Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  1 s. 12—13
  • Həyatın mənası

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatın mənası
  • Oyanın! 2018
  • Oxşar material
  • Eksperimentçi fizik imanı barədə danışır
    Oyanın! 2014
  • Həyat necə yaranıb?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Nəyə inandığınızın əhəmiyyəti var?
    Həyat necə yaranıb?
  • Bunu bizə kim deyə bilər?
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
Əlavə
Oyanın! 2018
g18 №  1 s. 12—13

XOŞBƏXTLİK YOLU

Həyatın mənası

İNSAN BƏNZƏRSİZDİR: YAZI YAZIR, ŞƏKİL ÇƏKİR, NƏSƏ YARADIR, DÜŞÜNÜR. Daima həyatın mənasını axtarır, kainatın, bəşəriyyətin necə və nə üçün yarandığını, onu gələcəkdə nələrin gözlədiyini bilmək istəyir.

Bəziləri fikirləşir ki, bunların cavabını tapmaq mümkün deyil. Bir başqaları isə həyatın kortəbii şəkildə, təkamül nəticəsində yarandığına inandığı üçün bu kimi sualları mənasız görür. Tarix və biologiya üzrə professor Uilyam Provayn deyir: «Heç bir ilah yoxdur, heç bir məqsəd yoxdur... Əxlaq üçün heç bir mütləq əsas yoxdur, həyatın heç bir mütləq mənası yoxdur».

Bəzi insanlar isə bu kimi fikirləri düzgün hesab etmir. Onlar kainatın dəqiq, riyazi qanunlara tabe olduğunu görürlər. İnsanların təqlid etməyə çalışdığı təbiətdəki valehedici quruluşlara heyrandırlar və hər gün əmin olurlar ki, mürəkkəb, yüksək funksiyalı dizaynlar ali zəkaya işarə edir.

Bütün bunlar bəzi təkamülçüləri öz mövqelərini nəzərdən keçirməyə təşviq edib. İki nəfərin nümunəsinə baxaq.

NEYROCƏRRAH DR. ALEKSEY MARNOV. O deyir: «Oxuduğum təhsil ocaqlarında ateizm və təkamül tədris olunurdu. Allahın varlığına inanan hər kəs savadsız hesab edilirdi». Lakin 1990-cı illərdə Marnov münasibətini dəyişir.

O deyir: «Həmişə hər şeydə məntiq axtarmışam, o cümlədən insan beyninin quruluşunda. Bu mükəmməl orqan, yerində olaraq, kainatın ən mürəkkəb strukturu adlandırılır. Düşünürdüm: “Yəni beyin elm və bacarığa yiyələnib sonra da ölməkdən ötrüdür?” Bu, çox əsassız və məntiqsiz görünürdü. “Bəs onda biz niyə mövcuduq, həyatın mənası nədir?” Bu haqda ciddi düşünüb-daşındıqdan sonra qənaətə gəldim ki, mütləq bir Yaradan olmalıdır».

Həyatın mənasını tapmaq yolunda axtarışları Marnovu Müqəddəs Kitabı araşdırmağa gətirib çıxarır. Onun həyat yoldaşı da ateist idi və həkim işləyirdi. Bir müddətdən sonra Marnovun Müqəddəs Kitabı araşdırmasının yanlış olduğunu sübut etmək üçün o da kitabı oxumağa başlayır. Hal-hazırda onların hər ikisi Allahın mövcudluğuna inanır və Onun bəşəriyyətlə bağlı niyyətini dərk edir.

PLAZMA ÜZRƏ ALİM DR. HUABİ YİN. Fizika sahəsində çalışan Huabi Yin uzun illər plazma üzrə tədqiqat aparıb. Maddənin dördüncü halı hesab olunan plazma (günəşdə olduğu kimi) əsasən elektronlardan və müsbət ionlardan ibarətdir.

Huabi Yin deyir: «Biz alimlər təbiət hadisələrini öyrənəndə həmişə yüksək dərəcədə nizam müşahidə edirik. Bu cür nizam isə dəqiq qanunların nəticəsində mümkündür. Fikirləşirdim: “Bəs bu qanunları kim təyin edib? Adi bir ocağa ciddi nəzarət etmək lazım olduğu halda, görəsən, günəşin enerjisini tənzimləyən qanunları kim təsis edib?” Bir müddət sonra belə qənaətə gəldim ki, Müqəddəs Kitabın ilk ayəsində yazılan “başlanğıcda Allah göyü və yeri yaratdı” sözləri bu suallara ən məntiqli cavabdır» (Yaradılış 1:1).

Əlbəttə ki, elm «necə?» suallarının çoxuna aydınlıq gətirir. Misal üçün: «Beyin hüceyrələri necə işləyir?», «Günəş istilik və işığı necə yayır?» Aleksey Marnovun və Huabi Yinin öyrəndiyi kimi, Müqəddəs Kitab daha vacib olan «niyə, nə üçün?» suallarına cavab verir. Misal üçün, orada kainatın, kainatdakı qanunların, bəşəriyyətin niyə mövcud olması ilə bağlı suallara aydın cavablar var.

Müqəddəs Kitabda Yer kürəsi barədə deyilir: «Xaliq onu boş yerə deyil, yaşayış üçün [yaradıb]» (Əşiya 45:18). Bəli, Allah yeri müəyyən məramla yaradıb. Növbəti məqalədə görəcəyik ki, bu məram bizim gələcəyə ümidimizlə sıx bağlıdır.

ƏSAS FİKİRLƏR

Allah Yer kürəsini boş yerə deyil, yaşayış üçün yaradıb (Əşiya 45:18).

«Yaşamağımıza stimul verən nə isə olmalıdır»

Psixologiya üzrə professor Uilyam Makduqal deyir: «Fiziki və əqli sağlamlıq üçün yaşamağımıza stimul verən nə isə olmalıdır». Psixologiya üzrə digər professor Karol Rif da buna bənzər sözlər söyləyib: «Həyatında məna görən insanların sağlamlığında yüksək üstünlüklər müşahidə olunur. Onlarda koqnitiv (əqli) pozulma,.. ürək-damar xəstəlikləri riski daha aşağıdır, insultdan sonra bərpa prosesi daha sürətli gedir... və təbii ki, belə insanlar daha uzunömürlü olur».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş