Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2011-ci il aprelin 25-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Məktəbin nəzarətçisi 2011-ci il martın 7-dən başlanan həftədən aprelin 25-dən başlanan həftəyədək Teokratik Xidmət Məktəbində keçilən materialın 20 dəqiqəlik müzakirəsini keçirəcək.
1. Hansı mənada ‘ölkənin xalqları arasından bir çoxu Yəhudi oldu’? (Est. 8:17) (w06 1.3. s. 11, abz. 3).
2. Nəyə görə Şeytana Yehovanın hüzuruna gəlməyə icazə verildi? (Əyy. 1:6; 2:1) (w06 1.4. s. 13, abz. 6 [w06-U 15.3. s. 13, abz. 6]; it-2-E s. 16, abz. 4).
3. Şeytan: «Əyyub Allahdan boş yerəmi qorxur?» sualını verməklə nəyi nəzərdə tuturdu? (Əyy. 1:9) (w94-U 15.11. s. 11, abz. 6).
4. Nəyə görə Yehovanın «hikməti dərin, gücü tükənməyən» Allah olduğunu bilmək bizə əminlik verir? (Əyy. 9:4) (w07 1.6. s. 16, abz. 16 [w07-U 15.5. s. 25, abz. 16]; it-2-E s. 1190, abz. 3).
5. Elifazın insan «haqsızlığı su kimi» içir deməsi Şeytanın düşüncə tərzini necə əks etdirir? (Əyy. 15:16) (w10 15.2. s. 20, abz. 1, 2).
6. Əyyub 19:2 ayələrində yazılan Əyyubun naləsindən nə öyrənə bilərik? (w94-U 1.10. s. 32, abz. 1—5).
7. Əyyuba nöqsansızlığını qorumağa nə kömək etdi? (Əyy. 27:5, YD) (w09 15.4. s. 6, abz. 17).
8. Başqalarının köməyə ehtiyacı olanda Əyyubdan necə nümunə götürə bilərik? (Əyy. 29:12, 13) (w02 1.8. s. 14, abz 19 [w02-U 15.5. s. 22, abz. 19]; w94-U 15.9. s. 24, abz. 1).
9. Elihunun verdiyi məsləhət Əyyubun digər üç dostunun məsləhətindən nə ilə fərqlənirdi? (Əyy. 33:1, 6) (w95-U 15.2. s. 29, abz. 3).
10. Yehovanın möhtəşəm işləri üzərində düşünmək bizə necə təsir etməlidir? (Əyy. 37:14) (w06 1.4. s. 16, abz. 3 [w06-U 15.3. s. 16, abz. 4]).