Teokratik Xidmət məktəbi — təkrar
Növbəti suallar 2004-cü il iyunun 28-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində şifahi olaraq nəzərdən keçiriləcək. Məktəbin nəzarətçisi, 2004-cü il mayın 3-dən başlanan həftədən iyunun 28-dən başlanan həftəyədək Teokratik Xidmət Məktəbində keçilən materialın 35 dəqiqəlik müzakirəsini edəcək. [Qeyd: əgər sualdan sonra materialın mənbəyi göstərilmirsə, cavabı tapmaq üçün müstəqil olaraq tədqiqat aparmalısınız.]
TAPŞIRIQ № 1
1. Mə’ruzəçini səmimiyyət və xeyirxahlıqla danışmağa nə təşviq edir? (ht s. 70, abz. 16, 17).
2. Hansı əyani misalların uyğun gəldiyini müəyyən etməkdə bizə nə kömək edir? (ht s. 74, abz. 12-14).
3. Əyani misallar gətirdiyimiz zaman hansı səhvlərdən qaçınmalıyıq? (ht s. 75, abz. 20, 21).
4. İzah etdiyimiz materialın praktiki dəyərini göstərmək nəyə görə vacibdir və bunu necə etmək olar? (ht s. 78, 79, abz. 11, 12).
5. Nəyə görə yekunda dinləyicilərin necə davranacaqlarını göstərmək lazımdır? (ht s. 80, abz. 4-6).
6. Yekunun davamlılığını nə müəyyən edir? (ht s. 81, abz. 10).
7. İzahata ayrılan vaxtla bağlı hansı çətinliklər yarana bilər? (ht s. 82, 83, abz. 16, 17, 19, 20).
8. Özünü aparmağı bacarmamaq insanın kifayət qədər özünə əmin olmadığını necə göstərir? (ht s. 87, abz. 10, 11).
MÜQƏDDƏS KİTABIN HƏFTƏLİK OXUNMASI
9. Nəyə görə Musa hər şeyi “məskənin örnəyinə və bütün qabların örnəyinə” uyğun etməli idi? (Çıx. 25:9; İbr. 8:5) (w03 15.2. s. 29, rus; it-2 s. 1058, abz. 7, ing.).
10. Bütöv yandırılan heyvan qurbanlarından əvvəl gətirilən təqsirkarlıq qurbanı və ya günah üçün gətirilən qurban nəyə işarə edirdi? (Lev. 8:14, 18; 9:2, 3) (w00 1.11. s. 10, abz. 16, 19; s. 13, abz. 8).
11. İsraillilərin, Yehovanın Çıxış 34:23, 24 ayələrində yazılmış əmrinə tabe olmaqla təzahür etdirdikləri imandan biz nə öyrənirik?
12. Əmin-amanlıq qurbanı nə məqsədlə gətirilirdi? (Lev. 3:1).
13. Bu gün müqəddəs xidməti necə icra etməyə dair Çıxış 30:9 ayəsindən nə öyrənmək olar? (w01 1.3. s. 12).
14. Toplanma çadırını tikən zaman israillilərin hər şeyi “elə” etmələri bizim günlərdə nəyi təmsil edir? (Çıx. 39:32) (w95 15.12. s. 12, abz. 9, rus.).
15. Levililərə 10:1, 2 ayələrində yazılmış Nadabın və Abihunun nümunəsindən nə öyrənirik? (w84 1.9. s. 21, abz. 3, rus.).