Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/05 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2005
  • Başlıqlar
  • Fevralın 14-dən başlanan həftə
  • Fevralın 21-dən başlanan həftə
  • Fevralın 28-dən başlanan həftə
  • Martın 7-dən başlanan həftə
Müqəddəs ibadətimiz 2005
km 2/05 s. 2

Xidməti görüşlərin cədvəli

Fevralın 14-dən başlanan həftə

Mahnı 174.

10 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş e’lanlar. Sizin əraziyə müvafiqdirsə 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 mart sayını təqdim etməyin üsulu göstərilir. Çap edilmiş təqdimələri yerli ərazinin tələbatlarına uyğunlaşdırmağın necə mümkün olduğunu qısaca nəzərdən keçir («Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci ilin yanvar sayına bax.)

35 dəq. «Xatirə Gecəsi dövrü təbliğdə fəal iştirak etmək vaxtıdır»a. Xidməti nəzarətçinin nitqi. 6-cı abzası müzakirə edərkən «Oyanın!» jurnalının 2004-cü il sentyabr sayının 12-ci və 13-cü səhifələrindəki (rus.) fikirləri daxil et. Köməkçi pionerliyə ərizə yazanları e’lan et. Təbliğ xidməti üçün əlavə görüşlərin nə vaxt və harada keçiriləcəyini qeyd et. Hamını Xatirə Gecəsi dövründə təbliğ xidmətində daha fəal olmağa təşviq et.

Mahnı 14 və yekun dua.

Fevralın 21-dən başlanan həftə

Mahnı 31.

10 dəq. Yerli e’lanlar. «Onların daha sonra da şahidlik almalarına kömək et» adlı çərçivədən əsas fikirləri nəzərdən keçir. Hamını ehtiyac yaranan kimi «Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin» adlı (S-70) blankı doldurmağa təşviq et.

20 dəq. «Yehovanın məhəbbətinə görə minnətdarlıq təzahür etdirin»b. Mə’ruzə ilə çıxış edəcək qardaşın adını və digər təfsilatları daxil etməklə, Xatirə Gecəsinin dəqiq vaxtını və yerini e’lan et. 4-cü abzasın müzakirəsinə bir qısa səhnəcik daxil et. Bu səhnəcikdə təbliğçi müntəzəm olaraq jurnal verdiyi insanı Xatirə Gecəsinə də’vət edir. Əgər təbliğçilərin Xatirə Gecəsi üçün də’vətnamələri yoxdursa, görüşdən sonra mütləq paylamaq lazımdır.

15 dəq. «Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. VI hissə»c. Dörd dəqiqəlik səhnəcik hazırla. Müqəddəs Kitabı öyrənən adam Xatirə Gecəsində nə üçün azsaylı insanların çörək və şərabdan qəbul etdiyini soruşur. Öyrənməni aparan təbliğçi verdiyi suala görə onu tə’rifləyir, sualı kitabçasında qeyd edir və onu öyrənmə qurtarandan sonra müzakirə etməyi təklif edir. Materialın müzakirəsini qurtardıqdan sonra öyrənməni aparan təbliğçi öyrənənin diqqətini «Bilik» kitabının 127-ci səhifəsində şərab və çörək simvollarından kimlərin qəbul etdiyinə yönəldir. Onlar bu abzasda olan fikirləri müzakirə edirlər. Öyrənən adam isə onun sualına aydın cavab verdiyi üçün təbliğçiyə təşəkkür edir.

Mahnı 21 və yekun dua.

Fevralın 28-dən başlanan həftə

Mahnı 42.

15 dəq. Yerli e’lanlar. Maliyyə hesabatı. Təbliğçilərə fevral ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Sizin əraziyə müvafiqdirsə 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək, səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 mart sayını təqdim etməyin üsulu göstərilir. Digər münasib səhnəciklər də hazırlamaq olar. Təqdimənin sonunda təbliğçi çap edilmiş də’vətnamədən istifadə edərək həmsöhbətini Xatirə Gecəsinə də’vət edir.

20 dəq. Zəiflərə qayğı göstər (Həv. iş. 20:35). Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə «Gözətçi Qülləsi»nin 2004-cü il 1 sentyabr sayının 28, 29-cu səhifələrindəki 12-16-cı abzaslar əsasında müzakirəyə başla. Müzakirə «Gözətçi Qülləsi»ndə olan məqalənin müzakirəsi kimi keçirilir. Abzasların oxunulmasını, üzündən yaxşı oxumağı bacaran qardaşa tapşır. Bu mə’lumatın keçiriləcək Xatirə Gecəsi və xüsusi mə’ruzə ilə əlaqədar necə tətbiq edilə biləcəyinə xüsusi diqqət yetir.

10 dəq. «Oyaq durun!» broşürasını təklif edirik. Mart ayında paylayacağımız bu broşüranın təqdim edilmə üsullarını müzakirə et və onları səhnələşdir. «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci ilin yanvar sayındakı çap edilən və sizin ərazidə effektli olan təqdimələrdən istifadə etmək olar.

Mahnı 72 və yekun dua.

Martın 7-dən başlanan həftə

Mahnı 12.

10 dəq. Yerli e’lanlar. «Xatirə Gecəsi ilə əlaqədar xatırlatma» adlı çərçivədən bə’zi əsas fikirləri nəzərdən keçir.

15 dəq. Yerli tələbatlar.

20 dəq. «Təbliğ xidmətində jurnallardan istifadə et»d. 3 və 4-cü abzasları müzakirə edərkən materialı yerli şəraitə uyğunlaşdır. İşgüzar ərazidə, küçədə, ictimai yerlərdə və qeyri-rəsmi surətdə yaxşı təbliğ edən bir və ya iki təbliğçidən qısa müsahibə götür. Təbliğin müxtəlif növlərində jurnalları necə təklif etdikləri barədə danışmağı xahiş et. Təqdiməni və ya baş verən maraqlı hadisəni səhnələşdir.

Mahnı 192 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

d Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş