninin, Bənni Səmirin, 47 Səmir Məhlinin, Məhli Muşinin, Muşi Merarın, Merar Lavinin oğlu idi.
48 Onların qardaşları lavililərə Allahın evindəki, Müqəddəs çadırdakı bütün işlər həvalə olunmuşdu.+ 49 Harun və oğulları+ İsrailin günahlarının kəffarəsi üçün+ Allahın qulu Musanın verdiyi bütün əmrlərə uyğun olaraq, son dərəcə müqəddəs şeylərlə əlaqədar bütün işləri yerinə yetirir, yandırma qurbangahında+ və buxur qurbangahında+ qurban tüstüsü təqdim edirdilər. 50 Harunun övladları:+ Əlyazar+, onun oğlu Fənhas, onun oğlu Abişu, 51 onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zarahya, 52 onun oğlu Məryut, onun oğlu Əmariyyə, onun oğlu Əxitub+, 53 onun oğlu Sadıq+, onun oğlu Əximas.
54 Onların yaşadığı və düşərgə saldığı torpaqlar bunlardır. İlk püşk Kəhat nəslindən olan Harun övladlarına düşdü. 55 Yəhuda torpağında olan Həbrunla+ ətraf otlaqları onlara verildi. 56 Lakin şəhərin torpaq sahələri və kəndləri Yufənna oğlu Kalibə verildi.+ 57 Harunun oğullarına sığınacaq şəhərlər*+ kimi Həbrun+, eləcə də Libna+ ilə otlaqları, Yəttir+, İştima ilə otlaqları,+ 58 Xiləzlə otlaqları, Dəbirlə+ otlaqları, 59 Aşanla+ otlaqları, Beyt-Şəmslə+ otlaqları, 60 Binyamin qəbiləsinin torpağından Giba+ ilə otlaqları, Əlimət ilə otlaqları və Ənatutla+ otlaqları verildi. Onların nəsillərinin ümumilikdə on üç şəhəri var idi.+
61 Qalan kəhatlılara digər qəbilənin nəslinin və Mənəssə qəbiləsinin yarısının torpaqlarından püşklə on şəhər verildi.+
62 Nəsillərinə görə hirsəmlilərə Yəsakir, Aşir, Niftalı qəbilələrinin torpaqlarından və Mənəssə qəbiləsinin Başandakı torpağından on üç şəhər verildi.+
63 Nəsillərinə görə merarlılara Rubən, Cad və Zəbulun qəbilələrinin torpaqlarından püşklə on iki şəhər verildi.+
64 Beləcə, israillilər lavililərə otlaqları ilə birlikdə bu şəhərləri verdilər.+ 65 Bundan əlavə, onlara püşklə Yəhuda, Şəmun və Binyamin qəbilələrinin torpaqlarından adları sadalanan bu şəhərlər verildi.
66 Kəhat nəsillərindən bir qisminə Əfraim qəbiləsinin torpağından şəhərlər verildi.+ 67 Onlara sığınacaq şəhərlər* kimi Əfraim dağlıq bölgəsində Sihamla+ otlaqları, eləcə də Cəzərlə+ otlaqları, 68 Yuğmimlə otlaqları, Beyt-Hurunla+ otlaqları, 69 Ayalonla+ otlaqları, Cat-Rimmunla+ otlaqları verildi. 70 Qalan Kəhat nəsillərinə Mənəssə qəbiləsinin yarısının torpağından Anerlə otlaqları və Bilamla otlaqları verildi.
71 Hirsəmlilərə bu şəhərlər verildi: Mənəssə qəbiləsinin yarısının torpağından Başanda Qulan+ ilə otlaqları və Əştərutla otlaqları,+ 72 Yəsakir qəbiləsinin torpağından Qədəslə otlaqları, Dəbrətlə otlaqları,+ 73 Ramutla otlaqları, Anemlə otlaqları, 74 Aşir qəbiləsinin torpağından Maşalla otlaqları, Əbdunla otlaqları,+ 75 Huqoqla otlaqları, Rəhubla+ otlaqları, 76 Niftalı qəbiləsinin torpağından Cəlilədə+ Qədəslə+ otlaqları, Həmmunla otlaqları və Kiryataimlə otlaqları.
77 Qalan merarlılara bu şəhərlər verildi: Zəbulun qəbiləsinin torpağından+ Rimmunu ilə otlaqları, Taburla otlaqları, 78 Rubən qəbiləsinin torpağından İordan bölgəsində, Əriha yaxınlığında, İordanın şərqində çöllükdə yerləşən Bəsərlə otlaqları, Yahasla+ otlaqları, 79 Kədimutla+ otlaqları, Mehpatla otlaqları. 80 Cad qəbiləsinin torpağından Giladda Ramutla otlaqları, Mahanayimlə+ otlaqları, 81 Həşbunla+ otlaqları və Yazirlə+ otlaqları.
7 Yəsakirin oğulları bunlar idi: Tohla, Fuəh, Yəşub, Şimrun.+ Cəmi dörd oğul. 2 Tohlanın oğulları bunlar idi: Uzzi, Rəfay, Əriil, Yəhma, İbsam və Şamuil. Hamısı nəsil başçıları idi. Tohladan törəyənlər igid döyüşçülər idi. Davudun dövründə onların sayı 22 600 nəfər idi. 3 İzrəhya Uzzinin oğlu idi. İzrəhyanın oğulları bunlar idi: Mikayıl, Əbdiya, Yuil, İşya. Onların beşi də başçı idi. 4 Onlarla orduda mənşələrinə, nəsillərinə görə döyüşə yararlı 36 000 döyüşçü var idi. Çünki onların nəsillərində çoxlu arvadlar və oğlan uşaqları var idi. 5 Onların bütün Yəsakir nəsillərindən olan qardaşları igid döyüşçülər idi. Nəsil şəcərəsində qeyd olunduğu kimi, onların sayı 87 000 nəfər idi.+
6 Binyaminin+ oğulları bunlar idi: Bələh+, Bəkir+, Yədail+. Cəmi üç nəfər. 7 Bələhin oğulları bunlar idi: Əzbun, Uzzi, Üzziil, Ərimut, İri. Bu beş nəfər nəsil başçısı və igid döyüşçü idi. Onların nəsil şəcərəsində 22 034 nəfər qeyd olunmuşdu.+ 8 Bəkirin oğulları bunlar idi: Zəmrah, Yuəş, Əlyəzər, İlyənay, Omri, Ərəmut, Əbiyya, Ənatut, Əlimət. Bunların hamısı Bəkirin oğulları idi. 9 Onların nəsil şəcərəsində mənşələrinə görə, nəsil başçılarına görə 20 200 igid döyüşçü qeyd olunmuşdu. 10 Bilhən Yədailin+ oğlu idi. Bilhənin oğulları bunlar idi: Yəuş, Binyamin, Əhud, Kənanah, Zətan, Tarşiş, Əxsəhər. 11 Bunlar nəsil başçılarına görə Yədail övladlarıdır. Onların arasında döyüşə çıxmağa hazır 17 200 nəfər igid döyüşçü var idi.
12 İrin+ oğulları Şuffim və Huffim idi. Xuşlular Axirin övladları idi.
13 Niftalının oğulları bunlar idi:+ Yəhzil, Quni, Yasir və Səllum. Bunlar Bəlhənin övladları idi.+
14 Əsriil Mənəssənin+ oğlu idi. Onu arami cariyə doğmuşdu. (Bu qadın Giladın atası Mahiri+ doğmuşdu. 15 Mahir Huffimə və Şuffimə arvad aldı. Bacılarının adı Məkah idi.) İkinci oğlu Səlövhəd+ idi. Səlövhədin yalnız qızları var idi.+ 16 Mahirin arvadı Məkah ona oğul doğdu və adını Fərəş qoydu. Qardaşının adı Sarəs idi. Onun oğulları Ulam və Rəqim idi. 17 Ulamın oğlu Bədan idi. Bunlar Mənəssə oğlu Mahirin oğlu Giladın oğulları idi. 18 Giladın bacısı Məlikə idi. Məlikənin İşhud, Əbusər və Məhla adlı uşaqları oldu. 19 Şəmidin oğulları bunlar idi: Əxyan, Siham, Liqhi və Ənyam.
20 Şütəlah+ Əfraimin+ oğlu idi. Onun oğlu Bərəd, onun oğlu Tahat, onun oğlu İlyada, onun oğlu Tahat, 21 onun oğlu Zəbad, onun oğlu Şütəlah idi. İsər və İlyad da Əfraimin oğulları idi. O torpağın yerli sakinləri olan catlılar+ onları öldürdülər, çünki onların mal-qarasını aparmağa gəlmişdilər. 22 Ataları Əfraim uzun müddət yas saxladı. Qardaşları təsəlli vermək üçün onun yanına gəlirdilər. 23 Sonra o, arvadı ilə yaxınlıq etdi və arvadı hamilə qalıb oğul doğdu. Oğlunun adını Bərya* qoydu, çünki arvadı onu evlərinə bəla gələn vaxt doğmuşdu. 24 Onun qızı Şərah idi. O, Aşağı və Yuxarı Beyt-Hurunu+ və Üzzən-Şərahı tikmişdi. 25 Rəfah və Reşef Əfraimin övladları idi. Reşefin oğlu Təlah, onun oğlu Təhan, 26 onun oğlu Ladan, onun oğlu Amihud, onun oğlu Əlşama, 27 onun oğlu Nun, onun oğlu Yuşə+ idi.
28 Onların torpaqları və yaşadıqları ərazilər bunlar idi: Beytel+ və ətraf şəhərlər, şərqdə Naharan, qərbdə Cəzər və ətraf şəhərlər, Siham və ətraf şəhərlər, həmçinin Ayyaha* və ətraf şəhərlərə qədər olan ərazi; 29 Mənəssə övladlarının sərhədinin yanında Beyt-Şəən+ və ətraf şəhərlər, Tanaq+ və ətraf şəhərlər, Megiddo+ və ətraf şəhərlər, Dor+ və ətraf şəhərlər. Burada İsrail oğlu Yusifin övladları yaşayırdı.
30 Aşirin övladları bunlar idi: İmnah, İşva, Yişvi, Bərya+ və onların bacıları Səra.+ 31 Bəryanın oğulları Habir və Birzəyitin atası Məlkiil idi. 32 Habirin oğulları bunlar idi: Yaflət, Somir və Hotam. Şua onların bacısı idi. 33 Yaflətin oğulları bunlar idi: Fəsaq, Bimhal və Əşvaz. Onlar Yaflətin oğulları idi. 34 Səmirin* oğulları bunlar idi: Əxi, Rugah, Xubba və Aram. 35 Qardaşı Hələmin* oğulları bunlar idi: Sofah, İmna, Şəliş və Amal. 36 Sofahın oğulları bunlar idi: Suah, Harnəfər, Şual, Biri, İmrah, 37 Bəsər, Hud, Şamma, Şilşah, İfran və Biyir. 38 Yatirin oğulları bunlar idi: Yufənna, Fispa və Əra. 39 Ullanın oğulları bunlar idi: Ərah, Hənail və Riza. 40 Bunların hamısı Aşirin oğulları idi. Onlar nəsil başçısı, say-seçmə igid döyüşçü və başçıların başçısı idi. Onların nəsil şəcərəsində+ döyüşə yararlı 26 000 nəfər+ qeyd olunmuşdu.
8 Binyaminin+ oğulları bunlar idi: ilk oğlu Bələh+, ikincisi Əşbil+, üçüncüsü Əhra, 2 dördüncüsü Nuxa, beşincisi Rafa. 3 Bələhin oğulları bunlar idi: Addar, Qirah+, Abihud, 4 Abişu, Neman, Əxya, 5 Qirah, Şufam və Xuram. 6 Manahata əsir aparılan, Giba+ sakinlərinin nəsil başçıları olan Əhud oğulları bunlar idi: 7 Neman, Əxiyyə və Qirah. Xalqı əsirliyə aparan Qirah Üzza və Əxiudun atası idi. 8 Səhərəyim onları göndərəndən sonra Muabda oğulları oldu. Huşim və Bəarə onun arvadları idi*. 9 O biri arvadı Hüdisdən doğulan oğulları bunlar idi: Yubab, Zibya, Misa, Məlkum, 10 Yəus, Səkya və Mirmah. Onun bu oğulları nəsil başçıları idilər.
11 Səhərəyimin arvadı Huşimdən doğulan oğulları Əbitub və İlfəal idi. 12 İlfəalın oğulları bunlar idi: Abir, Mişam, Şamid (o, Unuhu+ və ətraf şəhərləri ilə birlikdə Lodu+ tikmişdi), 13 Bərya və Şəma. Onlar Ayalon+ sakinlərinin nəsil başçıları idilər. Onlar Cat sakinlərini qovmuşdular. 14 Əxyu, Şaşaq, Ərəmut, 15 Zəbədya, Arad, Ədər, 16 Mikayıl, İşpa və Yoha Bərya oğulları idi. 17 Zəbədya, Məşullam, Hizqi, Habir, 18 İsməray, İsliyah və Yubab İlfəal oğulları idi. 19 Yaqim, Zəkri, Zəbdi, 20 Əlyənay, Siltay, Əliil, 21 Aday, Bəryah və Şimrat Şimay oğulları idi. 22 İşpan, Abir, Əliil, 23 Əbdun, Zəkri, Hənan, 24 Hənaniyyə, Elam, Ənatuti, 25 İfdəy və Fənuil Şaşaq oğulları idi. 26 Şəmşiray, Şəhriya, Ətəlya, 27 Yaərşiyyə, İlyas və Zəkri Yərahim oğulları idi. 28 Bunlar mənşələrinə görə nəsil başçıları idi. Onlar Yerusəlimdə yaşayırdılar.
29 Gibyonun atası Yaəl Gibyonda+ yaşayırdı. Arvadının adı Məkah idi.+ 30 Onun oğulları bunlar idi: ilk oğlu Əbdun, ondan sonra Sur, Kiş, Baal, Nadab, 31 Cədur, Əxyu və Zəkar. 32 Miqlot Şimyahın atası idi. Onların hamısı qardaşları ilə birlikdə Yerusəlimdə digər qardaşlarının yanında yaşayırdılar.
33 Nurun+ Kiş adında, Kişin Talut+ adında, Talutun Yonatan+, Məlkişu+, Əbunədəb+ və İşbaal*+ adında oğlu oldu. 34 Yonatanın Merib-Baal*+ adında, Merib-Baalın Mikə adında oğlu oldu.+ 35 Mikənin oğulları bunlar idi: Fisun, Məlik, Taray və Əhəz. 36 Əhəzin Yəhuadday adında, Yəhuaddayın Əlimət, Əzmut və Zümri adında oğlu oldu. Zümrinin Mosa adında, 37 Mosanın Binəya adında, Binəyanın Rafah adında, Rafahın İlyasah adında, İlyasahın Azil adında oğlu oldu. 38 Azilin altı oğlu var idi: Əzriqəm, Bəhru, İsmayıl, Şəariyyə, Əbdiya və Hənan. Bunlar Azilin oğulları idi. 39 Qardaşı Əşiqin oğulları bunlar idi: ilk oğlu Ulam, ikincisi Yəuş, üçüncüsü Əlfəlit. 40 Ulamın oğulları mahir oxatan, igid döyüşçü idi. Onların çoxlu oğlu və nəvəsi var idi — 150 nəfər. Bunların hamısı Binyamin övladları idi.
9 Bütün israillilər nəsil şəcərəsində qeyd olunmuşdu və bu, İsrail padşahlarının kitabında yazılmışdır. Yəhuda sədaqətsizliyinə görə Babilə sürgün edilmişdi.+ 2 Öz şəhərlərindəki torpaqlarına qayıdan ilk sakinlər bəzi israillilər, kahinlər, lavililər və məbəd qulluqçuları idi.+ 3 Yəhuda+, Binyamin+, Əfraim və Mənəssə övladlarından da bəziləri Yerusəlimdə məskunlaşdılar: 4 Yəhuda oğlu Farəsin+ övladlarından Bənninin kötücəsi, İmrinin nəticəsi, Omrinin nəvəsi, Amihudun oğlu Utay. 5 Şilolulardan* ailənin böyük oğlu Əsyah və onun oğulları. 6 Zarah+ övladlarından Yəil və onların 690 qardaşı.
7 Binyamin övladlarından: Həssənuhun nəticəsi, Xudaviyyənin nəvəsi, Məşullamın oğlu Sallu, 8 Yərahimin oğlu İbni, Mixri oğlu Uzzinin oğlu İlah, İbniyyənin nəticəsi, Ruilin nəvəsi, Şəfətayın oğlu Məşullam. 9 Nəsil şəcərəsində onların 956 qardaşı qeydə alınmışdı. Onların hamısı nəsil başçıları idi.
10 Kahinlərdən: Yaday, Yəhuyarib, Yakin,+ 11 Əzriya (Əzriya Xilqiyyənin, Xilqiyyə Məşullamın, Məşullam Sadığın, Sadıq Məryutun, Məryut Allahın evində başçılardan biri olan Əxitubun oğlu idi), 12 Məlkiyyənin nəticəsi, Fəşhurun nəvəsi, Yərahimin oğlu Aday, Məassay (Məassay Adailin, Adail Yəhzəranın, Yəhzəra Məşullamın, Məşullam Məşməlitin, Məşməlit İmmirin oğlu idi) 13 və onların qardaşları. İgid, bacarıqlı, hamısı nəsil başçısı olan bu adamların sayı 1760 nəfər idi. Onlar Allahın evində xidmət edirdilər.
14 Lavililərdən: Merar övladlarından Həşbiyyənin nəticəsi, Əzriqəmin nəvəsi, Həşşubun oğlu Şəmay;+ 15 Bəqbəqər, Hərəş, Qalal; Asəfin nəticəsi, Zəkrinin nəvəsi, Mikənin oğlu Mətənyah; 16 Yaditunun nəticəsi, Qalalın nəvəsi, Şəmayın oğlu Əbdiya; nətufahlıların kəndlərində+ yaşayan Əlqəna oğlu Asanın oğlu Bərxiya.
17 Darvaza keşikçiləri+ bunlar idi: Səllum, Aqqub, Təlmun, Əximan. Onların qohumu Səllum başçı idi 18 və o vaxta qədər o, şərqdəki padşah darvazasında dururdu.+ Bunlar lavililərin düşərgə keşikçiləri idi. 19 Qarunun nəticəsi, Əbiasəfin nəvəsi, Qorənin oğlu Səllum və onun nəslindən olan qohumları qarunlular xidmət işinə nəzarət edir, çadırın keşiyini çəkirdilər. Onların ataları Yehovanın düşərgəsinin girişində keşikçi olmuşdular. 20 O vaxtlar onların başçısı Əlyazar+ oğlu Fənhas+ idi. Yehova onunla idi. 21 Məşələmya oğlu Zəkəriyyə+ Hüzur çadırının girişində keşikçilik etmişdi.
22 Astanalarda keşik çəkməyə təyin olunanların sayı 212 nəfər idi. Hamısı nəsil şəcərələrinə+ müvafiq olaraq, öz kəndlərində yaşayırdılar. Davudla görücü+ İşmuil bu işi onlara etibar etdi. 23 Onlar və oğulları Yehovanın evinin, çadırın* girişində keşik çəkirdilər.+ 24 Onlar dörd tərəfdə — şərq, qərb, şimal və cənub tərəfdə dururdular.+ 25 Qardaşları yaşadıqları yerlərdən növbə ilə yeddi günlüyə onlarla xidmət etməyə gəlirdilər. 26 Lavililərdən dörd keşikçibaşına Allahın evindəki otaqlar* və xəzinə etibar olunmuşdu.+ 27 Onlar gecəni Allahın evinin ətrafındakı mövqelərində keçirirdilər, çünki onlara keşikçilik işi həvalə olunmuşdu. Açar onlarda olurdu və hər səhər məbədi açırdılar.
28 Onlardan bəziləri xidmət zamanı işlədilən əşyalara baxırdılar,+ onları içəri aparıb-gətirəndə sayırdılar. 29 Bəziləri isə qalan əşyalara, müqəddəs əşyalara+, narın una+, şəraba+, yağa+, kündürə+ və balzama+ görə cavabdeh idilər. 30 Kahin oğullarından bəziləri balzamdan ətirli yağ düzəldirdilər. 31 Lavililərdən qarunlu Səllumun ilk oğlu Məttəsyah sacda nazik çörəklərin bişirilməsinə+ nəzarət edirdi. 32 Onların kəhatlılardan olan bəzi qardaşları üst-üstə qoyulan çörəklərin*+ hər şənbə hazırlanmasına nəzarət edirdilər.+
33 Bunlar məzmur oxuyanlar, lavililərin nəsil başçıları idilər və otaqlarda* otururdular. Başqa məsuliyyətlərdən azad idilər, çünki gecə-gündüz iş başında olmalı idilər. 34 Mənşələrinə görə nəsil başçıları olan bu lavililər Yerusəlimdə yaşayırdılar.
35 Gibyonun atası Yaəl Gibyonda+ yaşayırdı. Arvadının adı Məkah idi. 36 Onun oğulları bunlar idi: ilk oğlu Əbdun, ondan sonra Sur, Kiş, Baal, Nur, Nadab, 37 Cədur, Əxyu, Zəkəriyyə və Miqlot. 38 Miqlot Şimyamın atası idi. Onların hamısı qardaşları ilə birlikdə Yerusəlimdə digər qardaşlarının yanında yaşayırdılar. 39 Nurun+ Kiş adında, Kişin Talut+ adında, Talutun Yonatan+, Məlkişu+, Əbunədəb+ və İşbaal adında oğlu oldu. 40 Yonatanın Merib-Baal+ adında, Merib-Baalın Mikə adında oğlu oldu.+ 41 Mikənin oğulları bunlar idi: Fisun, Məlik, Təxri və Əhəz. 42 Əhəzin Yara adında, Yaranın Əlimət, Əzmut və Zümri adında oğlu oldu. Zümrinin Mosa adında, 43 Mosanın Binəya adında, Binəyanın Rəfay adında, Rəfayın İlyasah adında, İlyasahın Azil adında oğlu oldu. 44 Azilin altı oğlu var idi: Əzriqəm, Bəhru, İsmayıl, Şəariyyə, Əbdiya və Hənan. Bunlar Azilin oğulları idi.
10 Filiştlilər israillilərlə vuruşdular. İsraillilər filiştlilərin önündən qaçdı. Çoxlu sayda israilli Gilbu dağında həlak oldu.+ 2 Filiştlilər Talutla oğullarını sıxışdırdılar. Onlar Talutun oğulları Yonatanı, Əbunədəbi və Məlkişunu+ öldürdülər. 3 Taluta qarşı döyüş şiddətləndi, oxçular onu yaxalayıb yaraladılar.+ 4 Talut öz silahdarına dedi: «Qılıncını çək, məni vur. Yoxsa bu sünnətsizlər gəlib mənə işgəncə verəcəklər».+ Amma silahdarı bunu etmədi, çünki bərk qorxurdu. Onda Talut qılıncı götürüb özünü onun üstünə atdı.+ 5 Silahdarı Talutun öldüyünü görəndə o da özünü qılıncın üstünə atıb öldü. 6 Beləliklə, Talut, üç oğlu və evindəkilərdən onun yanında olanların hamısı öldü.+ 7 Dərədəki israillilər döyüşçülərin qaçdığını, Talutla oğullarının öldüyünü görəndə öz şəhərlərindən çıxıb qaçdılar. Filiştlilər gəlib o şəhərlərdə məskunlaşdılar.
8 Növbəti gün filiştlilər ölüləri soymağa gələndə Gilbu dağında Talutun və onun oğullarının meyitini tapdılar.+ 9 Talutu soyub yaraq-əsləhəsini götürdülər və başını kəsdilər. Bu xəbəri bütlərinə+ və camaata çatdırmaq üçün Filişt məmləkətinin hər tərəfinə qasidlər göndərdilər. 10 Sonra Talutun yaraq-əsləhəsini allahlarının məbədinə qoydular, kəlləsini isə Daqonun məbədində+ asdılar.
11 Giladdakı Yabeş+ sakinləri filiştlilərin Talutun başına gətirdiyi şeyləri eşitdilər.+ 12 Onda şəhərin igidləri gedib Talutla oğullarının cəsədini Yabeşə gətirdilər. Orada böyük ağacın altında onların sümüklərini dəfn etdilər+ və yeddi gün oruc tutdular.
13 Beləliklə, Talut Yehovanın sözündən çıxıb Yehovaya sədaqətsizlik etdiyinə görə+ öldü. Həm də o, cindara müraciət etmişdi,+ 14 halbuki Yehovaya müraciət etməli idi. Allah onu ölümə verib Yəssə oğlu Davudu taxta çıxardı.+
11 Bir müddət sonra israillilər Həbruna,+ Davudun yanına gəlib dedilər: «Ətimiz, qanımız birdir.+ 2 Əvvəllər Talut padşah olanda İsraili yürüşlərə sən aparıb-gətirirdin.+ Allahın Yehova da sənə demişdi: “Xalqım İsrailə sən çobanlıq edəcəksən* və xalqım İsrailin başçısı sən olacaqsan”».+ 3 Beləcə, bütün İsrail ağsaqqalları Həbruna padşahın yanına gəldilər. Davud Həbrunda Yehovanın önündə onlarla əhd bağladı. Sonra Yehovanın İşmuil vasitəsilə dediyi kimi, Davudu məsh edib İsrailin padşahı etdilər.+
4 Davud və bütün İsrail Yerusəlimə, yəni Yəbusa yürüş etdilər.+ Orada yəbusilər+ yaşayırdı. 5 Yəbus sakinləri rişxəndlə Davuda dedilər: «Heç vaxt bura girə bilməzsən!»+ Davud isə indi Davud şəhəri+ adlanan Sion+ qalasını ələ keçirdi. 6 Davud dedi: «Kim yəbusilərə birinci hücum etsə, başçı və əmir olacaq». Sərya oğlu Yuab+ birinci ora getdi və başçı oldu. 7 Sonra Davud qalada məskən saldı, buna görə ora Davud şəhəri adlandı. 8 Davud Təpədən* tutmuş onun bütün ətraf yerlərinə qədər şəhəri tikdi. Yuab isə şəhərin qalan yerlərini bərpa etdi. 9 Beləcə, Davud getdikcə gücləndi.+ Ordular Allahı Yehova onunla idi.
10 Davudun igidlərinin başçıları bütün İsraillə birlikdə onun padşahlığına güclü dayaq idilər. Onlar Yehovanın İsrailə verdiyi vədə uyğun olaraq, Davudu padşah etmişdilər.+ 11 Davudun igidləri bunlar idi: üç igidin başçısı, həkminlilərdən birinin oğlu Yəşubəm.+ O, nizəsini qaldırıb bir dəfəyə 300 nəfəri yerə sərmişdi.+ 12 Ondan sonra əxuhili+ Dodayın oğlu Əlyazar+ gəlirdi. O, üç igidin arasında idi. 13 O, filiştlilərin döyüşmək üçün toplaşdığı Pas-Dammimdə+ Davudla birlikdə idi. Orada arpa tarlası var idi, camaat filiştlilərin qorxusundan qaçıb getmişdi. 14 O isə tarlanın ortasında durub oranı qorumuş və filiştliləri qırmışdı. Onda Yehova böyük qələbə vermişdi.+
15 Otuz başçıdan üçü qayaya, Davudun yanına Ədullam mağarasına getmişdi.+ Bu vaxt Filişt ordusu Rəfayim dərəsində ordugah qurmuşdu.+ 16 Davud qalada idi. Filiştlilərin keşikçi dəstəsi isə Beytləhmdə idi. 17 Onda Davud həsrətlə demişdi: «Kaş Beytləhm+ darvazasının yanındakı hovuzun suyundan olaydı, içəydim!» 18 Onda həmin o üç igid filiştlilərin ordugahına soxulmuş və Beytləhm darvazasının yanındakı hovuzdan su çəkib Davuda gətirmişdi. Lakin Davud suyu içməmiş, Yehovanın önündə yerə töküb 19 demişdi: «Allahıma ağır gedər! Bunu edə bilmərəm! Su gətirmək üçün həyatlarını oda atan bu adamların qanını necə içim?+ Axı onlar bu suyu gətirmək üçün canlarını təhlükəyə atıblar». Davud suyu içməmişdi. Bəli, o üç igid bu işləri görmüşdü.
20 Yuabın qardaşı Abşay+ başqa üç igidin başçısı idi. O, nizəsini qaldırıb 300 nəfəri öldürmüşdü. Abşay da birinci üç igid kimi ad qazanmışdı.+ 21 O, üç igidin arasında o biri iki nəfərdən məşhur idi və onların başçısı idi. Amma birinci üç igidə çatmırdı.
22 Yəhyaday oğlu Bənayi+ cəsur adam idi. O, Kəbzildə+ qəhrəmanlıqlar göstərmişdi. O, muabi Əryilin iki oğlunu öldürmüşdü. Qarlı gündə su quyusuna enib şir öldürmüşdü.+ 23 O həmçinin boyu beş qulac*+ olan bir pəzəvəng misirlini vurub öldürmüşdü. Misirlinin əlində toxucu ağacı boyda nizə vardı.+ Bənayi kəndirlə onun üstünə getmiş, nizəni misirlinin əlindən alıb onu öz nizəsilə gəbərtmişdi.+ 24 Yəhyaday oğlu Bənayi bunları etmişdi. O da üç igid kimi ad qazanmışdı. 25 Otuz igiddən də məşhur idi, amma üç igidə+ çatmırdı. Davud onu baş mühafizi qoymuşdu.
26 Ordunun igid döyüşçüləri bunlar idi: Yuabın qardaşı Asail+, beytləhmli Doday oğlu İlkənan,+ 27 harorlu Şamut, fəlunlu Hələz, 28 təquhlu İqəş oğlu İrah+, ənatutlu Əbusər+, 29 huşahlı Sibbikay+, əxuhili İlay, 30 nətufahlı Məharay+, nətufahlı Bəənnah oğlu Hələd+, 31 binyaminlilərin+ Gibah şəhərindən Ribay oğlu İsay, firətunlu Bənayi, 32 Caaş+ vadilərindən Xuray, ərəbəli Əbiil, 33 bahurimli Əzmut, şalbunlu İlyəhba, 34 gizonlu Haşim oğulları, hərarlı Şaqi oğlu Yonatan, 35 hərarlı Səkar oğlu Əxyam, Ur oğlu Əlifal, 36 mehralı Həfər, fəlunlu Əxiyyə, 37 karmelli Hizru, İzbay oğlu Naaray, 38 Natanın qardaşı Yuil, Həcri oğlu Mibhar, 39 əmuni Saliq, Sərya oğlu Yuabın silahdarı biirotlu Naharay, 40 itrili İrah, itrili Qarib, 41 het Uryay+, Əhlay oğlu Zəbad, 42 rubənlilərin başçısı rubənli Şiza oğlu Ədhin və onunla olan otuz nəfər, 43 Məkah oğlu Hənan, metenli Yuşafat, 44 əştərutlu Uzzay, aruirli Hotam oğulları Sama və Yaəl, 45 Şimri oğlu Yədail, tislinin qardaşı Yoha, 46 mahavlı Əliil, İlnam oğulları Əribay və Yuşəyya, muabi İsmah, 47 Əliil, Abid, misobalı Yəsiil.
12 Davud Kiş oğlu Talutdan gizlənəndə+ Sığlağa+ onun yanına adamlar gəlmişdi. Onlar döyüşdə Davuda kömək edən igidlərdən idi.+ 2 Binyamin qəbiləsindən, Talutun qardaşlarından olan bu adamlar ox-kamanla silahlanmışdılar, həm sağ, həm də sol əllə sapandla daş atmağı+ və ox atmağı bacarırdılar.+ 3 Onların başçısı gibahlı+ Şəmmanın oğlu Əxyəzər idi. Onunla birlikdə qardaşı Yuəş, Əzmut+ oğulları Yəzail və Fələt, Bərəkət, ənatutlu Yəhu, 4 otuz igiddən+ biri olub onlara başçılıq edən gibyonlu+ İsmaya, həmçinin Ərəmya, Yahəzil, Yuhənna, cədərəli Yuzabad, 5 İlüzəy, Ərimut, Bəlyah, Şimray, xarifli Şəfətay, 6 Qarunun nəslindən+ olan Əlqəna, İşya, Əzaril, Yüzər, Yəşubəm, 7 cədurlu Yərahim oğulları Yulah və Zəbədya idi.
8 Cadlılardan bəziləri səhrada, qalada yaşayan Davudun tərəfinə keçdi.+ Onlar döyüş təlimi görmüş, böyük qalxanı, nizəsi hazır vəziyyətdə olan, üzü şir üzünə bənzəyən, dağlardakı cüyür kimi cəld igidlər idilər. 9 İsər başçı idi, Əbdiya ikinci, Əlyab üçüncü, 10 Mişmanna dördüncü, Ərəmya beşinci, 11 Attay altıncı, Əliil yeddinci, 12 Yuhənna səkkizinci, İlzəbad doqquzuncu, 13 Ərəmya onuncu, Məhbənnay on birinci idi. 14 Bu sərkərdələr cadlılar+ idi. Onların ən zəifi yüz nəfərə, ən güclüsü min nəfərə dəyərdi.+ 15 Onlar birinci ayda, İordan çayı daşan vaxt çayı keçib düzlərdə yaşayanları şərqə, qərbə qovmuşdular.
16 Binyamin və Yəhudadan da bəziləri Davudun istehkamına+ gəlmişdi. 17 Davud onların qarşısına çıxıb demişdi: «Əgər siz yanıma xoş niyyətlə, kömək etmək məqsədilə gəlmisinizsə, dostlarımsınız, yox əgər heç bir təqsirim olmaya-olmaya məni düşmənlərimə satmağa gəlmisinizsə, qoy ata-babalarımızın Allahı bunu görüb hökm çıxarsın».+ 18 Həmin vaxt otuz nəfərin başçısı Əməsayın üzərinə Allahın ruhu endi+ və o dedi:
«Ey Davud, biz səninik, ey Yəssə oğlu, biz səninləyik,+
Salam, salam olsun sənə, həm də sənə kömək edənə,
Çünki sənə kömək edən Allahındır».+
Davud onları qəbul edib qoşunlarının başçısı təyin etdi.
19 Davud filiştlilərlə birlikdə Talutla döyüşməyə gedəndə Mənəssədən də bəziləri Davudun tərəfinə keçmişdi. Amma o, filiştlilərə kömək etməmişdi, çünki Filişt hakimləri+ məsləhətləşib: «Davud ağası Talutun tərəfinə keçəcək, bu da bizə həyatımız bahasına başa gələcək», — deyərək onu geri göndərmişdilər.+ 20 Davud Sığlağa+ qayıdanda Mənəssədən bu adamlar onun tərəfinə keçmişdi: Adnax, Yuzabad, Yədail, Mikayıl, Yuzabad, Əlihu, Siltay. Bunlar Mənəssə qəbiləsinin minbaşıları idi.+ 21 Onlar Davuda basqınçı dəstəsilə vuruşmağa kömək etmişdilər, çünki hamısı igid, cəsur adamlar idi.+ Sonra onlar sərkərdə oldular. 22 Hər gün Davuda kömək etməyə adamlar gəlirdi.+ Axırda onlardan Allahın ordusu kimi, böyük bir ordu yarandı.+
23 Yehovanın əmrinə əsasən, Talutun padşahlığını Davuda vermək üçün Həbruna+, onun yanına gələn silahlanmış döyüşçülərin sayı budur:+ 24 yəhudalılardan böyük qalxan və nizə daşıyan, silahlanmış 6800 nəfər; 25 şəmunlulardan 7100 igid, cəsur döyüşçü.
26 Lavililərdən 4600 nəfər. 27 Yəhyaday+ Harun oğullarının başçısı idi.+ Onunla 3700 nəfər var idi. 28 İgid, cəsur gənc Sadıq+ da öz nəslindən 22 başçı ilə birlikdə gəlmişdi.
29 Binyaminlilərdən, Talutun qardaşlarından+ 3000 nəfər. Onların böyük əksəriyyəti vaxtilə Talut evinə sadiq idi. 30 Əfraimlilərdən öz nəslində tanınmış, igid, cəsur 20 800 nəfər.
31 Mənəssə qəbiləsinin yarısından Davudu padşah etmək üçün ora gəlməyə təyin olunan 18 000 nəfər. 32 Yəsakir qəbiləsindən İsrailin nə vaxt nə etməli olduğunu bilənlər — 200 başçı. Bütün qardaşları onların tabeliyində idi. 33 Zəbulundan döyüşə qabil, döyüş silahları ilə səflərdə düzülən və sidqi-ürəkdən Davuda qoşulan 50 000 nəfər. 34 Niftalıdan 1000 başçı və onlarla birlikdə böyük qalxan və nizə tutan 37 000 nəfər. 35 Danlılardan döyüş nizamı ilə düzülən 28 600 nəfər. 36 Aşirdən döyüşə qabil, döyüş nizamı ilə düzülən 40 000 nəfər.
37 İordanın o tayından+ olan rubənlilərdən, cadlılardan və Mənəssə qəbiləsinin yarısından hər cür silahla silahlanan 120 000 döyüşçü. 38 Onların hamısı döyüşə hazır, səf qurub düzülən döyüşçülər idi. Onlar sidqi-ürəkdən Davudu bütün İsrailin padşahı etmək istəyərək Həbruna gəlmişdilər. Həmçinin qalan israillilər də Davudu padşah etməkdə yekdil idilər.+ 39 Onlar üç gün orada Davudla qaldılar, yeyib-içdilər. Soydaşları* onlar üçün hazırlıq görmüşdü. 40 Həm yaxında, həm də uzaqda, Yəsakir, Zəbulun, Niftalı torpaqlarında yaşayanlar ulaqların, dəvələrin, qatırların, öküzlərin belində un, əncir lavaşanası, kişmiş lavaşanası, şərab, yağ, çoxlu mal-qara, qoyun-quzu gətirmişdilər. Çünki bütün İsrail sevinc içində idi.
13 Davud minbaşılarla, yüzbaşılarla və bütün başçılarla+ məsləhətləşdi. 2 Sonra bütün İsrail icmasına dedi: «Əgər sizin gözünüzdə xoşdursa və Allahımız Yehovaya məqbuldursa, gəlin İsrailin bütün bölgələrindəki qardaşlarımıza, həmçinin öz şəhərlərində* yaşayan kahinlərə və lavililərə+ xəbər göndərək ki, gəlib bizə qoşulsunlar. 3 Gedib Allahımızın sandığını gətirək».+ Onlar Talutun vaxtında sandığı yaddan çıxarmışdılar.+ 4 Bu fikir hamının ürəyincə oldu, bütün icma bu işə qol qoydu. 5 Beləcə, Davud Kiryat-Yarimdən Allahın sandığını gətirmək üçün Misir çayından tutmuş Ləbu-Həməsədək+ bütün İsraili topladı.+
6 Davud və bütün İsrail Yəhudaya məxsus olan Baalata+, yəni Kiryat-Yarimə taxtını kərrublar üzərində* quran Yehova Allahın sandığını gətirməyə getdi.+ (Xalq sandığın önündə Allahın adını çağırırdı.) 7 Onlar Allahın sandığını təzə arabaya qoyub+ Əbunədəbin evindən çıxartdılar. Üzzah və Əxyu arabanın qabağında gedirdi.+ 8 Davud və bütün İsrail Allahın önündə böyük coşqu ilə şənlik edir, çəngdə, başqa telli alətlərdə, qavalda+, sincdə+ və kərənayda çalıb-oxuyurdular.+ 9 Gələ-gələ Kidunun xırmanına çatdılar. Orada heyvanlar az qalmışdı sandığı aşırsın. Üzzah tez əlini uzadıb sandığı tutdu. 10 Onda Yehova Üzzaha bərk qəzəbləndi, əlini sandığa uzatdığı üçün onu vurdu.+ O, Allahın önündə öldü.+ 11 Davud Yehovanın Üzzaha qəzəbləndiyinə görə dilxor oldu*. Həmin yer bu günədək Farəs-Üzzah* adlanır.
12 O gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını yanıma necə gətirim?»+ 13 O, sandığı özünün yaşadığı yerə, Davud şəhərinə gətirmədi. Onu catlı Abid-Ədumun evinə göndərdi. 14 Allahın sandığı üç ay catlı Abid-Ədumun evində qaldı. Yehova onun külfətinə və mal-mülkünə bərəkət verdi.+
14 Sur padşahı Hiram+ Davuda qasidlər, həmçinin sidr ağacları, bənnalar, dülgərlər göndərdi ki, Davuda saray tiksinlər.+ 2 Davud başa düşdü ki, Yehova onun taxt-tacını İsraildə möhkəmləndirib,+ xalqı İsrail naminə yüksəldib.+
3 Davud Yerusəlimdə də arvadlar aldı,+ onun başqa oğulları və qızları oldu.+ 4 Onun Yerusəlimdə doğulan uşaqları bunlardır:+ Şamu, Şobab, Natan+, Süleyman+, 5 İbhar, Əlişu, İlfəlit, 6 Nuğa, Nafiq, Yafya, 7 Əlşama, Bəlyad, Əlfəlit.
8 Filiştlilər eşitdilər ki, Davud İsraildə padşah olub.+ Bütün filiştlilər onu axtarmağa çıxdılar.+ Davud bunu eşidəndə onlara hücum etdi. 9 Filiştlilər Rəfayim dərəsinə basqın etməyə başladılar.+ 10 Davud Allahdan soruşdu: «Filiştlilərin üstünə gedim? Onları mənə təslim edəcəksən?» Yehova Davuda cavab verdi: «Get, Mən onları mütləq sənə təslim edəcəyəm».+ 11 Davud Baal-Farisimə+ gəlib onları qırdı. O dedi: «Allah mənim əlimlə düşmən səflərini sel kimi yarıb keçdi». Buna görə də həmin yeri Baal-Farisim* adlandırdılar. 12 Filiştlilər bütlərini orada atıb qaçmışdılar; Davudun əmri ilə onları yandırdılar.+
13 Filiştlilər yenidən dərəyə basqın etdilər.+ 14 Davud yenə Allaha müraciət etdi. Allah dedi: «Üstlərinə qarşıdan getmə, arxalarından dolanıb baka kollarının qabağında hücuma keç.+ 15 Baka kollarının baş tərəfində ayaq səsləri eşidəndə hücuma keç, bil ki, Allah Filişt ordusunu qırmaq üçün önündə gedir».+ 16 Davud Allahın buyurduğu kimi etdi,+ Gibyondan Cəzərə+ qədər Filişt ordusunu qırdı. 17 Davudun şöhrəti bütün ölkələrə yayıldı. Yehova elə etdi ki, bütün xalqları Davudun vəhmi basdı.+
15 O, Davud şəhərində özü üçün evlər tikdi və Allahın sandığı üçün yer hazırlayıb çadır qurdu.+ 2 Onda Davud dedi: «Lavililərdən başqa heç kim Allahın sandığını daşımayacaq. Çünki Yehova onları seçib ki, Yehovanın sandığını daşısınlar və həmişə Ona xidmət etsinlər».+ 3 Davud bütün İsraili Yerusəlimə topladı ki, Yehovanın sandığını hazırladığı yerə gətirsinlər.+
4 Davud Harun övladlarını+ və lavililəri+ topladı. 5 Kəhatlılardan başçı Uriil və onun 120 qardaşı, 6 merarlılardan başçı Əsyah+ və onun 220 qardaşı, 7 hirsəmlilərdən başçı Yuil+ və onun 130 qardaşı, 8 Əlsəfan+ övladlarından başçı Şəmay və onun 200 qardaşı, 9 Həbrun övladlarından başçı Əliil və onun 80 qardaşı, 10 Üzziil+ övladlarından başçı Əminədab və onun 112 qardaşı gəldi. 11 Davud həmçinin kahin Sadığı+ və Əbyatarı+, lavili Uriili, Əsyahı, Yuili, Şəmayı, Əliili və Əminədabı çağırıb 12 dedi: «Siz lavililərin nəsil başçılarısınız. Siz də, qardaşlarınız da paklanın və İsrailin Allahı Yehovanın sandığını hazırladığım yerə gətirin. 13 Birinci dəfə sandığı siz gətirmədiniz+ deyə, Allahımız Yehovanın bizə qəzəbi tutdu.+ Çünki biz Onun göstərişinə əməl etməmişdik».+ 14 Beləcə, kahinlər və lavililər İsrailin Allahı Yehovanın sandığını gətirmək üçün paklandılar.
15 Yehovanın buyruğuyla Musanın əmr etdiyi kimi, lavililər Allahın sandığını şüvüllərdən tutub çiyinləri üstə daşıdılar.+ 16 Davud lavililərin başçılarına tapşırdı ki, məzmur oxuyan qardaşlarını çalğı alətlərinin — telli alətlərin, çəng+ və sinclərin müşayiətilə şövqlə məzmur oxumağa təyin etsinlər.+
17 Lavililər Yuil oğlu Himanı+, onun qardaşlarından Bərxiya oğlu Asəfi+, qardaşları merarlılardan Quşyah oğlu İtanı+ bu işə təyin etdilər. 18 İkinci bölükdən+ olan qardaşları Zəkəriyyə, Bən, Yəziil, Şamirmut, Yəhyil, Unni, Əlyab, Bənayi, Məseyyə, Məttəsyah, Əlfəlih, darvaza keşikçiləri Miqniyyə, Abid-Ədum və Yaəl onlarla birlikdə idi. 19 Məzmur oxuyanlar Himan+, Asəf+ və İtan mis sinc+, 20 Zəkəriyyə, Əzail, Şamirmut, Yəhyil, Unni, Əlyab, Məseyyə, Bənayi alamut*+ üstündə köklənmiş telli alətlər çalırdılar. 21 Musiqi rəhbərləri Məttəsyah+, Əlfəlih, Miqniyyə, Abid-Ədum, Yaəl, Əzazi şeminit*+ üstündə köklənmiş çəng çalırdılar. 22 Lavililərin başçısı Kənanya+ daşınma işinə nəzarət edirdi, çünki o, bu işə yaxşı bələd idi. 23 Bərxiya və Əlqəna sandığın keşikçisi idi, 24 kahinlər — Şəbani, Yuşafat, Nəsnail, Əməsay, Zəkəriyyə, Bənayi və Əlyəzər Allahın sandığı önündə ucadan kərənay çalırdı,+ Abid-Ədum və Yəhiyyə də sandığın keşiyini çəkirdi.
25 Davud, İsrail ağsaqqalları və minbaşılar Yehovanın Əhd sandığını gətirmək üçün şənlik edə-edə Abid-Ədumun evinə getdilər.+ 26 Yehova Əhd sandığını daşıyan lavililərə kömək etdi. Buna görə onlar 7 buğa, 7 qoç qurban gətirdilər.+ 27 Davud, eləcə də sandığı daşıyan lavililərin hamısı, məzmur oxuyanlar, sandığı daşıyanların və məzmur oxuyanların başçısı Kənanya zərif parçadan qolsuz köynək geyinmişdi. Davudun əynində kətan döşlük də var idi.+ 28 Bütün israillilər sevinc harayları+, şeypur, kərənay+, sinc sədaları altında, telli alətlərdə və çənglərdə ucadan çala-çala Yehovanın Əhd sandığını gətirirdilər.+
29 Yehovanın Əhd sandığı Davud şəhərinə+ daxil olanda Talutun qızı Məkyal+ pəncərədən baxırdı. Davud padşahın hoppanıb-düşdüyünü, şənlik etdiyini görəndə Davud onun gözündən düşdü.+
16 Beləliklə, Allahın Əhd sandığını gətirib Davudun ondan ötrü qurduğu çadıra qoydular.+ Sonra Allahın hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər.+ 2 Davud yandırma və ünsiyyət qurbanları+ gətirdikdən sonra Yehovanın adı ilə xalqa xeyir-dua verdi. 3 Sonra bütün israillilərə, hər kişiyə və qadına bir kömbə çörək, bir xurma lavaşanası və bir kişmiş lavaşanası verdi. 4 O, lavililərdən bəzilərini Yehovanın Əhd sandığı önündə xidmət etməyə, İsrailin Allahı Yehovaya həmd-səna etməyə, şəninə alqışlar söyləməyə təyin etdi.+ 5 Başçı Asəf+ idi, ondan sonra Zəkəriyyə, sonra Yaəl, Şamirmut, Yəhyil, Məttəsyah, Əlyab, Bənayi, Abid-Ədum və Yaəl+. Onlar telli alətlərdə və çənglərdə çalırdı,+ Asəf sincdə çalırdı,+ 6 kahinlər Bənayi və Yahəzil daim Allahın Əhd sandığı önündə kərənay çalırdılar.
7 Həmin gün ilk dəfə Davud Yehovaya şükran nəğməsi qoşdu və Asəflə+ qardaşlarına bu nəğməni oxumağı tapşırıb dedi:
10 Müqəddəs adı ilə fəxr edin.+
Qoy Yehovanı axtaranların ürəyi şad olsun!+
11 Yehovanı axtarın,+ Ondan güc diləyin.
Daim Onun rəğbətini axtarın.+
12 Möhtəşəm işlərini,+
Möcüzələrini, ağzından çıxan hökmləri xatırlayın,
13 Ey qulu İsrailin nəsli,+
Ey Yaqubun oğulları, seçdiyi bəndələr!+
14 O, Allahımız Yehovadır,+
Hökmləri bütün dünyada icra olunur.+
15 Əhdini əbədiyyət boyu,
Vədini min nəslə qədər xatırlayın,+
16 İbrahimlə bağladığı əhdi,+
İshaqa içdiyi andı.+
17 Bunu Yaqub üçün fərman,+
İsrail üçün həmişəlik bir əhd etdi.
18 Dedi: “Kənan torpağını
Sənə miras verəcəyəm”.+
19 O vaxt onlar sayca az idilər,
Bəli, çox az idilər, orada qərib kimi yaşayırdılar.+
20 Eldən-elə dolaşır,
Məmləkətdən məmləkətə köçürdülər.+
21 Heç kimi qoymadı ki, onları incitsin,+
Onlardan ötrü padşahları tənbeh etdi.+
22 “Məsh etdiklərimə dəyməyin,
Peyğəmbərlərimə pislik etməyin!” — dedi.+
23 Yehovanın şəninə nəğmə oxu, ey dünya!
Verdiyi qurtuluşu günbəgün bəyan edin.+
24 Xalqlara şan-şöhrətini,
Bütün ellərə xariqələrini bəyan edin.
25 Yehova böyükdür, hədsiz tərifə layiqdir,
Bütün allahlardan zəhmlidir.+
28 Ey xalqların tayfaları, Yehovaya şərəf verin!
Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin!+
Müqəddəs libaslarda* Yehovaya səcdə qılın.+
30 Onun önündə tir-tir əs, ey dünya.
Yer möhkəm qurulub, əsla sarsılmaz.+
32 Dəniz və dənizdə nə varsa, gurlasın.
Çöl-biyaban, orada nə varsa cuşa gəlsin,
33 Meşədəki ağaclar da sevinc harayı salsın Yehovanın önündə;
O, dünyanı mühakimə etməyə gəlir.
35 Deyin, “bizi xilas et, ey xilaskar Allahımız,+
Bizi xalqların arasından topla, xilas et ki,
Sənin müqəddəs adına həmd edək,+
İftixarla Səni ucaldaq”.+
36 İsrailin Allahı Yehovaya
Əzəldən əbədiyyətədək alqış olsun!»
Bütün xalq: «Amin!» — deyib Yehovaya alqış etdi.
37 Davud Asəflə+ qardaşlarını Yehovanın Əhd sandığının önündə qoydu.+ Onlar gündəlik işlərini görmək üçün daim sandığın önündə xidmət etməli idilər.+ 38 O həmçinin Abid-Ədumla qardaşlarını, 68 nəfəri orada xidmət etməyə təyin etdi. Yaditun oğlu Abid-Ədumu və Husəni keşikçi qoydu. 39 Kahin Sadıq+ və o biri kahinlər Gibyondakı səcdəgahda*+ Yehovanın çadırı önündə dururdular. 40 Onlar yandırma qurbanı üçün olan qurbangahda Yehovaya müntəzəm olaraq, səhər-axşam yandırma qurbanı gətirməli, Yehovanın İsrailə verdiyi Qanunda yazılanları yerinə yetirməli idilər.+ 41 Onların yanında Himan, Yaditun+ və məhəbbəti əbədi olan Yehovaya həmd etməyə+ təyin olunan seçilmiş adamlar var idi.+ 42 Himan+ və Yaditun kərənay, sinc və Allaha mədh oxunarkən çalınan başqa alətlər çalmalı idi. Yaditun oğulları+ darvazanın ağzında dururdular. 43 Bundan sonra hamı evinə getdi, Davud da külfətinə xeyir-dua verməyə getdi.
17 Davud öz evində məskunlaşdı. O, çox keçməmiş Natan peyğəmbərə+ dedi: «Mən burada sidr ağacından olan evdə+ yaşayıram, Yehovanın Əhd sandığı isə çadırda qalır».+ 2 Natan Davuda dedi: «Ürəyində nə niyyət tutmusan, onu da et. Allah səninlədir».
3 Həmin gecə Natana Allahın sözü nazil oldu: 4 «Get qulum Davuda söylə ki, Yehova belə deyir: “Mənə yaşamaq üçün evi sən tikməyəcəksən.+ 5 İsraili Misirdən çıxartdığım gündən bəri Mən heç bir evdə qalmamışam. Daim çadırdan-çadıra, alaçıqdan-alaçığa köçmüşəm.+ 6 İsraillə getdiyim bütün bu vaxt ərzində xalqımın üzərində çobanlıq etməyə qoyduğum hakimlərin hansı birinə bir dəfə də olsun “niyə Mənə sidr ağacından ev tikməmisiniz?” demişəm?”
7 Qulum Davuda söylə ki, ordular Allahı Yehova belə deyir: “Səni sürüləri otardığın otlaqlardan götürüb xalqım İsrailin başçısı qoymuşam.+ 8 Hara getsən, səninlə olacağam,+ düşmənlərini önündən yox edəcəyəm,+ sənin adını dünyadakı böyük adamların adı kimi edəcəyəm.+ 9 Xalqım İsrail üçün bir yer təyin edib onu orada məskunlaşdıracağam. Onlar orada yaşayacaq və daha heç vaxt onları narahat edən olmayacaq, keçmişdə olduğu kimi, zalımlar daha onları sıxışdırmayacaq.+ 10 Xalqım İsrail üzərində hakimlər qoyduğum günlərdən bəri olduğu kimi,+ bədxahlar daha onlara zülm etməyəcək. Bütün düşmənlərini məğlub edəcəyəm.+ Üstəlik, sənə deyirəm, Mən Yehova sənin sülaləni davamlı edəcəyəm.
11 Ömrün tamam olub əcdadlarına qovuşmaq vaxtın çatanda səndən sonra övladını, oğlanlarından birini ortaya çıxaracağam,+ onun taxt-tacını bərqərar edəcəyəm.+ 12 Mənim üçün evi o tikəcək.+ Mən də onun taxtını əbədi bərqərar edəcəyəm.+ 13 Mən ona ata olacağam, o da Mənə oğul olacaq.+ Səndən əvvəlki padşahdan lütfümü kəsdiyim kimi,+ ondan kəsməyəcəyəm.+ 14 Onu əbədilik evim və səltənətim üzərinə qoyacağam.+ Taxtı əbədi duracaq”».+
15 Natan bütün bu sözləri və vəhyi Davuda nəql etdi.
16 Onda padşah Davud içəri girib Yehovanın önündə oturdu. O dedi: «Ey Yehova Allah! Mən kiməm, əsil-nəcabətim kimdir ki, məni bu yerə gətirib çıxartmısan?+ 17 Pərvərdigara, hələ üstəlik, quluna onun evinin uzaq gələcəyi barədə danışırsan.+ Məni daha böyük şərəfə layiq görürsən, ey Yehova Allah. 18 Bu şərəfin qarşısında Mən Davud daha nə deyə bilərəm? Sən ki bu qulunu yaxşı tanıyırsan.+ 19 Ey Yehova, Sən əzəmətini göstərib qulunun xatirinə, ürəyinin niyyətinə görə bütün bu möhtəşəm işləri etmisən.+ 20 Ey Yehova, Sənin mislin yoxdur,+ Səndən başqa Allah yoxdur.+ Bütün eşitdiklərimiz buna sübutdur. 21 Dünyada xalqın İsrailə bənzər başqa xalq varmı?+ Ey Allah, Sən onları Öz xalqın bilib azad etdin,+ əzəmətli, möhtəşəm işlərlə adını ucaltdın.+ Misirdən azad etdiyin ümmətin önündən xalqları qovdun.+ 22 İsraili həmişəlik Özünə xalq etdin.+ Ey Yehova, Özün də onların Allahı oldun.+ 23 Ey Yehova Allah! Vəd etdiyin kimi et, qoy bu qulun və onun evi barədə verdiyin vəd həmişə gerçək olsun.+ 24 Qoy adın əbədi yaşasın, ucalsın.+ Qoy hamı desin: “İsrailin Allahı, ordular Allahı Yehovadır İsraildə Allah!”. Qoy qulun Davudun evi Sənin önündə möhkəm dursun.+ 25 Çünki Sən, ey Allah, quluna əyan elədin ki, sülaləsini bərqərar edəcəksən. Ona görə qulun Sənə inamla dua edir. 26 Ey Yehova, Sən haqq Allahsan, qulun barədə bu gözəl şeyləri vəd etdin. 27 Qulunun evini mübarək qıl! Qoy o, əbədiyyən Sənin önündə dursun. Ey Yehova, bu qulunun evini mübarək qılmısan. O, əbədilik mübarək olacaq!»
18 Bir müddət sonra Davud filiştliləri məğlub edib onları özünə tabe etdirdi. Davud Catı+ və ətraf şəhərləri filiştlilərin əlindən aldı.+ 2 Sonra muabiləri məğlub etdi.+ Muabilər Davuda tabe olub ona xərac verdilər.+
3 Sobah+ padşahı Hədadzər+ Fərat çayı bölgəsində öz hakimiyyətini bərpa etməyə gedərkən Davud Həməs+ yaxınlığında onu məğlub etdi.+ 4 Davud onun 1000 arabasını, 7000 süvarisini və 20 000 piyada əsgərini əsir aldı.+ Sonra Davud 100 qoşqu atını saxlayıb qalanlarını şikəst etdi.+ 5 Dəməşq aramiləri Sobah padşahı Hədadzərə köməyə gələndə Davud onların 22 000 döyüşçüsünü qırdı.+ 6 Sonra Davud Dəməşq Aramına keşikçi dəstələri yerləşdirdi və aramilər Davuda tabe olub ona xərac verdilər. Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+ 7 Bundan əlavə, Davud Hədadzərin xidmətçilərinin qızıl qalxanlarını götürüb Yerusəlimə apardı. 8 Davud Hədadzərin Tivhat və Kun şəhərlərindən külli miqdarda mis götürdü. Süleyman bundan mis çən+, sütunlar və əşyalar düzəltdi.+
9 Həməs padşahı Tuy eşitdi ki, Davud Sobah padşahı Hədadzərin bütün ordusunu məğlub edib.+ 10 Davuddan hal-əhval tutmaq, Hədadzərlə döyüşdə qalib gəlməsi münasibətilə onu təbrik etmək üçün dərhal oğlu Həduramı* onun yanına yolladı. (Çünki Hədadzər tez-tez Tuyla döyüşürdü.) O, Davuda qızıldan, gümüşdən, misdən bəxşişlər gətirdi. 11 Davud padşah bu bəxşişləri digər qızıl və gümüşlə birgə Yehova üçün ayırdı.+ Bu qızıl-gümüşü başqa xalqlardan: Ədumdan, Muabdan, əmunilərdən+, filiştlilərdən+, əmaliqələrdən+ qənimət götürmüşdü.
12 Sərya+ oğlu Abşay+ Duz vadisində 18 000 ədumini qırdı.+ 13 O, Ədumda keşikçi dəstələri yerləşdirdi. Ədumilər Davuda qulluq etməyə başladılar.+ Davud hara gedirdisə, Yehova ona qələbə verirdi.+ 14 Davud bütün İsrail üzərində səltənət sürürdü.+ O, bütün xalqa haqq-ədalətlə rəhbərlik edirdi.+ 15 Sərya oğlu Yuab ordu başçısı idi.+ Əxilud oğlu Yəhuşafat+ salnaməçi idi. 16 Əxitub oğlu Sadıq və Əbyatar oğlu Əximəlik kahin idi, Şavşa isə katib idi. 17 Yəhyaday oğlu Bənayi kəritilərin+ və fələslilərin+ başçısı idi. Davudun oğlanları isə padşahdan sonra ikinci adam idilər.
19 Əmunilərin padşahı Nahaş öldü, onun yerinə oğlu taxta çıxdı.+ 2 Davud dedi: «Nahaş vaxtikən mənə yaxşılıq eləmişdi.+ İndi gərək mən də onun oğlu Hanuna yaxşılıq edim». Davud Hanuna başsağlığı vermək üçün onun yanına qasidlər göndərdi. Lakin Davudun adamları Hanuna başsağlığı vermək üçün əmunilərin+ məmləkətinə gələndə 3 əmunilərin əmirləri Hanuna dedilər: «Elə bilirsən ki, Davud sənin atana hörmət elədiyi üçün başsağlığı göndərib? Davud xidmətçilərini casusluq etmək, ölkəni gözdən keçirib səni yıxmaq üçün göndərib». 4 Hanun Davudun adamlarının saqqalını qırxdı,+ paltarlarını qurşaqdan aşağı kəsib geri göndərdi. 5 Bunu Davuda xəbər verdilər. Davud onları qarşılamağa adam göndərdi, çünki onlar çox biabırçı halda idilər. Padşah onlara dedi: «Saqqalınız uzanana qədər Ərihada+ qalın, sonra gələrsiniz».
6 Əmunilər Davudu qəzəbləndirdiklərini anladılar. Onda Hanunla əmunilər İkiçayarasından*, Aram-Məkahdan və Sobahdan+ cəng arabaları və süvarilər gətirtmək üçün 1000 talant* gümüş muzd göndərdilər. 7 Beləcə, onlar 32 000 cəng arabasını, Məkah padşahı ilə adamlarını muzdla gətirtdilər. Sonra Mədəbənin+ önündə ordugah qurdular. Əmunilər şəhərlərindən gəlib bir yerə toplaşdılar və döyüşə çıxdılar.
8 Bu xəbər Davuda çatanda o, Yuabı+, bütün ordunu və igidləri davaya göndərdi.+ 9 Əmunilər çıxıb şəhər darvazasının ağzında düzüldülər. Padşahlar isə ayrıca düzənlikdə durmuşdular.
10 Yuab hücum qüvvələrinin qabaqdan və arxadan onun üstünə gəldiyini görəndə İsrailin seçmə qoşunlarını ayırıb aramilərə qarşı düzdü.+ 11 O, ordunun qalan hissəsini qardaşı Abşaya+ tapşırdı. Onlar əmunilərə qarşı düzülməli idilər. 12 Yuab qardaşına dedi: «Əgər aramilər+ məni üstələsələr, sən mənə köməyə gələrsən, əgər əmunilər səni üstələsələr, mən sənə köməyə gələrəm. 13 Biz xalqımız və Allahımızın şəhərləri naminə mətin, cəsur olmalıyıq.+ Yehova da necə məsləhət bilərsə, elə edər».
14 Yuab qoşunu ilə aramilərin üstünə hücuma keçdi. Onlar onun önündən qaçdılar.+ 15 Əmunilər aramilərin qaçdığını görəndə Yuabın qardaşı Abşayın qabağından geri çəkilib şəhərə girdilər. Bundan sonra Yuab Yerusəlimə gəldi.
16 İsrail tərəfindən basılan aramilər çay* bölgəsində+, Hədadzərin ordu başçısı Şofaqın başçılığı altında olan aramiləri toplamaq üçün qasidlər göndərdilər.+
17 Bunu Davuda xəbər verdilər. O, dərhal bütün İsraili toplayıb İordanı keçdi və aramilərin qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Aramilərlə döyüşmək üçün o, qoşununu döyüş nizamı ilə düzdü. Aramilər onunla döyüşdülər.+ 18 Ancaq aramilər İsrailin qabağından qaçdılar. Davud aramilərin 7000 arabaçısını və 40 000 piyada döyüşçüsünü qırdı, onların ordu başçısı Şofaqı öldürdü. 19 Hədadzərin xidmətçiləri İsrailə məğlub olduqlarını görəndə+ Davudla sülh bağlayıb ona tabe oldular.+ Aramilər bir daha əmunilərə kömək etmədilər.
20 İlin əvvəlində*, padşahlar yürüşə çıxan vaxt Yuab+ hərbi səfərə çıxıb əmunilərin ölkəsini darmadağın etdi. O gəlib Rabbahı+ mühasirəyə aldı. Davud isə Yerusəlimdə qalmışdı.+ Yuab Rabbaha hücum edib şəhəri tar-mar etdi.+ 2 Onda Davud Məlkumun başından qızıl tacı götürdü. Qızılın çəkisi bir talant* idi, tac daş-qaşla bəzədilmişdi. Tacı Davudun başına qoydular. O həm də şəhərdən çoxlu qənimət ələ keçirdi.+ 3 Şəhərin əhalisini köçürdü. Onları daş kəsən mişarlarla, kəsici dəmir alətlərlə, baltalarla görülən işlərə təhkim etdi.+ Davud əmunilərin bütün şəhərlərində belə etdi. Axırda o, qoşunu ilə birlikdə Yerusəlimə qayıtdı.
4 Sonra Cəzərdə filiştlilərlə müharibə oldu. O vaxt huşahlı Sibbikay+ Rəfa övladlarından+ olan Sippayı öldürdü. Filiştlilər israillilərin tabeliyinə keçdi.
5 Yenə filiştlilərlə müharibə oldu. Yair oğlu İlkənan catlı Calutun+ qardaşı Lahmini öldürdü. Catlının nizəsinin sapı toxucu ağacı boyda idi.+
6 Catda+ yenə müharibə oldu. Orada pəzəvəng+ bir adam var idi. Onun ayaqları və əlləri altı barmaqlı idi, iyirmi dörd barmağı var idi. O da Rəfa övladlarından idi.+ 7 O, İsrailə meydan oxuyurdu.+ Davudun qardaşı Şimanın+ oğlu Yonatan onu vurub öldürdü.
8 Bunlar Catdakı+ Rəfa övladlarından+ idi. Davudla adamları onları öldürdülər.
21 Şeytan* İsrailə qarşı çıxıb Davudu israilliləri saymağa təhrik etdi.+ 2 Davud Yuaba+ və xalqın başçılarına dedi: «Gedin, Biir-Səbadan Dana+ qədər israilliləri sayın, sonra mənə onların sayını bildirin». 3 Amma Yuab dedi: «Qoy Yehova xalqını yüz qat artırsın! Məgər onların hamısı ağam padşahın qulları deyil? Nə üçün hökmdarım belə şey etmək istəyir? Axı nəyə görə İsraili günaha batırır?»
4 Amma padşahın sözü Yuabın sözündən kəsərli oldu. Yuab bütün İsraili gəzib-dolaşdı, sonra Yerusəlimə qayıtdı.+ 5 Yuab siyahıya alınan xalqın sayını Davuda təqdim etdi. Bütün İsraildə əli qılınclı 1 100 000 nəfər, Yəhudada 470 000 nəfər var idi.+ 6 Lakin Lavi və Binyamin onlarla birgə siyahıya alınmadı,+ çünki Yuabın padşahın əmrindən acığı gəlmişdi.+
7 Bu iş Allaha çox ağır getdi, odur ki, O, İsrailə bəla göndərdi. 8 Onda Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etmişəm.+ Axmaqlıq eləmişəm, yalvarıram, qulunu bağışla».+ 9 Davudun görücüsü Cada+ Yehovanın sözü nazil oldu: 10 «Get Davuda söylə ki, Yehova belə deyir: “Qarşına üç seçim qoyuram. Birini seç. Səni o cür cəzalandıracağam”». 11 Cad da Davudun yanına gəlib dedi: «Yehova belə deyir: “Seç: 12 ya ölkədə üç il aclıq olsun,+ ya üç ay düşmən qılıncı səni yaxalayıb məğlub etsin,+ ya da üç gün Yehovanın qılıncı — xəstəlik ölkəyə hakim kəsilsin,+ Yehovanın mələyi bütün İsrail məmləkətinə bəla gətirsin”.+ İndi fikirləş, söylə, məni göndərənə nə cavab verim». 13 Davud Cada dedi: «Mənə çox çətindir. Qoyma insan əlinə düşüm.+ Qoy biz Yehovanın əlinə düşək, Onun mərhəməti böyükdür».+
14 Yehova İsrailə xəstəlik göndərdi+ və İsraildə 70 000 adam öldü.+ 15 Üstəlik, Allah Yerusəlimi tar-mar etmək üçün mələk göndərdi. Yehova görəndə ki, mələk şəhəri tar-mar etmək üzrədir, xalqa yazığı gəldi+ və xalqı qıran mələyə dedi: «Bəsdir!+ Əl saxla!» Yehovanın mələyi yəbusi+ Ornanın* xırmanının+ yanında durmuşdu.
16 Davud başını qaldırıb gördü ki, Yehovanın mələyi əlindəki siyrilmiş qılıncı Yerusəlimə tərəf uzadıb yerlə göy arasında durub.+ Çula bürünmüş+ Davud və ağsaqqallar üzüstə yerə döşəndilər.+ 17 Davud Allaha dedi: «Məgər xalqı mən saymadım? Günah edən mənəm, mən xəta etmişəm.+ Axı bu yazıq qoyunlar nə ediblər? Ey Allahım Yehova, qoy əlin mənə, atamın evinə qarşı qalxsın. Xalqının başına bu bəlanı gətirmə».+
18 Yehovanın mələyi Cad vasitəsilə+ Davuda bildirdi ki, o gedib yəbusi Ornanın xırmanında Yehovaya qurbangah tiksin.+ 19 Davud Yehovanın adı ilə danışan Cadın dediyi kimi, durub getdi. 20 Bu arada Ornan çevrilib mələyi gördü. Yanında olan dörd oğlu gizləndi. Ornan buğda döyürdü. 21 Davud ona tərəf gələndə Ornan onu gördü və tez xırmandan çıxıb Davudun qarşısında yerədək təzim etdi. 22 Davud Ornana dedi: «Xırman yerini mənə sat, orada Yehovaya qurbangah tikim. Tam qiymətinə sat. Qoy xalqın üzərinə gələn bəla dayansın».+ 23 Ornan Davuda dedi: «Buyur, elə bil ki, öz mülkündür. Qoy ağam padşah istədiyini eləsin. Lap yandırma qurbanı üçün heyvan, odun əvəzi vəl+, taxıl təqdiməsi kimi buğda da verirəm. Hər şeyi verirəm».
24 Davud padşah isə Ornana dedi: «Yox, bunu səndən öz qiymətinə alacağam. Sənin malını havayı götürüb Yehovaya vermərəm, yandırma qurbanı təqdim etmərəm».+ 25 Beləcə, Davud həmin yer üçün Ornana 600 şekel* ağırlığında qızıl verdi. 26 Davud orada Yehovaya qurbangah tikdi,+ yandırma və ünsiyyət qurbanları təqdim etdi. O, Yehovanı çağırdı, Allah da yandırma qurbanı üçün olan qurbangahın üstünə göydən od göndərib ona cavab verdi.+ 27 Onda Yehova mələyə qılıncını qınına qaytarmağı buyurdu.+ 28 Davud Yehovanın yəbusi Ornanın xırmanında ona cavab verdiyini görəndə Ona orada qurban gətirməyə başladı. 29 Amma o vaxt Musanın səhrada Yehova üçün düzəltdiyi çadır və yandırma qurbanı üçün olan qurbangah Gibyondakı səcdəgahda idi.+ 30 Lakin Davud Allaha müraciət etmək üçün ora gedə bilmirdi, çünki Yehovanın mələyinin qılıncından qorxurdu.
22 Davud dedi: «Burada Yehova Allahın evi duracaq və İsrail üçün üzərində yandırma qurbanı gətiriləcək qurbangah olacaq».+
2 Sonra Davud İsrail məmləkətində yaşayan yadellilərin+ toplanmasını əmr etdi və onları Allahın evinin tikintisində daşkəsən təyin etdi. Onlar daş kəsməli və yonmalı idilər.+ 3 O həmçinin qapı taylarının mıxları və rəzələri üçün külli miqdarda dəmir tədarük gördü, çəkiyə gəlməz qədər mis,+ 4 saysız-hesabsız sidr tirləri+ yığdı. Sidonlular+ və surlular+ Davuda külli miqdarda sidr tirləri gətirmişdilər. 5 Davud dedi: «Oğlum Süleyman gənc və səriştəsizdir.+ Yehovaya tikiləcək ev isə möhtəşəm olmalıdır.+ Onun şöhrəti, əzəməti+ cümlə cahana yayılmalıdır.+ Oğlum üçün hazırlıq görməliyəm». Beləcə, Davud ömrünün sonuna kimi çoxlu hazırlıq gördü.
6 Bundan əlavə, oğlu Süleymanı yanına çağırıb ona İsrailin Allahı Yehovaya ev tikməyi vəsiyyət etdi. 7 Davud oğlu Süleymana dedi: «Mən çox istəyirdim ki, Allahım Yehovanın adına ev tikim.+ 8 Amma Yehova mənə dedi: “Sən çoxlu qan tökmüsən, böyük müharibələr etmisən, önümdə yerə çoxlu qan axıtmısan. Buna görə sən Mənim adıma ev tikməyəcəksən.+ 9 Sənin bir oğlun olacaq.+ O, sülh adamı olacaq, ona ətrafındakı bütün düşmənlərin əlindən dinclik verəcəyəm.+ Adı Süleyman* olacaq.+ Onun dövründə İsrailə sülh, əmin-amanlıq verəcəyəm.+ 10 Mənim adıma evi o tikəcək.+ O, Mənə oğul olacaq, Mən də ona ata olacağam.+ İsraildə onun taxt-tacını əbədi bərqərar edəcəyəm”.+
11 Qoy Yehova sənə yar olsun, oğlum. İşin avand olsun, sənin haqqında dediyi kimi, Allahın Yehovanın evini inşa et.+ 12 Yehova sənə İsrail üzərində hakimiyyət verəndə qoy hikmət və dərrakə də versin ki,+ Allahın Yehovanın qanununa əməl edəsən.+ 13 Yehovanın Musa vasitəsilə İsrailə verdiyi qanunlara, hökmlərə dəqiqliklə əməl etsən,+ uğur qazanarsan.+ Cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə.+ 14 Bax, böyük zəhmətlə Yehovanın evi üçün 100 000 talant* qızıl, 1 000 000 talant gümüş, çəkiyə gəlməz qədər mis və dəmir yığmışam,+ tir-şalban, daş tədarük görmüşəm.+ Sən də bunların üstünə əlavə edəcəksən. 15 İxtiyarında çoxlu işçilər — daşkəsənlər, bənnalar,+ dülgərlər və hər cür peşəkar usta var.+ 16 Qızılın, gümüşün, misin, dəmirin çəkisi ölçüyə gəlməz.+ Qalx işə başla, qoy Yehova sənə yar olsun».+
17 Sonra Davud bütün İsrail başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi: 18 «Allahınız Yehova sizinlədir, O, sizə hər tərəfdən dinclik verib. Bu ölkə sakinlərini mənə təslim edib. Ölkə Yehovaya və Onun xalqına tabedir. 19 Allahınız Yehovanı bütün ürəyinizlə, varlığınızla axtarmağa qərarlı olun,+ Yehova Allahın məskənini inşa etməyə başlayın ki,+ Yehovanın Əhd sandığını və Allahın müqəddəs əşyalarını Yehovanın adına tikilmiş evə+ gətirəsiniz».+
23 Davud qocalanda, ömrünü başa vurmaq üzrə olanda oğlu Süleymanı İsrail üzərində padşah qoydu.+ 2 Sonra bütün İsrail başçılarını, kahinləri+ və lavililəri+ topladı. 3 Otuz yaşında və bundan yuxarı yaşda olan lavililəri saydılar.+ Kişilər bir-bir sayıldı, onlar 38 000 nəfər idi. 4 Onlardan 24 000 nəfər Yehovanın evindəki işlərə nəzarətçi, 6000 nəfər məmur və hakim kimi xidmət edirdi.+ 5 4000 nəfər darvaza keşikçisi+ idi, 4000 nəfər isə Davudun «mədh söyləmək üçün düzəltmişəm» dediyi alətlərdə Yehovanı mədh edirdi.+
6 Davud onları Lavi oğullarına, Hirsən, Kəhat və Merara+ görə bölüklərə ayırdı.+ 7 Hirsənlilərdən Ladan və Şimay. 8 Ladanın oğulları: başçı Yəhyil, Zətam və Yuil,+ üç nəfər. 9 Şimayın* oğulları: Səlamut, Həziil və Haran, üç nəfər. Onlar Ladanın nəslində nəsil başçıları idilər. 10 Şimayın* oğulları: Yahəs, Zina*, Yəuş və Bərya. Bu dörd nəfər Şimayın oğlu idi. 11 Yahəs başçı, Zizah ondan sonra ikinci idi. Yəuşla Bəryanın oğulları çox olmadığından onlar bir nəsil sayılırdı və eyni işi görürdülər.
12 Kəhatın oğulları: İmran, İshar+, Həbrun və Üzziil,+ dörd nəfər. 13 İmranın oğulları: Harun+ və Musa.+ Harunla oğulları daima Ən Müqəddəs yeri müqəddəs etməyə, Yehovanın önündə qurban təqdim etməyə, Ona xidmət etməyə və Onun adı ilə xalqa xeyir-dua verməyə+ təyin olundu.+ 14 Allahın qulu Musanın oğullarının adı Lavi qəbiləsinin arasında idi. 15 Musanın oğulları: Hirsəm+ və Əlyəzər.+ 16 Hirsəmin oğullarından Şəbuil+ başçı idi. 17 Əlyəzər övladlarından Rəhabya+ başçı idi. Əlyəzərin başqa oğlu yox idi. Rəhabyanın isə çoxlu oğlu var idi. 18 İshar+ oğullarından Səlimət+ başçı idi. 19 Həbrunun oğulları: başçı Əryah, ikincisi Əmariyyə, üçüncüsü Yahəzil, dördüncüsü Yəqməm.+ 20 Üzziilin oğulları:+ başçı Mikə, ikincisi İşya.
21 Merarın oğulları: Məhli və Muşi.+ Məhlinin oğulları: Əlyazar və Kiş. 22 Əlyazar oğul sahibi olmadan öldü, onun yalnız qızları var idi. Onları əmiləri Kişin oğulları aldı. 23 Muşinin oğulları: Məhli, Ədər və Ərəmut, üç nəfər.
24 Nəsillərinə, nəsil başçılarına görə Lavi övladları bunlardır. İyirmi yaşında və bundan yuxarı yaşda olub Yehovanın evində xidmət edənlər adbaad sayılıb siyahıya alındı. 25 Çünki Davud demişdi: «İsrailin Allahı Yehova xalqını dincliyə qovuşdurub,+ O, Yerusəlimdə əbədilik məskən salacaq.+ 26 Beləcə, lavililər Müqəddəs çadırı və ibadətdə işlədilən avadanlığı artıq daşımalı olmayacaq».+ 27 Davudun son göstərişlərinə əsasən, iyirmi yaşında və bundan yuxarı yaşda olan lavililər siyahıya alındı. 28 Onlar Harun oğullarının qulluğunda durub+ Yehovanın evində bu işləri görürdülər: həyətlərə+, yemək otaqlarına baxır, müqəddəs əşyaları paklayır, Allahın evindəki başqa işləri görür, 29 üst-üstə qoyulan çörəklər*+, taxıl təqdiməsi üçün narın un, mayasız xəmirdən bişirilmiş lavaş,+ sac çörəyi, yağla yoğrulmuş xəmir+ hazırlayır və bütün ölçü və çəki qablarına baxırdılar. 30 Onlar hər səhər+ və hər axşam öz yerlərində Yehovaya şükür edib mədh oxuyurdular.+ 31 Həmçinin şənbə günlərində,+ təzə ay mərasimlərində+ və bayram günlərində+ Yehovaya yandırma qurbanı təqdim ediləndə yardım edirdilər. Qanunda yazılmış göstərişlərə uyğun olaraq, daim Yehovanın hüzurunda belə edirdilər. 32 Habelə, Hüzur çadırıyla, müqəddəs məkanla, qardaşları Harun oğulları ilə bağlı vəzifələrini yerinə yetirib Yehovanın evində xidmət edirdilər.
24 Harun övladlarının bölükləri bunlar idi: Harunun oğulları — Nadab, Abihu,+ Əlyazar və İsamar.+ 2 Lakin Nadabla Abihu oğul sahibi olmadan atalarından əvvəl öldülər.+ Əlyazar+ və İsamar isə kahin kimi xidmət edirdi. 3 Davud Əlyazar övladlarından Sadıqla+ və İsamar övladlarından Əximəliklə birgə Harun övladlarını görəcəkləri işə görə bölüklərə ayırdı. 4 Əlyazar övladları arasında İsamar övladlarından çox başçı olduğu üçün onları belə böldülər: Əlyazar övladlarından nəsil başçısı on altı nəfər, İsamar övladlarından nəsil başçısı səkkiz nəfər.
5 Sonra onlar bu iki dəstəni püşklə böldülər.+ Çünki həm Əlyazar övladları, həm İsamar övladları arasından müqəddəs məkanda və Allahın hüzurunda xidmət edən rəhbərlər var idi. 6 Lavili katib Nəsnail oğlu Şəmay padşahın, əyanların, kahin Sadığın+, Əbyatar+ oğlu Əximəlikin+ və kahinlərlə lavililərin nəsil başçılarının önündə onların adını qeyd etdi. Bir nəsil Əlyazar övladlarından, bir nəsil İsamar övladlarından seçildi.
7 Püşkün nəticəsi belə oldu: birinci Yəhuyarib, ikinci Yaday, 8 üçüncü Harim, dördüncü Səurim, 9 beşinci Məlkiyyə, altıncı Miyəmin, 10 yeddinci Həqquz, səkkizinci Əbiyya+, 11 doqquzuncu Yeşu, onuncu Səkənya, 12 on birinci Əlyasib, on ikinci Yaqim, 13 on üçüncü Huffa, on dördüncü Yişbab, 14 on beşinci Bilgah, on altıncı İmmir, 15 on yeddinci Xəzir, on səkkizinci Həbzis, 16 on doqquzuncu Fəthi, iyirminci Hizqiyal, 17 iyirmi birinci Yakin, iyirmi ikinci Qamul, 18 iyirmi üçüncü Dəlay, iyirmi dördüncü Məazi.
19 Onlar İsrailin Allahı Yehovanın əcdadları Haruna əmr etdiyi kimi, Harunun verdiyi tapşırığa uyğun olaraq, bu sıra ilə Yehovanın evinə gedib öz vəzifələrini yerinə yetirməli idilər+.
20 Digər lavililər: İmran+ övladlarından Şubail+, Şubail oğullarından Yəhdiyyə, 21 Rəhabya+ nəslindən, Rəhabya oğullarından başçı İşya, 22 İshar övladlarından Səlamut+, Səlamut övladlarından Yahəs, 23 Həbrun övladlarından başçı Əryah+, ikinci Əmariyyə, üçüncü Yahəzil, dördüncü Yəqməm. 24 Üzziil övladlarından Mikə, Mikə oğullarından Samir. 25 İşya Mikənin qardaşı idi. İşya övladlarından Zəkəriyyə.
26 Merar+ oğulları: Məhli və Muşi. Yəziyyə övladlarından Bəno. 27 Merar övladlarından, Yəziyyə övladlarından Bəno, Şoham, Zəqqur və İbri. 28 Məhli oğullarından Əlyazar. Əlyazarın oğulları olmayıb.+ 29 Kiş nəslindən, Kiş oğullarından Yarəhmiil. 30 Muşi oğulları: Məhli, Ədər və Ərimut.
Nəsillərinə görə Lavi övladları bunlar idi. 31 Onlar da qardaşları Harun övladları kimi, Davud padşahın, Sadığın, Əximəlikin və kahinlərlə lavililərin nəsil başçılarının önündə püşk atdılar.+ Böyük qardaşın nəsilləri ilə kiçik qardaşın nəsilləri bir tutuldu.
25 Sonra Davud və məbəddəki xidmətə başçılıq edənlər Asəfin, Himanın və Yaditunun+ bir neçə oğlunu çəngin, telli alətlərin+ və sincin müşayiətilə peyğəmbərlik etmək üçün seçdi.+ Bu xidmətə təyin olunanlar bunlar idi: 2 Asəfin oğullarından Zəqqur, Yusif, Nəsəniyyə və Əşaril. Onlar ataları Asəfin tabeliyində idilər, Asəf də padşahın tabeliyi altında peyğəmbərlik edirdi. 3 Yaditun+ nəslindən, Yaditun oğullarından: Qədali, Səri, Yaşay, Şimay, Həşbiyyə, Məttəsyah+, altı nəfər. Onlar çəngin müşayiətilə peyğəmbərlik edən, Yehovaya həmd-səna söyləyən+ ataları Yaditunun tabeliyi altında idilər. 4 Himan+ nəslindən, Himan oğullarından: Buqyah, Mətənyah, Üzziil, Şəbuil, Ərimut, Hənaniyyə, Hənani, Əlyata, Cildət, Rüməmti-Əzər, Yuşbiqaşay, Məluti, Hutir, Məhəzyut. 5 Bunlar Himanın oğulları idi. Himan padşahın görücüsü idi və Allahın sözlərini bəyan edərək Onu şərəfləndirirdi. Allah da ona on dörd oğul və üç qız bəxş etmişdi. 6 Bütün bu adamlar atalarının başçılığı altında Yehovanın evində məzmur oxuyurdular. Onlar sinc, telli alətlər, çəng çalıb+ Allahın evində xidmət edirdilər.
Asəf, Yaditun və Himan padşahın tabeliyində idi.
7 Yehovaya məzmur oxumaq üçün təlim almış bu adamların və onların qardaşlarının sayı 288 nəfər idi, onların hamısı peşəkar idi. 8 Onların hamısı, böyüyü də, kiçiyi də, peşəkarı da, şagirdi də növbələrini bilmək üçün püşk atdı.+
9 Püşkün nəticəsi belə oldu: birinci Asəf oğlu Yusif+, ikinci Qədali+ (o, qardaşları və oğulları, 12 nəfər), 10 üçüncü Zəqqur+, oğulları və qardaşları, 12 nəfər, 11 dördüncü İsri, oğulları və qardaşları, 12 nəfər, 12 beşinci Nəsəniyyə+, oğulları və qardaşları, 12 nəfər, 13 altıncı Buqyah, oğulları və qardaşları, 12 nəfər, 14 yeddinci Ərsila, oğulları və qardaşları, 12 nəfər, 15 səkkizinci Yaşay, oğulları və qardaşları, 12 nəfər, 16 doqquzuncu Mətənyah, oğulları və qardaşları, 12 nəfər, 17 onuncu Şimay, oğulları və qardaşları, 12 nəfər, 18 on birinci Əzaril, oğulları və qardaşları, 12 nəfər, 19 on ikinci Həşbiyyə, oğulları və qardaşları, 12 nəfər, 20 on üçüncü Şubail+, oğulları və qardaşları, 12 nəfər, 21 on dördüncü Məttəsyah, oğulları və qardaşları, 12 nəfər, 22 on beşinci Ərəmut, oğulları və qardaşları, 12 nəfər, 23 on altıncı Hənaniyyə, oğulları və qardaşları, 12 nəfər, 24 on yeddinci Yuşbiqaşay, oğulları və qardaşları, 12 nəfər, 25 on səkkizinci Hənani, oğulları və qardaşları, 12 nəfər, 26 on doqquzuncu Məluti, oğulları və qardaşları, 12 nəfər, 27 iyirminci Əlyata, oğulları və qardaşları, 12 nəfər, 28 iyirmi birinci Hutir, oğulları və qardaşları, 12 nəfər, 29 iyirmi ikinci Cildət+, oğulları və qardaşları, 12 nəfər, 30 iyirmi üçüncü Məhəzyut+, oğulları və qardaşları, 12 nəfər, 31 iyirmi dördüncü Rüməmti-Əzər+, oğulları və qardaşları, 12 nəfər.
26 Darvaza keşikçilərinin+ bölükləri bunlardır: qarunlulardan Asəf oğlu Qorənin oğlu Məşələmya+. 2 Məşələmyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yədail, üçüncüsü Zəbədya, dördüncüsü Yətnail, 3 beşincisi Elam, altıncısı Yəhukənan, yeddincisi İlyəhənay. 4 Abid-Ədumun oğulları: ilk oğlu Şəmay, ikincisi Yəhuzabad, üçüncüsü Yuah, dördüncüsü Səkar, beşincisi Nəsnail, 5 altıncısı Əmail, yeddincisi Yəsakir, səkkizincisi Fulatay. Allah Abid-Əduma bu cür nemət vermişdi.
6 Abid-Ədumun oğlu Şəmayın oğulları oldu. Onlar igid və bacarıqlı olduqları üçün öz nəsillərində başçı idilər. 7 Şəmayın oğulları: Üsnü, Rəfail, Abid, İlzəbad. Onun qardaşları Əlihu və Səməkya da bacarıqlı idi. 8 Bunlar Abid-Ədumun oğulları idi. Onlar, oğulları və qardaşları bacarıqlı, xidmətə yararlı adamlar idi. Abid-Ədumun nəslinə 62 nəfər məxsus idi. 9 Məşələmyanın+ bacarıqlı oğulları və qardaşları var idi. Onların sayı 18 nəfər idi. 10 Merar oğullarından olan Husənin oğulları: ilk oğul olmasa da, atasının başçı qoyduğu Şimri, 11 ikincisi Xilqiyyə, üçüncüsü Təbəlya, dördüncüsü Zəkəriyyə. Husənin oğullarının və qardaşlarının sayı 13 nəfər idi.
12 Bu keşikçi bölüklərinə başçılıq edənlərin də qardaşları kimi Yehovanın evində öz işləri var idi. 13 Onlar nəsillərinin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hər darvaza üçün püşk atdılar.+ 14 Şələmyaya şərq tərəf düşdü. Onun oğlu müdrik məsləhətçi Zəkəriyyə üçün püşk atdılar. Ona şimal tərəf düşdü. 15 Abid-Əduma cənub tərəf, oğullarına+ anbarlar düşdü. 16 Şuffim və Husəyə+ qərb tərəf, yoxuş yolun qırağındakı Şalkit darvazasının yanı düşdü. Keşikçi dəstələri yanbayan dururdu. 17 Şərqdə altı lavili, hər gün şimalda dörd nəfər, cənubda dörd nəfər dururdu. Anbarların+ keşiyini iki cüt keşikçi çəkirdi. 18 Qərbdəki eyvanın keşiyini yolda+ dörd nəfər, eyvanın özündə isə iki nəfər çəkirdi. 19 Bunlar Qarun oğullarından və Merar oğullarından ibarət keşikçi bölükləri idi.
20 Lavililərdən Əxiyyə Allahın evindəki xəzinəyə və müqəddəs edilmiş şeylərin qoyulduğu xəzinəyə nəzarət edirdi.+ 21 Ladan oğullarından, hirsənli Ladan nəslindən, hirsənli Ladan nəsillərinin başçılarından Yəhyili+, 22 Yəhyilinin oğulları Zətam və qardaşı Yuil Yehovanın evinin xəzinəsinə+ nəzarət edirdilər. 23 İmranlılardan, isharlılardan, həbrunlulardan, üzziillilərdən+, 24 Musanın oğlu Hirsəmin övladlarından Şəbuil anbarların baş nəzarətçisi idi. 25 Şəbuilin qardaşlarından, Əlyəzər+ övladlarından Rəhabya+, Yaşay, Yuram, Zəkri, Səlamut. 26 Səlamut və onun qardaşları Davud padşahın, nəsil başçılarının, minbaşıların, yüzbaşıların və sərkərdələrin müqəddəs etdiyi şeylərin+ qoyulduğu xəzinəyə nəzarət edirdi.+ 27 Onlar müharibələrdə+ əldə etdikləri qənimətin+ bir hissəsini Yehovanın evini yaxşı vəziyyətdə saxlamaq üçün ayırmışdılar. 28 Görücü+ İşmuilin, Kiş oğlu Talutun, Nur oğlu Abnurun+, Sərya+ oğlu Yuabın+ da ayırdığı şeylər, ümumiyyətlə, Allah üçün ayrılan hər şey Səlimətin* və qardaşlarının nəzarəti altında idi.
29 İsharlılardan+ Kənanya və oğulları məbəddənxaric işlərlə məşğul olurdular — İsraildə məmur və hakim+ idilər.
30 Həbrunlulardan+ Həşbiyyə və qardaşları, 1700 bacarıqlı kişi İordanın qərb bölgəsindəki İsrail torpaqlarında Yehovanın və padşahın işinin icra olunmasına rəhbərlik edirdilər. 31 Həbrunlulardan Əryah+ Həbrun nəsillərinin və ailələrinin başçısı idi. Davudun hakimiyyətinin qırxıncı ilində+ həbrunluların arasında igid, bacarıqlı adamlar axtardılar və Giladdakı Yazirdə+ tapdılar. 32 Əryahın hər biri nəsil başçısı olan 2700 bacarıqlı qardaşı var idi. Davud padşah Allahın və padşahın işlərinin icrası üçün onları rubənlilərin, cadlıların və Mənəssə qəbiləsinin yarısının üzərində başçı qoydu.
27 Padşahın ordusunda qulluq edən İsrail bölüklərinə nəsil başçıları, minbaşılar, yüzbaşılar+ və bu bölüklərə xidmət edən zabitlər daxil idi.+ İlin hər ayında bir bölük növbə çəkirdi. Bölüklərin hər birində 24 000 adam var idi. Bölüklər bunlar idi:
2 İlin birinci ayında xidmət edən birinci bölüyə Zəbdiil oğlu Yəşubəm+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 3 O, Farəs+ övladlarından idi və birinci ay xidmət etməyə təyin olunan bölüyün bütün başçılarının böyüyü idi. 4 İkinci ay xidmət edən bölüyün başçısı əxuhili+ Doday+ idi. Bölüyə Miqlot rəhbərlik edirdi. Onun bölüyündə 24 000 adam var idi. 5 Üçüncü ay xidmət edən bölüyə böyük kahin Yəhyadayın+ oğlu Bənayi+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 6 Bənayi otuz igiddən biri idi və onların başçısı idi. Onun bölüyünə oğlu Amizabad başçılıq edirdi. 7 Dördüncü ay xidmət edən bölüyə Yuabın qardaşı Asail+ başçılıq edirdi. Ondan sonra oğlu Zəbədya gəlirdi. Onun bölüyündə 24 000 adam var idi. 8 Beşinci ay xidmət edən bölüyə izrəhyalı Şamhut başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 9 Altıncı ay xidmət edən bölüyə təquhlu+ İqəş oğlu İrah+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 10 Yeddinci ay xidmət edən bölüyə əfraimlilərdən fəlunlu Hələz+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 11 Səkkizinci ay xidmət edən bölüyə zarahlılardan+ huşahlı Sibbikay+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 12 Doqquzuncu ay xidmət edən bölüyə binyaminlilərdən ənatutlu+ Əbusər+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 13 Onuncu ay xidmət edən bölüyə zarahlılardan+ nətufahlı Məharay+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 14 On birinci ay xidmət edən bölüyə əfraimlilərdən firətunlu Bənayi+ başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi. 15 On ikinci ay xidmət edən bölüyə Üsniil nəslindən nətufahlı Həlday başçılıq edirdi. Onun bölüyündə 24 000 adam var idi.
16 İsrail qəbilələrinin rəhbərləri bunlar idi: rubənlilərdən Zəkri oğlu Əlyəzər, şəmunlulardan Məkah oğlu Şəfətay, 17 Lavi övladlarından Qamuil oğlu Həşbiyyə, Harun övladlarından Sadıq, 18 Yəhuda övladlarından Davudun qardaşı Əlihu+, Yəsakir övladlarından Mikayıl oğlu Omri, 19 Zəbulun övladlarından Əbdiya oğlu İsmaya, Niftalı övladlarından Əzriil oğlu Ərimut, 20 əfraimlilərdən Əzazi oğlu Huşə, Mənəssə qəbiləsinin yarısından Fəday oğlu Yuil, 21 Mənəssə qəbiləsinin Giladdakı yarısından Zəkəriyyə oğlu İddu, Binyamin övladlarından Abnur+ oğlu Yəsiil, 22 Dan övladlarından Yərahim oğlu Əzaril. Bunlar İsrail qəbilələrinin əmirləri idi.
23 Davud iyirmi və bundan aşağı yaşda olanları saymadı. Çünki Yehova vəd etmişdi ki, israillilərin sayını göydəki ulduzlar qədər çoxaldacaq.+ 24 Sərya oğlu Yuab israilliləri saymağa başladı, amma axıra qədər saymadı. Allahın İsrailə qəzəbi tutdu+ və bu say Davud padşahın tarixi kitabına daxil edilmədi.
25 Padşah xəzinəsinə+ Adail oğlu Əzmut nəzarət edirdi. Üziyyə oğlu Yonatan digər bölgələrdəki, şəhərlərdəki, kəndlərdəki və qalalardakı anbarlara nəzarət edirdi. 26 Torpağı əkib-becərən əkinçilərin nəzarətçisi Kəlub oğlu İzri idi. 27 Üzümlüklərə ramalı Şimay, şərab üçün yığılan üzüm məhsuluna isə şəfəmli Zəbdi nəzarət edirdi. 28 Şəfladakı+ zeytunluqlara və əncir ağaclarına+ cədərli Baalhənan, yağ anbarlarına Yuəş nəzarət edirdi. 29 Şaronda+ otarılan mal-qaraya şaronlu Şitray, dərədəki mal-qaraya isə Adlay oğlu Şafat nəzarət edirdi. 30 Dəvələrə ismayıllı Obil, eşşəklərə mərunutlu Yəhdiyyə, 31 qoyun-keçiyə həcəri Yəziz nəzarət edirdi. Davud padşahın əmlakına nəzarət edən adamlar bunlar idi.
32 Davudun qardaşı oğlu Yonatan+ ağıllı adam idi, o, məsləhətçi və katib idi. Həkmin oğlu Yəhyil padşah oğullarının+ lələsi idi. 33 Əxtufil+ padşahın məsləhətçisi idi. Arklı Xuşay+ padşahın dostu idi. 34 Əxtufildən sonra padşahın məsləhətçisi Bənayi+ oğlu Yəhyaday və Əbyatar+ oldu. Padşahın ordu başçısı Yuab+ idi.
28 Davud İsrailin bütün başçılarını: qəbilə əmirlərini, padşaha qulluq edən bölük başçılarını,+ minbaşıları, yüzbaşıları,+ padşahla oğullarına+ məxsus əmlaka, mal-heyvana cavabdeh olanları,+ saray məmurlarını, igid və bacarıqlı kişiləri+ Yerusəlimə topladı. 2 Sonra Davud padşah ayağa qalxıb onlara xitab etdi:
«Məni dinləyin, ey qardaşlarım, ey xalqım. Çox istəyirdim ki, Allahımız üçün ev tikim. Bu ev Yehova Allahın Əhd sandığı üçün daimi məskən və Onun üçün kətil olsun.+ Hətta bundan ötrü hazırlıq da görmüşdüm.+ 3 Amma Allah mənə dedi: “Mənim adıma evi sən tikməyəcəksən,+ çünki sən müharibə adamısan, çoxlu qan tökmüsən”.+ 4 Bununla belə, İsrailin Allahı Yehova atamın evindən məni seçdi ki, həmişəlik İsrailin padşahı olum.+ O, başçı olaraq Yəhudanı seçmişdi.+ Yəhuda evindən atamın evini seçdi.+ Atamın oğulları arasında İsrailin padşahı kimi məni gördü.+ 5 Sonra Yehova mənə nəsib etdiyi çoxlu oğullar+ arasından Süleymanı+ seçdi ki, Yehovanın İsrail üzərindəki taxtında o otursun.+
6 O, mənə dedi: “Mənim evimi və həyətlərimi oğlun Süleyman tikəcək. Mən onu seçmişəm, o, Mənə oğul, Mən də ona Ata olacağam.+ 7 Əgər o, indiki kimi, əmrlərimə, hökmlərimə cidd-cəhdlə əməl etsə,+ taxt-tacını əbədilik bərqərar edəcəyəm”.+ 8 Bütün İsrailin, Yehovanın icmasının və Allahımızın önündə sizə deyirəm: Allahınız Yehovanın əmrlərini öyrənib onlara dəqiqliklə əməl edin ki, bu gözəl diyarda qalasınız+ və onu özünüzdən sonra övladlarınıza əbədi irs kimi ötürəsiniz.
9 Sən isə, oğlum Süleyman, atanın Allahını tanı, Ona sidqi-ürəkdən+, sevinclə xidmət et. Çünki Yehova ürəkləri araşdırır,+ insanın fikirlərindən, niyyətlərindən agahdır.+ Onu axtarsan, tapacaqsan.+ Amma Ondan üz döndərsən, O, səni əbədilik rədd edəcək.+ 10 Bax, Yehova səni seçib ki, müqəddəs məkan olacaq evi tikəsən. Cəsur ol, işə başla!»
11 Davud oğlu Süleymana eyvanın+, otaqların, anbar otaqlarının, yuxarı otaqların, içəri otaqların, kəffarə otağının*,+ 12 həmçinin Allahın ruhu ilə ona əyan olan hər şeyin — Yehovanın evinin həyətlərinin+, ətrafdakı yemək otaqlarının, Allahın evinin xəzinəsinin və müqəddəs edilmiş şeylərin qoyulduğu xəzinənin+ layihəsini+ verdi. 13 Bundan əlavə, ona kahinlərin və lavililərin bölüklərinə,+ Yehovanın evində görülən işlərə, Yehovanın evində işlədilən əşyalara aid göstərişlər verdi. 14 Həmçinin müxtəlif işlərdə istifadə olunacaq, qızıl və gümüş əşyalara sərf olunacaq qızılın və gümüşün çəkisini, 15 istifadəsindən asılı olaraq, düzəldiləcək qızıl və gümüş çıraqdanlar+ və onların çıraqları üçün qızılın və gümüşün çəkisini, 16 üst-üstə qoyulan çörəklərin* masaları+ üçün ayrı-ayrılıqda qızılın çəkisini, gümüş masalar üçün gümüşün çəkisini, 17 yabaların, kasaların, saf qızıldan dolçaların, qızıl və gümüş masquraların+ (ayrı-ayrılıqda hər masquranın) çəkisini, 18 buxur qurbangahı üçün saf qızılın çəkisini verdi.+ O həmçinin arabanı təmsil edən,+ qanadlarını açıb Yehovanın Əhd sandığına kölgə salan qızıl kərrublar+ üçün saf qızılın çəkisini verdi. 19 Davud dedi: «Yehovanın əli üzərimdə idi. O, layihəni+ təfsilatı ilə yazıya köçürmək üçün mənə anlayış verdi».+
20 Sonra Davud oğlu Süleymana dedi: «Cəsur ol, möhkəm ol, işə başla! Qorxma, təlaşa düşmə, Yehova Allah, mənim Allahım səninlədir.+ O, səni atmayacaq, tərk etməyəcək.+ Yehova evi ilə bağlı bütün işlər başa çatana qədər səninlə olacaq. 21 Budur, kahinlərin və lavililərin+ bölükləri+ Allahın evində xidmət etməyə hazırdır. Hər cür işi görməyə hazır olan peşəkar işçilər,+ habelə başçılar+ və bütün xalq əmrinə müntəzirdir».
29 Davud padşah bütün icmaya dedi: «Allahın seçilmişi, oğlum Süleyman+ gənc və səriştəsizdir.+ İş isə böyükdür. Çünki məbəd insan üçün yox, Yehova Allah üçün tikiləcək.+ 2 Bütün gücümü səfərbər edib Allahımın evi üçün tədarük görmüşəm. Qızıl əşyalar üçün qızıl, gümüş əşyalar üçün gümüş, mis əşyalar üçün mis, dəmir əşyalar üçün dəmir+, taxta-şalban işi üçün taxta–şalban+, damarlı əqiq, suvağın üstünə vurmaq üçün daş-qaş, rəngbərəng daşlar, cürbəcür qiymətli daşlar, külli miqdarda əhəngdaşı hazırlamışam. 3 Allahımın evini sevdiyimə görə+ bu müqəddəs ev üçün hazırladığım şeylərdən başqa öz qızıl-gümüşümdən+ də Allahımın evinə verirəm. 4 Otaqların divarlarına çəkmək üçün 3000 talant* Ofir qızılı,+ 7000 talant saf gümüş, 5 qızıl əşyalar üçün qızıl, gümüş əşyalar üçün gümüş və sənətkar işləri üçün ləvazimat verirəm. Kim Yehovaya könüllü bəxşiş vermək istəyirsə, buyursun versin».+
6 Nəsil başçıları, İsrail qəbilələrinin əmirləri, minbaşılar, yüzbaşılar,+ padşahın işləri üzərində duran başçılar+ irəli çıxıb 7 Allahın evinə 5000 talant qızıl, 10 000 darik*, 10 000 talant gümüş, 18 000 talant mis və 100 000 talant dəmir verdilər. 8 Kimdə qiymətli daş var idisə onu hirsənli+ Yəhyilin+ nəzarəti altında olan Yehovanın evinin xəzinəsinə verdi. 9 Camaat bu könüllü təqdimələri gətirdiyinə görə sevinirdi, çünki bunları Yehovaya ürəkdən vermişdilər.+ Davud padşahın da sevinci aşıb-daşırdı.
10 Davud bütün icmanın qarşısında Yehovaya alqış oxuyub dedi: «Atamız İsrailin Allahı Yehova, Sənə əzəldən əbədiyyətədək alqış olsun! 11 Ey Yehova, əzəmət+, qüdrət+, cah-calal, şan-şöhrət, həşəmət+ Sənindir, yerdə və göydə nə varsa, hər şey Sənindir.+ Səltənət də Sənindir, ey Yehova.+ Sən hər kəsdən ucasan. 12 Var-dövləti, şan-şöhrəti Sən verirsən.+ Hər şeyin üzərində hökmransan.+ Güc+, qüdrət+ Səndədir, Sən insanı ucaldırsan,+ ona güc verirsən.+ 13 Ey Allahımız, Sənə şükür edirik, gözəl adına mədh oxuyuruq.
14 Amma mən kiməm, xalqım kimdir ki, Sənə belə bəxşişlər verək? Hər şeyi bizə Sən vermisən, Sənin əlindən aldığımızı Sənin Özünə qaytarırıq. 15 Ata-babalarımız kimi, qarşında qəribik, yadıq.+ Bu dünyada ömrümüz kölgə kimi ötüb-keçir.+ 16 Ey Allahımız Yehova, müqəddəs adına ev tikmək üçün hazırladığımız var-dövlət Səndəndir, hamısı Sənindir. 17 Bilirəm, ey Allahım, Sən ürəkləri araşdırırsan,+ düzlüyü sevirsən.+ Mən saf ürəklə, can-dildən bu şeyləri təqdim edirəm. Xalqının bura gəlib Sənə bəxşiş verdiyini görmək məni sevindirir. 18 Ey İbrahimin, İshaqın, İsrailin, ata-babalarımızın Allahı Yehova, qoy xalqının ürəyində həmişə bu cür istəklər, bu cür niyyətlər olsun. Qoy ürəkləri Sənə bağlansın.+ 19 Oğlum Süleymana kömək et ki, Sənin əmrlərinə, nəsihətlərinə, qayda-qanunlarına sidqi-ürəkdən tabe olsun,+ bütün bu işləri görsün, inşasına hazırlıq gördüyüm+ məbədi tiksin».
20 Sonra Davud bütün icmaya dedi: «Allahınız Yehovaya alqış edin!» Bütün icma ata-babalarının Allahı Yehovaya alqış oxudu. Hamı Yehovaya səcdə qıldı, padşaha təzim etdi. 21 Camaat ertəsi gün də Yehovaya qurban kəsdi, Yehovaya yandırma qurbanları+ təqdim etdi. Onlar 1000 cavan buğa, 1000 qoç, 1000 erkək toğlu qurban kəsdilər və bununla yanaşı şərab, təqdiməsi+ gətirdilər. Bütün İsrail üçün çoxlu qurbanlar gətirdilər.+ 22 Həmin gün Yehovanın önündə yeyib-içib şənlik etdilər.+ Davudun oğlu Süleymanı təkrarən padşah elan etdilər. Yehovanın önündə onu hökmdar kimi, Sadığı isə kahin kimi+ məsh etdilər.+ 23 Süleyman atası Davudun yerinə Yehovanın taxtında oturdu.+ O, uğurlu oldu və bütün israillilər onun itaətində durdu. 24 Bütün başçılar+, igidlər+, Davud padşahın oğullarının+ hamısı Süleyman padşaha tabe oldu. 25 Yehova Süleymanı bütün İsrailin gözündə çox ucaltdı, ona İsrailin əvvəlki padşahlarında olmayan əzəməti bəxş etdi.+
26 Yəssə oğlu Davuda gəlincə, o, bütün İsrailin hökmdarı olmuşdu. 27 O, İsrail üzərində qırx il hakimiyyət sürmüşdü, yeddi il Həbrunda,+ otuz üç il də Yerusəlimdə.+ 28 O, uzun ömür sürüb,+ həyatdan məmnun halda, sərvət və şöhrət içində vəfat etdi. Yerinə oğlu Süleyman padşah oldu.+ 29 Davudun ilk işlərindən son işlərinə qədər hamısı görücü İşmuilin, Natan peyğəmbərin+ və görücü Cadın+ yazılarında qeydə alınıb. 30 Həmçinin orada onun padşahlığı, əzəməti, başına gəlmiş hadisələr, İsraildə və ətraf məmləkətlərdə baş vermiş hadisələr barədə yazılıb.
Yr 10:4 ayəsində Dudanim.
Bəzi mənbələrə əsasən, filistimlilər.
Bunlar Aramın oğullarıdır. Yr 10:23 ayəsinə bax.
Mənası: bölünmə.
Yaxud yerin əhalisi.
Yr 36:22 ayəsində Heyməm.
Fərat çayı.
Yr 36:39 ayəsində Hədar.
Qəbilə başçıları.
Mənası: bəla gətirən; məhrumiyyətə səbəb olan. Digər adı Axan. Yş 7:1 ayəsinə bax.
18, 19 və 42-ci ayələrdə Kalib.
Bu fəsildə bəzi adlar insan yox, yer adlarıdır. Belə hallarda ata sözü bani mənasında işlənir.
Ehtimal ki, Yabəs adı ibrani dilində ağrı mənasını verən sözlə əlaqəlidir.
Mənası: sənətkarlar vadisi.
Görünür, bu, 18-ci ayədə adı çəkilən Bidiyyədir.
II Ərubam.
1-ci ayədə Hirsən.
Digər variant: şəhər (Yş 21:13 ayəsinə əsasən).
Digər variant: şəhər (Yş 21:21 ayəsinə əsasən).
Mənası: bəla ilə.
Digər variant: Qəzzəyə. Bu, Filiştdəki Qəzzə deyil.
32-ci ayədə Somir.
Görünür, bu, 32-ci ayədə adı çəkilən Hotamdır.
Digər variant: Səhərəyim arvadları Huşim və Bəarəni göndərəndən sonra Muabda oğulları oldu.
Digər adı İşboşet.
Digər adı Mefiboşet.
Burada Şilo şəhərinin sakinləri yox, Yəhudanın üçüncü oğlu Salehin övladları nəzərdə tutulur. Yr 46:12 ayəsinə bax.
Hərfən: çadır evinin.
Yaxud yemək otaqları.
Yəni hüzur çörəyinin.
Yaxud yemək otaqlarında.
İbr. Milloh. Ehtimal ki, qalayabənzər tikili.
Təx. 2,23 m. B14 əlavəsinə bax.
Hərfən: qardaşları.
Hərfən: otlaqları olan şəhərlərində.
Digər variant: arasında.
Yaxud hirsləndi.
Mənası: Üzzahın başına tökülən qəzəb.
Mənası: yarıqların ağası.
Lüğətə bax.
Lüğətə bax.
Digər variant: barədə danışın.
Digər variant: müqəddəsliyinin ehtişamına görə.
Hərfən: yüksəklikdə.
2İş 8:10 ayəsində Yuram.
Mesopotamiya.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Fərat çayı.
Yəni yazda.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Digər variant: əleyhdar.
2İş 24:16 ayəsində Arunah.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.
İbranicə sülh mənasını verən sözün kökündən əmələ gəlib.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Görünür, bu, başqa Şimaydır.
Görünür, bu, 7-ci ayədə adı çəkilən Şimaydır.
11-ci ayədə Zizah.
Yəni hüzur çörəyi.
25 və 26-cı ayələrdə Səlamut.
Yaxud qapağın qoyulduğu otağın. Burada söhbət sandığın qapağından gedir.
Yəni hüzur çörəyinin.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Fars qızıl sikkəsi. B14 əlavəsinə bax.