Nəğmə 106
Yehovanın dostu olaq
(Zəbur 15)
1. Ey Yaradan Tanrım,
Kimdir dostun Sənin?
Sən kimləri edərsən mehman
Öz evində Rəbbim?
Kim ki sadiq qalıb,
Saf Kəlamı sevir.
Pakdır qəlbi, təmiz əməli,
Haqq yolla yeriyir.
2. Ey mehriban Allah,
Kimdir dostun Sənin?
Kim calallı taxtın önündə
Şad eyləyər Səni?
Kim ki uca tutur
Daima adını.
Hər vaxt bağlı qalır əmrinə,
Sevmir heç yalanı.
3. Ey qayğıkeş Rəbbim,
Sənsən qəlb sirdaşım.
Dar günümdə Sən hifz eylədin,
Tez dadıma çatdın.
Sənlə ülvi dostluq
Qoy əbədi olsun.
Heç kim verməz Sənin yerini,
Sənsən sadiq dostum.
(Həmçinin baxın: Zəb. 139:1; 1 But. 5:6, 7.)