ÜZEYİR
1 Ərəmya vasitəsilə Yehovanın dediyi söz+ həyata keçsin deyə, Fars şahı Kuruşun*+ hakimiyyətinin birinci ilində, Yehova Kuruşun ürəyində istək oyatdı. Şah fərman yazıb bütün səltənətində car çəkdirdi:+
2 «Fars şahı Kuruş belə deyir: “Göylərin Allahı Yehova dünyanın bütün səltənətlərini mənə verib+ və mənə Yəhudada, Yerusəlimdə Ona ev tikməyi buyurub.+ 3 Aranızda Onun xalqına mənsub olan hər kəsə Allahı yar olsun! Qoy o adam Yəhudaya, Yerusəlimə getsin və Allahın, İsrailin Allahı Yehovanın Yerusəlimdəki evini yenidən tiksin*. 4 Qoy geri qayıdanlara qonşuları kömək etsinlər.+ Onlara qızıl, gümüş, heyvanlar, əşyalar, həmçinin Allahın Yerusəlimdəki evi üçün könüllü təqdimələr versinlər”».+
5 Onda Allahın təşviq etdiyi hər kəs: Yəhuda və Binyamin qəbilələrinin nəsil başçıları, kahinlər, lavililər yola düşməyə və Yehovanın Yerusəlimdəki evini inşa etməyə hazırlaşdı. 6 Bütün qonşuları onlara kömək etdi. Onlara könüllü təqdimələrlə yanaşı, cürbəcür şeylər, gümüş əşyalar, qızıl, heyvanlar və qiymətli əşyalar verdilər.
7 Həmçinin şah Kuruş Yehovanın evinə məxsus olan əşyaları çıxartdı. Bu əşyaları Navuxodonosor Yerusəlimdən gətirib öz allahının evinə qoymuşdu.+ 8 Fars şahı Kuruş onları xəzinədar Mitridadın nəzarəti altında gətizdirdi. Mitridad Yəhuda başçısı Şeşbassar*+ üçün əşyaların siyahısını tutdu.
9 Əşyalar bunlar idi: 30 ədəd qızıl səbət, 1000 ədəd gümüş səbət, 29 ədəd ehtiyat qab, 10 həmçinin 30 ədəd qızıl masqura, 410 ədəd gümüş masqura və 1000 ədəd başqa əşya. 11 Bütün qızıl və gümüş əşyaların sayı 5400 ədəd idi. Şeşbassar əsirləri+ Babildən Yerusəlimə gətirəndə bütün bu əşyaları özü ilə götürüb gətirdi.
2 Bunlar sürgündə olanların arasından qayıdan əyalət sakinləridir.+ Onları Babil padşahı Navuxodonosor Babilə sürgünə aparmışdı.+ Sonralar isə onlar Yerusəlimə və Yəhudaya, hər kəs öz şəhərinə qayıtmışdı.+ 2 Onlar Zərubabil+, Yeşu,*+ Nəhəmya, Sərəyah, Rəlay, Mərdəhay, Bilşən, Mispar, Bəqvay, Rəhum və Bəənnah ilə birgə qayıtmışdılar.
İsrailli kişilərin sayı:+ 3 Faruş övladları 2172 nəfər; 4 Şəfətay övladları 372 nəfər; 5 Ərah+ övladları 775 nəfər; 6 Yeşu və Yuab nəslindən Fəhat-Muab övladları+ 2812 nəfər; 7 Elam övladları+ 1254 nəfər; 8 Zəttu övladları+ 945 nəfər; 9 Zəkkay övladları 760 nəfər; 10 Bənni* övladları 642 nəfər; 11 Bəbay övladları 623 nəfər; 12 Əzcad övladları 1222 nəfər; 13 Əduniqam övladları 666 nəfər; 14 Bəqvay övladları 2056 nəfər; 15 Adhin övladları 454 nəfər; 16 Hizqiyyə nəslindən Atir övladları 98 nəfər; 17 Bisay övladları 323 nəfər; 18 Yurah* övladları 112 nəfər; 19 Həşum övladları+ 223 nəfər; 20 Cabbar* övladları 95 nəfər; 21 Beytləhm sakinləri 123 nəfər; 22 Nətufah sakinləri 56 nəfər; 23 Ənatut sakinləri+ 128 nəfər; 24 Əzmut sakinləri 42 nəfər; 25 Kiryat-Yarim, Kəfirə və Biirot sakinləri 743 nəfər; 26 Rama+ və Giba+ sakinləri 621 nəfər; 27 Mihmas sakinləri 122 nəfər; 28 Beytel və Ay+ sakinləri 223 nəfər; 29 Nəba sakinləri+ 52 nəfər; 30 Məğbiş sakinləri 156 nəfər; 31 o biri Elamın nəslindən olanlar 1254 nəfər; 32 Harim övladları 320 nəfər; 33 Lod, Hədid və Unuh sakinləri 725 nəfər; 34 Əriha sakinləri 345 nəfər; 35 Sənah sakinləri 3630 nəfər.
36 Kahinlər:+ Yeşu+ nəslindən Yaday+ övladları 973 nəfər; 37 İmmir övladları+ 1052 nəfər; 38 Fəşhur övladları+ 1247 nəfər; 39 Harim övladları+ 1017 nəfər.
40 Lavililər:+ Xudaviyyə nəslindən Yeşu və Qədmail övladları+ 74 nəfər. 41 Məzmur oxuyan+ Asəf övladları+ 128 nəfər. 42 Darvaza keşikçilərinin nəslindən+ Səllum övladları, Atir övladları, Təlmun+ övladları, Aqqub+ övladları, Xətit övladları, Şubay övladları, cəmi 139 nəfər.
43 Məbəd qulluqçuları:+ Ziha oğulları, Həsuf oğulları, Təbaut oğulları, 44 Qiruz oğulları, Siyah oğulları, Fədun oğulları, 45 Ləbən oğulları, Haqab oğulları, Aqqub oğulları, 46 Həqab oğulları, Salmay oğulları, Hənan oğulları, 47 Qiddil oğulları, Qahar oğulları, Rəya oğulları, 48 Rəsin oğulları, Naqud oğulları, Qəzzəm oğulları, 49 Üzza oğulları, Fasih oğulları, Bişay oğulları, 50 Əsna oğulları, Məunim oğulları, Nəfisim oğulları, 51 Bağbuq oğulları, Haquf oğulları, Xarxur oğulları, 52 Bəslut oğulları, Məhid oğulları, Xərşa oğulları, 53 Bərquz oğulları, Sisar oğulları, Təmah oğulları, 54 Nazi oğulları, Hatif oğulları.
55 Süleymanın nökərlərinin nəsli: Sutay oğulları, Söfrət oğulları, Fərud oğulları,+ 56 Yalah oğulları, Dərqun oğulları, Qiddil oğulları, 57 Şəfətay oğulları, Xəttil oğulları, Fükrat-Həzzəbayim oğulları, Ami oğulları.
58 Məbəd qulluqçuları və Süleymanın nökərlərinin nəslindən olanlar, cəmi 392 nəfər.
59 Təl-Məlahdan, Təl-Hərşədən, Kərrubdan, Əddundan və İmmirdən gəlmiş, ancaq mənşələrini, hansı nəsildən olduqlarını və İsrail xalqından olub-olmadıqlarını sübut edə bilməyənlər bunlardır:+ 60 Dəlay övladları, Tubiyyə övladları, Naqud övladları, cəmi 652 nəfər. 61 Kahinlər nəslindən: Habay oğulları, Həqquz oğulları+, giladlı Bərzillayın qızlarından arvad alıb onların adını götürən Bərzillay oğulları+. 62 Bu adamlar hansı nəsildən olduqlarını müəyyən etmək üçün nəsillərinin adını nəsil şəcərələrində axtardılar, lakin tapmadılar. Buna görə də kahinlikdən məhrum oldular.+ 63 Vali* onlara dedi ki, Urim və Tummim* atan kahin+ olmayınca onlar son dərəcə müqəddəs yeməklərdən yeyə bilməzlər.+
64 Bütün camaatın sayı 42 360 nəfər idi.+ 65 Bunlardan başqa 7337 nəfər qul-qarabaş, 200 nəfər kişi və qadın müğənni var idi. 66 Onların 736 atı, 245 qatırı, 67 həmçinin 435 dəvəsi və 6720 eşşəyi var idi.
68 Onlar Yehovanın Yerusəlimdəki evinə gəlib çatanda nəsil başçılarından bəziləri Allahın evini əvvəlki yerində+ tikmək üçün könüllü təqdimələr verdilər.+ 69 Onlar imkanlarına görə bu iş üçün olan xəzinəyə 61 000 qızıl dirhəm*, 5000 gümüş mina*+ və 100 dəst kahin libası verdilər. 70 Beləcə, kahinlər, lavililər, xalqın bir qismi, məzmur oxuyanlar, darvaza keşikçiləri, məbəd qulluqçuları və qalan israillilər öz şəhərlərində məskunlaşdılar.+
3 Yeddinci ay+ çatanda öz şəhərlərində yaşayan israillilər bir nəfər kimi Yerusəlimdə toplaşdı. 2 Yəhusadiq oğlu Yeşu+ ilə onun kahin yoldaşları və Şəəltiil+ oğlu Zərubabillə+ qardaşları Allahın qulu Musanın Qanununda yazıldığı kimi,+ yandırma qurbanları gətirmək üçün İsrailin Allahına qurbangah tikdilər.
3 Onlar ətraf xalqlardan+ qorxsalar da, qurbangahı əvvəlki yerində tikdilər. Onun üzərində Yehovaya səhər və axşam yandırma qurbanı+ təqdim etməyə başladılar. 4 Sonra yazıldığı kimi, Çardaqlar bayramı keçirdilər.+ Bayram günlərində hər gün tələb olunan sayda yandırma qurbanları gətirirdilər.+ 5 O vaxtdan etibarən daimi yandırma qurbanı gətirdilər,+ həmçinin təzə ay mərasimlərində,+ Yehovaya həsr olunmuş bayramlarda+ təqdimələr, eləcə də Yehovaya səmimi-qəlbdən könüllü təqdimə+ gətirənlərin qurbanlarını təqdim etdilər. 6 Onlar yeddinci ayın birinci günündən+ etibarən, Yehovaya yandırma qurbanı gətirməyə başladılar. Hərçənd Yehovanın məbədinin bünövrəsi hələ qoyulmamışdı.
7 Onlar daşkəsənlərə+ və sənətkarlara+ pul ödədilər; Fars şahı Kuruşun verdiyi ixtiyarla+ dəniz yolu ilə Livandan Yaffaya sidr tirləri gətirmək üçün sidonlulara və surlulara ərzaq, içki və yağ verdilər.+
8 Allahın Yerusəlimdəki evinə gəlişlərinin ikinci ilinin ikinci ayında Şəəltiil oğlu Zərubabil, Yəhusadiq oğlu Yeşu, onların digər qardaşları, kahinlərlə lavililər və əsirlikdən Yerusəlimə qayıdan qalan camaat+ işə başladı. Yaşı iyirmi və iyirmidən yuxarı olan lavililəri Yehovanın evindəki işlərə nəzarətçi qoydular. 9 Beləliklə, Allahın evindəki işçilərə birlikdə nəzarət edənlər bunlar idi: Yəhuda* övladlarından Yeşu, oğulları və qardaşları, Qədmail və oğulları, həmçinin lavili Hənadad oğulları+, onların oğulları və qardaşları.
10 Bənnalar Yehovanın məbədinin təməlini qoyanda+ İsrail padşahı Davudun verdiyi göstərişə uyğun olaraq, rəsmi libas geymiş kahinlər kərənaylarla+ və lavililərdən Asəf övladları sinclərlə Yehovanı mədh etmək üçün ayağa qalxdılar.+ 11 «O, kəramətlidir, İsrailə qarşı məhəbbəti əbədidir»,+ — deyərək növbə ilə+ Yehovanı mədh etməyə və Ona həmd söyləməyə başladılar. Bütün xalq isə uca səslə hayqıraraq Yehovanı mədh etdi, çünki Yehovanın evinin təməli qoyulmuşdu. 12 Əvvəlki evi görmüş+ yaşlı nəsildən olan bir çox kahin, lavili, nəsil başçısı evin təməlinin qoyulduğunu görəndə hönkür-hönkür ağlamağa başladı, qalanları isə sevincdən hayqırırdı.+ 13 Sevinc və ağlaşma səslərini bir-birindən ayırmaq mümkün deyildi. Camaat elə hayqırırdı ki, səsləri çox-çox uzaqlarda eşidilirdi.
4 Yəhudalıların və binyaminlilərin düşmənləri+ eşidəndə ki, əsirlikdən qayıdan xalq+ İsrailin Allahı Yehova üçün məbəd tikir, 2 dərhal Zərubabilin və nəsil başçılarının yanına gəlib dedilər: «Qoyun biz də sizinlə birgə məbədi tikək. Çünki bizi bura gətirən Aşşur padşahı Asarxaddonun+ dövründən bəri biz də sizin Allahınıza ibadət edirik+, Ona qurbanlar gətiririk». 3 Lakin Zərubabil, Yeşu və İsrailin digər nəsil başçıları onlara dedilər: «Bizə qoşulub Allahımızın evini tikməyə haqqınız yoxdur.+ Fars şahı Kuruşun bizə əmr etdiyi kimi, İsrailin Allahı Yehova üçün evi özümüz tikəcəyik».+
4 Onda ətraf xalqlar Yəhuda xalqını ruhdan salmağa, əlini işdən soyutmağa başladı.+ 5 Onlar xalqın niyyətini boşa çıxarmaq üçün+ Fars şahı Kuruşun dövründən ta Fars şahı Daranın+ hakimiyyətinədək məsləhətçilər tutdular. 6 Onlar Ahaşveroşun hakimiyyətinin əvvəlində Yəhuda və Yerusəlim əhalisinin əleyhinə ittihamnamə yazdılar. 7 Bundan əlavə, Fars şahı Artakserksin dövründə Bişlam, Mitridad, Tabiil və onun digər müttəfiqləri şah Artakserksə namə yazdılar. Naməni arami dilinə+ tərcümə etdilər və arami hərfləri ilə yazdılar*.
8 * Baş məmur Rəhum və mirzə Şimşay Yerusəlim əleyhinə şah Artakserksə namə yazdılar. Namədə yazılmışdı: 9 (Namə baş məmur Rəhumun, mirzə Şimşayın, onların digər müttəfiqlərinin, hakimlərin, vali naiblərinin, katiblərin, ərəklilərin+, babillilərin, Şuş*+ xalqının, yəni elamlıların+, 10 böyük və şanlı Asenapparın* sürgün edib Səməriyyə şəhərlərində yerləşdirdiyi digər xalqların+ və çayın* o tayındakı bölgənin digər xalqlarının adından yazılmışdı. 11 Şaha göndərilmiş namənin surəti budur.)
«Şah Artakserksə çayın o tayındakı bölgədə yaşayan qullarından. 12 Şaha məlum olsun ki, onun yanından çıxıb məmləkətimizə gələn yəhudilər artıq Yerusəlimdədirlər. Onlar bu mənfur və üsyankar şəhəri bərpa edir, divarlarını hörüb qurtarır,+ şəhərin bünövrəsini təmir edirlər. 13 Qoy şah bilsin ki, əgər bu şəhər bərpa edilsə, divarları hörülüb qurtarsa, onlar nə vergi, nə xərac+, nə də torpaqbasdı verəcəklər və şahların xəzinələrinə ziyan dəyəcək. 14 Biz sarayın çörəyini* yeyirik, buna görə də şahın zərər çəkməsinə göz yuma bilmərik. Odur ki, şaha namə göndərib onu bu işdən agah edirik. 15 Qoy ata-babalarının salnaməsi araşdırılsın.+ Onda şah bu şəhərin üsyankar olduğunu, padşahlara və əyalətlərə ziyan vurduğunu, qədim dövrdən bəri qiyamçıların məskəni olduğunu biləcək. Məhz buna görə şəhər yerlə yeksan edilmişdi.+ 16 Şaha bildiririk ki, əgər bu şəhər bərpa edilsə, divarları tikilib qurtarsa, çayın o tayındakı+ bütün torpaqlar şahın nəzarətindən çıxacaq».
17 Şah baş məmur Rəhuma, mirzə Şimşaya, onların Səməriyyədə yaşayan digər müttəfiqlərinə və çayın o tayındakı bölgədə yaşayan digər sakinlərə belə cavab göndərdi:
«Sizə salam olsun! 18 Bizə göndərdiyiniz namə hüzurumda oxundu*. 19 Əmrimlə araşdırma aparıldı və bu şəhərin qədim dövrdən bəri padşahlara qarşı qalxdığı, üsyan və qiyam etdiyi üzə çıxdı.+ 20 Yerusəlimdə qüdrətli padşahlar olub, onlar çayın o tayındakı bölgəni idarə ediblər. Camaat onlara vergi, xərac və torpaqbasdı verib. 21 İndi əmr verin bu adamlar işi dayandırsınlar və mənim göstərişim olmadan şəhərin bərpasına başlamasınlar. 22 Baxın, bu işdə səhlənkarlığa yol verməyin. Qoymayın ki, yenə şahlara ziyan dəysin».+
23 Şah Artakserksdən gələn namənin surəti Rəhumun, mirzə Şimşayın və onların müttəfiqlərinin önündə oxunanda onlar tələsik Yerusəlimə, yəhudilərin yanına gedib zor gücünə işi dayandırdılar. 24 Bununla da Allahın Yerusəlimdəki evinin tikintisi dayandırıldı və Fars şahı Daranın hakimiyyətinin ikinci ilinə qədər belə qaldı.+
5 Həqqay peyğəmbər+ və İddunun+ nəvəsi Zəkəriyyə peyğəmbər+ Yəhuda və Yerusəlimdə olan yəhudilərə İsrailin Allahının* adı ilə peyğəmbərlik edirdilər. 2 Həmin vaxt Şəəltiil oğlu Zərubabil+ və Yəhusadiq oğlu Yeşu+ Allahın Yerusəlimdəki evini tikməyə başladılar.+ Allahın peyğəmbərləri də onların yanında idilər və onlara kömək edirdilər.+ 3 Onda çayın* o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay və onların müttəfiqləri gəlib yəhudilərə dedilər: «Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?» 4 Sonra onlardan soruşdular: «Binanı tikənlərin adları nədir?» 5 Amma Allahın nəzəri yəhudi ağsaqqallarının üstündə idi.+ Daraya xəbər göndərib ondan bu məsələ ilə bağlı namə alanadək bu adamlar işi dayandırmadılar.
6 Çayın o tayındakı bölgənin valisi Təttanayın, Şizar-Buznayın və onun müttəfiqlərinin, çayın o tayındakı bölgənin vali naiblərinin şah Daraya göndərdiyi namənin surəti budur. 7 Onların göndərdiyi namədə yazılmışdı:
«Şah Daraya.
Şaha salam olsun! 8 Şaha məlum olsun ki, biz Yəhuda əyalətinə, Ulu Allahın evinə getmişdik. Bu ev iri daşlarla tikilir, divarların içinə tir qoyulur. Camaat var gücü ilə çalışır, işləri qabağa gedir. 9 Biz onların ağsaqqallarından soruşduq: “Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?”+ 10 Həmçinin onlardan adlarını soruşduq ki, işə başçılıq edən adamların adını yazıb sənə göndərək.
11 Onlar bizə belə cavab verdilər: “Biz yerin və göyün Allahının qullarıyıq. Çox illər əvvəl İsrailin əzəmətli padşahının tikdiyi evi bərpa edirik.+ 12 Ata-babalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün+ Allah onları Babil padşahı kəldani Navuxodonosora təslim etmişdi.+ O da bu evi yerlə yeksan edib+ xalqı Babilə əsir aparmışdı.+ 13 Ancaq Babil hökmdarı Kuruş hakimiyyətinin birinci ilində Allahın evinin yenidən tikilməsi üçün fərman vermişdi.+ 14 Həmçinin şah Kuruş Navuxodonosorun Allahın Yerusəlimdəki məbədindən götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları Babil məbədindən çıxardıb,+ Şeşbassara*+, vali təyin etdiyi adama+ vermiş 15 və ona demişdi: “Bu qabları götür və onları Yerusəlimdəki məbədə apar. Qoy Allahın evi əvvəlki yerində tikilsin”.+ 16 Onda Şeşbassar Yerusəlimə gəlib Allahın evinin bünövrəsini qoydu.+ O vaxtdan bəri məbəd tikilir, amma hələ tamamlanmayıb”.+
17 İndi şah məsləhət bilirsə, qoy Babildəki saray xəzinəsi* axtarılsın və Allahın Yerusəlimdəki evinin inşası üçün şah Kuruşun əmr verib-vermədiyi müəyyən olunsun.+ Sonra şahın bu məsələ ilə bağlı qərarı bizə göndərilsin».
6 O zaman şah Daranın əmri ilə Babil xəzinəsində olan dəftərxana axtarıldı. 2 Mada* əyalətində, Aqbatana* şəhərindəki qalada bir tumar tapıldı. Tumarda yazılmışdı:
3 «Şah Kuruş hakimiyyətinin birinci ilində Allahın Yerusəlimdəki evi haqqında belə fərman verib:+ “Bu ev inşa edilsin, orada qurban gətirilsin. Təməli qoyulsun, hündürlüyü 60 qulac*, eni 60 qulac olsun.+ 4 Üç cərgə iri daş və bir cərgə tir düzülsün.+ Xərclər şah sarayının hesabına ödənilsin.+ 5 Həmçinin Navuxodonosorun Allahın Yerusəlimdəki məbədindən Babilə gətirdiyi qızıl və gümüş qablar+ öz yerinə, Yerusəlimdəki məbədə, Allahın evinə qaytarılsın”.+
6 Siz, çayın* o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay və müttəfiqləriniz, çayın o tayındakı bölgənin vali naibləri,+ oradan uzaq durun, 7 Allahın evinin inşasına mane olmayın. Qoy yəhudilərin valisi və ağsaqqalları Allahın evini əvvəlki yerində tiksinlər. 8 Bundan əlavə, əmr edirəm ki, Allahın evinin inşasında yəhudilərin ağsaqqallarına bu köməyi göstərəsiniz: iş dayanmasın deyə, saray xəzinəsindən+, çayın o tayındakı bölgədən toplanan vergilərdən bu adamların məsrəfləri vaxtlı-vaxtında ödənilsin.+ 9 Yerusəlimdəki kahinlərin dediyi hər şeyi, göylərin Allahına yandırma qurbanı təqdim etmək üçün cavan buğa+, qoç+ və quzu+, üstəlik, buğda+, duz+, şərab+ və yağ+ hökmən hər gün verilsin. 10 Onlar da həmişə göylərin Allahına məqbul olan qurbanlar gətirsinlər və şahla oğullarının canına dua etsinlər.+ 11 Həmçinin əmr edirəm ki, kim bu əmrə tabe olmasa, həmin adamın evindən bir tir çıxarılsın və o, bu tirdən asılsın, bu əməlinə görə evi ümumi ayaqyolu* olsun. 12 Qoy bu əmri pozmağa və Allahın Yerusəlimdəki evini dağıtmağa çalışan hər bir padşahı və xalqı oranı Öz adına məskən seçən+ Allah yox etsin. Mən Dara bu əmri verirəm. Əmrim dərhal yerinə yetirilsin».
13 Çayın o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay+ və müttəfiqləri şah Daranın əmr etdiyi hər şeyi dərhal yerinə yetirdilər. 14 Yəhudilərin ağsaqqalları isə Həqqay+ peyğəmbərin və İddunun nəvəsi Zəkəriyyənin+ peyğəmbərlik sözlərindən ürəklənərək tikinti işini davam etdirirdilər; iş qabağa gedirdi+. Beləcə, onlar İsrailin Allahının, o cümlədən Fars şahları Kuruşun+, Daranın+ və Artakserksin+ əmrinə əsasən, evi tikib qurtardılar.+ 15 Evin inşası şah Daranın hakimiyyətinin altıncı ilində, adar* ayının üçüncü günündə başa çatdı.
16 İsrail xalqı, kahinlər, lavililər+ və əsirlikdən qayıdan digər adamlar Allahın evinin açılışını şadyanalıqla qeyd etdilər. 17 Allahın evinin açılışı üçün 100 buğa, 200 qoç, 400 quzu və qəbilələrin sayına müvafiq olaraq, bütün İsrail xalqı üçün günah qurbanı kimi 12 təkə təqdim etdilər.+ 18 Musanın kitabında yazıldığı kimi,+ kahinləri dəstələrinə görə, lavililəri bölüklərinə görə Yerusəlimdə Allaha xidmətə təyin etdilər.+
19 Əsirlikdən qayıdanlar birinci ayın on dördüncü günündə Pasxa bayramını qeyd etdilər.+ 20 Kahinlərin və lavililərin hamısı bir nəfər kimi paklanıb təmiz oldu.+ Onlar əsirlikdən qayıdanların hamısı üçün, eləcə də kahin yoldaşları və özləri üçün Pasxa qurbanı kəsdilər. 21 Əsirlikdən qayıtmış israillilər və İsrailin Allahı Yehovaya ibadət etmək üçün ətraf xalqların natəmizliyindən uzaqlaşıb onlara qoşulanların hamısı bu qurbandan yedilər.+ 22 Onlar yeddi gün Mayasız çörək bayramını şənlik içində qeyd etdilər.+ Çünki Yehova onlara sevinc bəxş etmişdi və Aşşur hökmdarının ürəyində onlara qarşı lütf oyatmışdı+, hökmdar Allahın, İsrailin Allahının evinin inşasında onlara kömək etmişdi.
7 Bu hadisələrdən sonra, Fars şahı Artakserksin+ hakimiyyəti dövründə Üzeyir*+ Babildən çıxdı. Üzeyir Sərəyahın+, Sərəyah Əzriyanın, Əzriya Xilqiyyənin+, 2 Xilqiyyə Səllumun, Səllum Sadığın, Sadıq Əxitubun, 3 Əxitub Əmariyyənin, Əmariyyə Əzriyanın+, Əzriya Məryutun, 4 Məryut Zarahyanın, Zarahya Uzzinin, Uzzi Buqqinin, 5 Buqqi Abişunun, Abişu Fənhasın+, Fənhas Əlyazarın+, Əlyazar isə böyük kahin Harunun oğlu+ idi. 6 Babildən çıxan bu Üzeyir mirzə idi və İsrailin Allahı Yehovanın Musaya verdiyi Qanunun bilicisi* idi.+ Allahı Yehova Üzeyirə yar olduğu üçün şah onun hər xahişini yerinə yetirmişdi.
7 Şah Artakserksin hakimiyyətinin yeddinci ilində israillilərdən, kahinlərdən, lavililərdən+, məzmur oxuyanlardan+, darvaza keşikçilərindən+ və məbəd qulluqçularından+ bəziləri Yerusəlimə getdi. 8 Üzeyir şahın hakimiyyətinin yeddinci ilində, beşinci ayda Yerusəlimə gəldi. 9 O, Babildən birinci ayın birinci günündə yola çıxmışdı, Allahın köməyi ilə beşinci ayın birinci günündə Yerusəlimə çatdı.+ 10 Üzeyir Yehovanın Qanununu tədqiq və tətbiq etməyi+, İsraildə qayda-qanunları və hökmləri öyrətməyi ürəyində qət etmişdi*.+
11 Yehovanın İsrailə buyurduğu əmrlərin və qaydaların bilicisi olan mirzə və kahin Üzeyirə şah Artakserksin verdiyi namənin surəti budur:
12 * «Şahənşah Artakserksdən+ göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirə salamlar olsun! 13 Mən fərman verirəm ki, səltənətimdə yaşayan İsrail xalqından, kahinlərdən və lavililərdən kim səninlə Yerusəlimə getmək istəyirsə, getsin.+ 14 Şah və onun yeddi məsləhətçisi səni göndərir ki, gedib Yəhuda və Yerusəlimdə Allahın Qanununa, səndə olan qanuna əməl edilib-edilmədiyini öyrənəsən. 15 Məskəni Yerusəlimdə olan İsrailin Allahına şah və onun məsləhətçilərinin bəxşiş kimi verdiyi qızıl-gümüşü, 16 həmçinin Babil əyalətində sənə verilən bütün qızıl-gümüşü və kahinlərlə xalqın Allahın Yerusəlimdəki evinə verdikləri bəxşişləri özünlə apar.+ 17 Vaxt itirmədən bu pula buğa+, qoç+, quzu+, eləcə də taxıl təqdiməsi+ və şərab təqdiməsi+ al. Onları Allahınızın Yerusəlimdəki evinin qurbangahında təqdim et.
18 Qızıl-gümüşün qalanından isə sən və qardaşların Allahınızın iradəsinə uyğun olaraq, istədiyiniz kimi istifadə edə bilərsiniz. 19 Allahının evində ibadət zamanı istifadə edilən qabların hamısını götürüb Yerusəlimə, Allahın hüzuruna apar.+ 20 Allahının evi üçün başqa nəsə lazım olsa, saray xəzinəsindən ödəyərsən.+
21 Mən, şah Artakserks çayın* o tayındakı bölgənin bütün xəzinədarlarına əmr edirəm ki, göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirin+ sizdən istədiyi hər şeyi dərhal ona verəsiniz. 22 Ona 100 talanta* qədər gümüş, 100 kora* qədər buğda, 100 bata* qədər şərab+, 100 bata qədər yağ+ və istədiyi qədər duz+ verin. 23 Qoy göylərin Allahının Öz evi ilə əlaqədar buyurduğu hər şey səylə yerinə yetirilsin+ və beləcə, şahın səltənəti və oğulları Allahın qəzəbinə tuş gəlməsin.+ 24 Bunu da bilin ki, kahinlərdən, lavililərdən, musiqiçilərdən+, qapı keşikçilərindən, məbəd qulluqçularından+ və Allahın evində iş görənlərdən vergi, xərac+ və torpaqbasdı alınmamalıdır.
25 Sən Üzeyir, Allahın sənə verdiyi hikmətlə məmurlar və hakimlər təyin et ki, çayın o tayındakı bölgənin bütün əhalisinə, Allahının qanunlarını bilənlərin hamısına hakimlik etsinlər. Kim qanunları bilmirsə, öyrədin.+ 26 Kim sənin Allahının Qanununa və şahın qanununa əməl etməsə, dərhal layiq olduğu cəza ilə — ölüm, sürgün, cərimə, yaxud həbs cəzası ilə cəzalandırılsın».
27 Yehovanın Yerusəlimdəki evini gözəlləşdirmək fikrini şahın ürəyinə qoyan ata-babalarımızın Allahı Yehovaya alqış olsun!+ 28 O, şahın, onun məsləhətçilərinin+ və bütün nüfuzlu əyanlarının önündə mənə lütf göstərdi.+ Allahım Yehova mənə yar olduğu üçün ürəkləndim və mənimlə birgə getmək üçün İsrail başçılarını topladım.
8 Şah Artakserksin+ hakimiyyəti zamanı mənimlə birgə Babildən çıxan və nəsillərinə görə qeydə alınan nəsil başçıları bunlardır: 2 Fənhas+ nəslindən Hirsəm, İsamar+ nəslindən Dənyal, Davud nəslindən Həttuş; 3 Faruş nəslindən olan Səkənya övladlarından Zəkəriyyə və onunla birgə qeydə alınan 150 kişi; 4 Fəhat-Muab nəslindən+ Zarahya oğlu İlyəhənay və onunla birgə 200 kişi; 5 Zəttu nəslindən+ Yahəzil oğlu Səkənya və onunla birgə 300 kişi; 6 Adhin nəslindən+ Yonatan oğlu Əbəd və onunla birgə 50 kişi; 7 Elam nəslindən+ Ətəlya oğlu Yaşay və onunla birgə 70 kişi; 8 Şəfətay nəslindən+ Mikayıl oğlu Zəbədya və onunla birgə 80 kişi; 9 Yuab nəslindən Yəhyil oğlu Əbdiya və onunla birgə 218 kişi; 10 Bənni nəslindən Yusfiya oğlu Səlimət və onunla birgə 160 kişi; 11 Bəbay nəslindən+ Bəbay oğlu Zəkəriyyə və onunla birgə 28 kişi; 12 Əzcad nəslindən+ Haqqatan oğlu Yuhənna və onunla birgə 110 kişi; 13 Əduniqam nəslindən+ sonuncular: Əlfəlit, Yaəl, Şəmay və onlarla birgə 60 kişi; 14 Bəqvay nəslindən+ Utay ilə Zəbbud və onlarla birgə 70 kişi.
15 Onları Əhavaya axan çayın+ kənarına topladım və biz düşərgə salıb üç gün orada qaldıq. Amma xalqı və kahinləri yoxlayanda onların arasında lavililərdən heç kimi tapmadım. 16 Onda xəbər göndərib başçılardan Əlyəzəri, Əryili, Şəmayı, Əlnətanı, Yaribi, Əlnətanı, Natanı, Zəkəriyyəni və Məşullamı, müəllimlərdən Yəhyaribi və Əlnətanı çağırdım. 17 Sonra onlara əmr etdim ki, Qasifyədə başçı olan İddunun yanına getsinlər. İdduya və onun məbəd qulluqçuları olan Qasifyədəki qardaşlarına desinlər ki, Allahımızın evi üçün bizə xidmətçilər gətirsinlər. 18 Allahımız bizə yar olduğu üçün onlar İsrail oğlu Lavinin nəvəsi Məhlinin+ övladlarından ağıllı bir adamı, Şərbiyanı+, onun oğullarını və qardaşlarını, 18 nəfəri, 19 Həşbiyyəni, merarlılardan+ Yaşay ilə qardaşlarını və onların oğullarını, 20 nəfəri, 20 həmçinin Davudun və əyanların lavililərin qulluğuna verdiyi məbəd qulluqçuları arasından adbaad seçilmiş 220 nəfəri yanımıza gətirdilər.
21 Sonra Allahımızın qarşısında özümüzü aşağı tutmaq üçün, Ondan bizi, övladlarımızı, mal-mülkümüzü qorumasını, yolda bizə bələdçilik etməsini diləmək üçün Əhava çayının kənarında oruc elan etdim. 22 Şahdan yolboyu bizi düşməndən qorumaq üçün əsgər və atlılar istəməyə üzüm gəlmədi, çünki şaha demişdik: «Allahımız Ona üz tutanlara yar olur,+ Ondan üz döndərənlərə isə gücünü və qəzəbini göstərir».+ 23 Beləcə, biz oruc tutduq, Allahımıza yalvardıq, O da yalvarışımızı eşitdi.+
24 Kahinlərin rəhbərlərindən 12 nəfəri — Şərbiyanı, Həşbiyyəni+ və onların qardaşlarından 10 nəfəri seçdim. 25 Sonra şahın, onun məsləhətçilərinin, əyanlarının və oradakı israillilərin Allahımızın evi üçün verdiyi əşyaları, qızılı, gümüşü çəkib onlara verdim.+ 26 Onlara çəkib verdiyim şeylər bunlardır: 650 talant* gümüş, 2 talant dəyərində 100 ədəd gümüş əşya, 100 talant qızıl, 27 1000 darik* dəyərində 20 ədəd qızıl masqura və parlaq qırmızı rəngdə, qızıl qədər qiymətli, yaxşı misdən 2 ədəd qab.
28 Sonra onlara dedim: «Siz Yehova üçün müqəddəssiniz,+ bu əşyalar da müqəddəsdir. Bu gümüş və qızıl ata-babalarınızın Allahı Yehovaya verilən könüllü təqdimədir. 29 Bunları Yerusəlimdə, Yehovanın evinin otaqlarında*, kahinlərlə lavililərin rəhbərlərinin və İsrail nəsillərinin başçılarının önündə çıxarıb çəkənə qədər bərk-bərk qoruyun».+ 30 Kahinlərlə lavililər onlara çəkilib verilmiş qızıl-gümüşü və əşyaları Yerusəlimə, Allahımızın evinə aparmaq üçün götürdülər.
31 Birinci ayın on ikinci günündə+ Əhava çayının+ kənarından Yerusəlimə yola düşdük. Bütün yolboyu Allahımız bizə yar oldu, bizi düşmənlərdən və pusqulardan qurtardı. 32 Nəhayət, Yerusəlimə gəlib çatdıq,+ üç gün orada qaldıq. 33 Dördüncü gün isə Allahımızın evində qızıl-gümüşü və əşyaları çəkib+ Uryah oğlu kahin Mərimuta+ verdik. Fənhas oğlu Əlyazar, lavililərdən Yeşu oğlu Yuzabad+ və Bənya+ oğlu Nuday da onların yanında idi. 34 Hər şey sayılıb çəkildi və çəki qeydə alındı. 35 Sürgündən qayıdan əsirlər İsrailin Allahına yandırma qurbanları gətirdilər: 96 qoç+, 77 erkək quzu, günah qurbanı olaraq 12 təkə+ və bütün İsrail üçün 12 buğa+. Bunlar Yehovaya gətirilən yandırma qurbanları idi.+
36 Sonra şahın əmrlərini canişinlərinə və çayın* o tayındakı bölgənin+ valilərinə çatdırdıq.+ Onlar xalqa və Allahın evinə yardım etdilər.+
9 Bütün bunlardan sonra başçılar mənə yaxınlaşıb dedilər: «İsrail xalqı, kahinlər və lavililər ətraf xalqlardan — kənanilərdən, hetlərdən, fərizilərdən, yəbusilərdən, əmunilərdən, muabilərdən, misirlilərdən+, amorilərdən+ və onların iyrənc əməllərindən+ uzaq durmayıblar. 2 Onların qızlarından özlərinə və oğullarına arvad alıblar.+ Müqəddəs nəsil+ ətraf xalqlarla qarışıb+. Bu xəyanətdə başçılar və məmurlar öndə gedirlər».
3 Bu xəbəri eşidəndə yaxamı cırıb saç-saqqalımı yoldum və sarsıntı içində yerə çökdüm. 4 Axşam taxıl təqdiməsi vaxtınadək beləcə oturdum.+ Bu arada, İsrailin Allahının sözlərinə ehtiram bəsləyən adamlar əsirlikdən qayıdanların xəyanəti ilə əlaqədar ətrafıma toplaşdı.
5 Axşam taxıl təqdiməsi vaxtı gəldi.+ Yaxam cırıq, pərişan halda oturduğum yerdən qalxdım. Diz çöküb əllərimi Allahım Yehovaya açdım 6 və dedim: «Ey Allahım, Sənin hüzurunda xəcalət çəkirəm, başımı qaldırmağa utanıram. Allahım, təqsirlərimiz başımızdan aşır, günahlarımız göylərə çatıb.+ 7 Ata-babalarımızın dövründən bu günə kimi böyük günahlar etmişik.+ Günahlarımıza görə biz, padşahlarımız, kahinlərimiz yadelli padşahlara təslim edildik, qılınc+, əsarət+, talan+, rüsvayçılıq ucbatından zülm çəkdik. Bu zülmü indi də çəkirik.+ 8 İndi isə, ey Allahımız Yehova, bizə bir anlıq lütf göstərdin. Ey Allahımız, bizi məhv olmağa qoymadın, müqəddəs məkanında bizə təhlükəsiz bir yer verdin+ ki, gözümüz parlasın, köləlikdə ikən bir qədər dirçələk. 9 Biz köləyik,+ amma Sən, ey Allahımız, bizi köləlikdə tərk etmədin, Fars şahlarının önündə bizə lütf göstərdin.+ Bizi dirçəltdin ki, Sənin evini tikək,+ onun xarabalıqlarını abad edək, Yəhuda və Yerusəlimdə özümüzü, sanki, möhkəm divarlar arxasında hiss edək.
10 Ey Allahımız, bütün bunlardan sonra nə deyək? Sənin əmrlərini pozduq. 11 Sən peyğəmbər qulların vasitəsilə bizə buyurmuşdun: “Sahib olacağınız o torpaq murdar torpaqdır, çünki sakinləri natəmizdir, oranı başdan-başa iyrənc əməlləri ilə, murdarlıqları ilə bulaşdırıblar.+ 12 Odur ki, nə onların oğullarına qız verin, nə də oğullarınıza onlardan qız alın.+ Heç vaxt onların əmin-amanlığı və rifahı üçün çalışmayın.+ Onda siz möhkəmlənər, torpağın nemətlərindən yeyər və o torpağa həmişəlik sahib olub onu oğullarınıza irs qoyarsınız”. 13 Sən, ey Allahımız, bizimlə təqsirlərimizə görə rəftar etmədin,+ burada olan bizlərə sağ qalmağa izin verdin.+ Şər əməllərimiz, ağır günahımız ucbatından başımıza gələn bu qədər müsibətdən sonra 14 hansı haqla yenə Sənin əmrlərini pozuruq, iyrənc əməllər edən xalqlarla qohum oluruq?+ İndi sən bizə qəzəblənməzsən? Bir nəfəri də sağ saxlamayıb hamımızı məhv etməzsən? 15 Ey İsrailin Allahı Yehova, Sən adilsən!+ Çünki biz bu günə qədər sağ qalmışıq. Budur, günahlı halda Sənin qarşındayıq. Bu əməllə Sənin hüzurunda durmaq mümkün deyil».+
10 Üzeyir Allahın evinin qarşısında yerə döşənib ağlaya-ağlaya dua edir,+ xalqın günahını etiraf edirdi. Bu zaman israilli kişilər, qadınlar və uşaqlardan ibarət böyük bir izdiham onun yanına toplaşdı. Hamısı hönkür-hönkür ağlayırdı. 2 Elam övladlarından+ Yəhyil+ oğlu Səkənya Üzeyirə dedi: «Biz Allahımıza xəyanət etmişik, ətrafımızdakı xalqlardan yadelli arvadlar almışıq.+ Amma hələ də İsrailin ümidi var. 3 Qoy Yehova ilə əhd bağlayıb+ Allahımızın göstərişinə və Onun əmrlərinə ehtiram bəsləyənlərin göstərişinə əsasən, bütün yadelli arvadlarımızı, onlardan doğulan uşaqlarımızı yola salaq,+ Qanuna riayət edək. 4 Qalx! Bu işə görə sən məsuliyyət daşıyırsan. Biz də səninləyik, ürəkli ol, işə başla!»
5 Onda Üzeyir ayağa qalxdı. O, kahinlərin, lavililərin rəhbərlərini və bütün İsraili bu sözə əməl edəcəklərinə and içdirdi.+ Hamısı and içdi. 6 Üzeyir durub Allahın evinin qarşısından Əlyasib oğlu Yəhukənanın otağına* getdi. Lakin orada nə çörək yedi, nə su içdi, çünki əsirlikdən qayıdanların xəyanətinə görə yas içində idi.+
7 Sonra Yəhudada və Yerusəlimdə elan edildi ki, bütün əsirlikdən qayıdanlar Yerusəlimə toplaşsınlar. 8 Başçıların və ağsaqqalların qərarına əsasən, kim üç gün ərzində gəlməsə, onun mal-mülkü müsadirə ediləcək, özü isə əsirlikdən qayıdan xalqın arasından qovulacaq.+ 9 Beləcə, bütün Yəhuda və Binyamin qəbiləsinin kişiləri üç gün ərzində Yerusəlimə toplaşdılar. Doqquzuncu ayın iyirminci günü idi. Bütün xalq Allahın evinin həyətində oturmuşdu. Onlar həm bu məsələyə görə, həm də göydən yağan leysana görə titrəyirdilər.
10 Kahin Üzeyir ayağa qalxdı və onlara dedi: «Siz xəyanət etmisiniz. Yadelli arvadlar alıb+ İsrailin günahlarını artırmısınız. 11 İndi ata-babalarınızın Allahı Yehovanın önündə günahınızı etiraf edin, Onun istədiyi kimi hərəkət edin. Ətraf xalqlardan, yadelli arvadlardan ayrılın».+ 12 Camaat uca səslə dedi: «Sənin sözünə əməl etmək bizim borcumuzdur. 13 Amma adam çoxdur, həm də yağış mövsümüdür, bayırda dayanmaq mümkün deyil. İtaətsizliyimiz o qədər böyükdür ki, bu işi bir-iki günə həll edib qurtara bilmərik. 14 Buna görə qoy başçılarımız bütün xalqı təmsil etsin.+ Vaxt təyin edilsin və şəhərlərimizdə yadelli arvad almış hər adam öz şəhərinin ağsaqqalları və hakimləri ilə gəlsin. Onda bu iş tam həll olunar və biz Allahımızın bizə qarşı qalxmış qəzəbini yatırarıq».
15 Amma Asail oğlu Yonatan və Tiqva oğlu Yəhziyyə buna qarşı çıxdı, lavili Məşullamla Şəbtay+ da onlara dəstək oldu. 16 Əsirlikdən qayıtmış camaat bu sözə əməl etdi. Onuncu ayın birinci günündə kahin Üzeyir və adbaad seçilmiş bütün nəsil başçıları bu işi araşdırmaq üçün təklikdə görüşdülər. 17 Onlar birinci ayın birinci gününə qədər yadelli arvad almış bütün kişilərin işinə baxıb qurtardılar. 18 Məlum oldu ki, kahin oğullarından da bəziləri yadelli arvad almışlar.+ Bunlar Yəhusadiq oğlu Yeşunun+ oğullarından və qardaşlarından Məseyyə, Əlyəzər, Yarib və Qədali idi. 19 Onlar söz verdilər ki, arvadlarını yola salacaqlar və təqsirli olduqları üçün bu günaha görə sürüdən bir qoç təqdim edəcəklər.+
20 Yadelli arvad alanlar bunlar idi: İmmir övladlarından+ Hənani və Zəbədya; 21 Harim övladlarından+ Məseyyə, İlyas, Şəmay, Yəhyil və Üziyyə; 22 Fəşhur övladlarından+ İlyənay, Məseyyə, İsmayıl, Nəsnail, Yuzabad və İlyasah; 23 lavililərdən Yuzabad, Şimay, Qəlyah (Qalit), Fəthi, Yəhuda və Əlyəzər; 24 məzmur oxuyanlardan Əlyasib; darvaza keşikçilərindən Səllum, Tələm və Ur.
25 İsraillilərdən, Faruş övladlarından+ Ramyay, İzziya, Məlkiyyə, Miyəmin, Əlyazar, Məlkiyyə və Bənayi; 26 Elam övladlarından+ Mətənyah, Zəkəriyyə, Yəhyil+, Əbdə, Ərəmut və İlyas; 27 Zəttu övladlarından+ İlyənay, Əlyasib, Mətənyah, Ərəmut, Zəbad və Əzza; 28 Bəbay övladlarından+ Yəhukənan, Hənaniyyə, Zəbbay və Atlay; 29 Bənni övladlarından Məşullam, Məllux, Aday, Yəşub, Şial və Ərəmut; 30 Fəhat-Muab övladlarından+ Adna, Kəlal, Bənayi, Məseyyə, Mətənyah, Bəsalil, Bənya və Mənəssə; 31 Harim övladlarından+ Əlyəzər, İşyah, Məlkiyyə+, Şəmay, Şəmun, 32 Binyamin, Məllux və Şimray; 33 Həşum övladlarından+ Məttənay, Mattata, Zəbad, Əlfəlit, Ərəmi, Mənəssə və Şimay; 34 Bənni övladlarından Maadday, İmran, Üyil, 35 Bənayi, Bədyah, Kəluhi, 36 Bənyah, Mərimut, Əlyasib, 37 Mətənyah, Məttənay və Yəsay; 38 Bənya övladlarından Şimay, 39 Şələmya, Natan, Aday, 40 Məhnədbay, Şaşay, Şaray, 41 Əzaril, Şələmya, Şimray, 42 Səllum, Əmariyyə və Yusif; 43 Nəba övladlarından Yaəl, Məttəsyah, Zəbad, Zəbin, Yadday, Yuil və Bənayi. 44 Bunların hamısı yadelli arvad almışdı.+ Onlar arvadlarını oğulları ilə birgə yola saldılar.+
Kir.
Digər variant: və Yerusəlimdə qərar tutan Allahın, İsrailin Allahı Yehovanın evini yenidən tiksin.
Görünür, bu, 2:2; 3:8 ayələrində adı çəkilən Zərubabildir.
Nə 7:15 ayəsində Bənya.
Nə 7:24 ayəsində Xarif.
Nə 7:25 ayəsində Gibyon.
Yaxud tirşata. Fars imperiyasında vilayət hakiminin titulu.
Lüğətə bax.
Dirhəm, adətən, 8,4 q-lıq fars qızıl darikinə bərabər tutulur. İncildəki dirhəmdən fərqlənir. B14 əlavəsinə bax.
Tövratdakı (İbrani Yazıları) mina 570 q-a bərabərdir. B14 əlavəsinə bax.
Digər variant: namə arami dilində yazıldı, sonra tərcümə edildi.
Bu ayədən 6:18 ayəsinə kimi orijinal mətn arami dilində yazılıb.
Suz.
Yəni Aşşurbanipalın.
Fərat çayı.
Hərfən: duzunu.
Digər variant: hüzurumda tərcümə edilib oxundu.
Hərfən: onların üstündə olan İsrailin Allahının.
Fərat çayı.
Görünür, bu, 2:2; 3:8 ayələrində adı çəkilən Zərubabildir.
Yaxud dəftərxanası.
Midiya.
Ekbatan.
Təx. 26,7 m. B14 əlavəsinə bax.
Fərat çayı.
Digər variant: zibillik; nəcis qalağı.
B15 əlavəsinə bax.
İbr. Ezra. Mənası: kömək.
Yaxud peşəkar köçürücüsü.
Yaxud öyrətməyə ürəyini hazırlamışdı.
Bu ayədən 7:26 ayəsinə kimi orijinal mətn arami dilində yazılıb.
Fərat çayı.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Kor 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Fars qızıl sikkəsi. B14 əlavəsinə bax.
Yaxud yemək otaqlarında.
Fərat çayı.
Yaxud yemək otağına.