Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  3 s. 3
  • Ölüm — acı gerçəklik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölüm — acı gerçəklik
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Oxşar material
  • Ciddi diqqətəlayiq videofilm
    Müqəddəs ibadətimiz 2006
  • Videofilmlər həqiqət haqqında şəhadət edir
    Müqəddəs ibadətimiz 2002
  • «Bu, yeni bir şeydir!»
    Oyanın! 2016
  • Müqəddəs Kitab öyrənmələrinə başlamaq üçün yeni video
    Müqəddəs ibadətimiz 2014
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  3 s. 3
Qadının uşaqlıq şəkli, piano dərsində şəkli, gül dəstəsilə şəkli, toy günündə şəkli, yoldaşı və oğlu ilə şəkli, qoca vaxtında yoldaşı ilə şəkli, piano çalanda şəkli və tək şəkli

Ölüm acı gerçəklik

TƏSƏVVÜR EDİN Kİ, pərəstişkarı olduğunuz məşhur musiqiçi haqqında filmə baxırsınız. Filmin əvvəlində onun uşaqlığından olan səhnələr, musiqi dərslərinə getməsi, gecə-gündüz məşqlər etməsi canlandırılır. Sonra o, konsertlərdə ifa etməyə başlayır. Yaxın-uzaq yerlərə səfər edir. Beləcə, bütün dünyada tanınan ulduza çevrilir. Çox keçməmiş, sənətkarın ömrünün payız çağı təsvir olunur, filmin sonunda isə o, həyata gözlərini yumur.

Bu süjet uydurma deyil. Artıq həyatda olmayan insanın gerçək hekayəsidir. Filmin qəhrəmanı istər musiqiçi, alim, idmançı, istərsə də başqa məşhur bir insan olsun, süjet xətti, demək olar ki, eynidir. Ola bilər, insan yaşadığı müddət ərzində çoxlu uğurlar qazanıb. Bəs heç düşünmüsünüz ki, qocalıq, ölüm onu amansızcasına haqlamasaydı, o daha hansı nailiyyətlərə imza atardı?

Kədərli də olsa, hamımızı eyni aqibət gözləyir (Vaiz 9:5). Nə qədər əlləşib-vuruşsaq da, qocalığın, ölümün pəncəsindən yaxa qurtara bilmirik. Hələ bu azmış kimi, bəzən bədbəxt hadisə və ya amansız xəstəlik ucbatından ömür yarıda kəsilir. Doğrudan da, Müqəddəs Kitabda əbəs yerə deyilmir ki, insan səhər «peyda olub tezliklə yox olan» duman kimidir (Yaqub 4:14).

Bəzi insanlara həyat o qədər etibarsız və mənasız gəlir ki, onlar «gəlin yeyib-içək, onsuz da sabah öləcəyik» düşüncəsi ilə yaşayırlar (1 Korinflilərə 15:32). Amma bu, ölümün qarşısında aciz şəkildə boyun əymək deyilsə, bəs nədir? Hər kəsdə gec-tez, xüsusilə də həyatının təlatümlü dövründə belə sual yaranır: «Həyat elə budur?» Bu suala cavabı haradan tapmaq olar?

İnsanların çoxu elmə üz tutur. Elm və tibbin inkişafı sayəsində insan ömrü bir qədər uzanıb. Bəzi alimlər insan ömrünü bir az da uzatmaq üçün araşdırmalar aparırlar. Onlar nə qədər nailiyyətlər əldə etsələr də, bəzi suallar cavabsız qalır: İnsan nəyə görə qocalıb ölür? «Ölüm» adlı düşmən nə vaxtsa məhv ediləcək? Növbəti məqalələrdə bu mövzular araşdırılacaq və «Həyat elə budur?» sualına cavab veriləcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş