Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yb16 s. 82—85
  • İndoneziyaya bir nəzər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İndoneziyaya bir nəzər
  • Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
yb16 s. 82—85

İNDONEZİYA

İndoneziyaya bir nəzər

Ərazi. Ekvator xətti ilə ikiyə bölünən İndoneziya Avstraliya və Asiya qitələri arasında yerləşir. Dünyada ən böyük arxipelaqdır. Dərə-təpə dağları və sıx tropik meşələri olan bu ölkə 17 500-dən çox adadan ibarətdir. İndoneziyada 100-dən çox aktiv vulkan olduğundan bura dünyanın ən aktiv vulkanik ərazisi sayılır.

İndoneziyalı qadın milli baş geyimini taxır

Əhali. İndoneziya əhalisinin sayına görə dünyada Çin, Hindistan və Birləşmiş Ştatlardan sonra dördüncü yeri tutur. Burada 300-dən çox etnik qrup məskunlaşıb. Əhalisinin yarıdan çoxunu yavalılar və sundalılar təşkil edir.

Din. Əhalinin təxminən 90 faizi müsəlman, digərləri isə, əsasən, hinduist, buddist və xristiandır. Çoxları isə yerli ənənəvi dinlərini qoruyub saxlamışlar.

Dil. Arxipelaqda 700-dən çox dildə danışılır. Dövlət dili Malayya dilindən törənmiş İndoneziya dilidir. İnsanların çoxu evdə regional dildə danışır.

Şişə keçirilmiş ət

İqtisadiyyat. Əhalinin əksəriyyətini kiçik fermerlər və ticarətçilər təşkil edir. Ölkə faydalı qazıntı yataqları, taxta-şalban, xam neft və təbii qaz ilə zəngindir. Əsas istehsalı kauçuk və palma yağıdır.

Mətbəx. Yeməklərinin şahı düyüdür. Məşhur yeməklərinə nasi qorenq (qızardılmış düyü və tərəvəzlə yumurta), satay (ət kababı) və qado-qado (fıstıq sousu ilə salat) daxildir.

İqlim. İsti və rütubətli ərazidir. Musson küləklər nəticəsində ölkədə iki mövsüm mövcuddur: quru və yağışlar mövsümü. Tufanların olması adi haldır.

ƏRAZİSİ

1 910 931 km

ƏHALİSİ

256 000 000

2015-Cİ İLDƏ TƏBLİĞÇİLƏRİN SAYI

26 246

BİR TƏBLİĞÇİNİN ƏHALİYƏ NİSBƏTİ

9754

2015-Cİ İLDƏ ANMA MƏRASİMİNƏ GƏLƏNLƏRİN SAYI

55 864

İndoneziyanın xəritəsi
    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş