Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 4 s. 7
  • Allah İbrahimlə əhd bağlayır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah İbrahimlə əhd bağlayır
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
  • Yehova onu «dostum» adlandırdı
    Gözətçi qülləsi 2016
  • İstəyərdinizmi ki, sizə baş çəksinlər?
    Gözətçi qülləsi 2004
  • İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 4 s. 7
İbrahim ulduzları seyr edir

BÖLMƏ 4

Allah İbrahimlə əhd bağlayır

İbrahim Allaha imanla itaət edir? Yehova onu xeyir-dualandıracağını və nəslini artıracağını vəd edir

NUHUN günlərindəki Daşqından təxminən 350 il keçmişdi. Yaşa dolmuş İbrahim hazırkı İraqda yerləşən çiçəklənən Ur şəhərində yaşayırdı. İbrahim böyük iman sahibi idi. Ancaq onun imanı sınağa çəkildi.

Yehova İbrahimə doğulduğu yeri tərk edib yad torpağa Kənan diyarına köçməyi buyurdu. İbrahim tərəddüd etmədən tabe oldu. O, arvadı Sara, qardaşı oğlu Lut da daxil olmaqla, bütün ailəsini götürüb yola çıxdı və uzun səyahətdən sonra yaşamaq üçün Kənanda çadır qurdu. İbrahimlə əhd bağlayaraq Yehova vəd etdi ki, ondan böyük millət törəyəcək, yer üzündə olan bütün insanlar onun vasitəsilə xeyir-dua alacaq və nəsli Kənan diyarına sahib olacaq.

İbrahimin və Lutun həyatı günü-gündən çiçəklənir, mal-qarası və qoyun sürüsü çoxalırdı. İbrahim öz mənfəətini güdməyərək Luta istədiyi ərazini seçməyə izin verdi. Lut İordan çayının məhsuldar ərazisini seçdi və Sədum şəhəri yaxınlığında məskunlaşdı. Ancaq Sədumun sakinləri Yehovaya qarşı çoxlu günah edən əxlaqsız insanlar idilər.

Yehova Allah sonralar İbrahimi əmin etdi ki, onun nəsli göydəki ulduzlar qədər saysız-hesabsız olacaq. İbrahim bu vədə iman etdi. Lakin İbrahimin sevimli arvadı Sara sonsuz idi. Sonralar İbrahimin 99 yaşı olanda, Saranın isə yaşı 90-a yaxınlaşanda Allah İbrahimə onların oğlu olacağını dedi. Allahın dediyi kimi, Sara İshaqı doğdu. İbrahimin başqa uşaqları da var idi, ancaq Ədən bağında vəd olunan Xilaskar məhz İshaq vasitəsilə gələcəkdi.

Həmin vaxt Lut və onun ailəsi Sədumda yaşayırdı, lakin saleh Lut şəhərin əxlaqsız sakinləri kimi olmadı. Yehova Səduma qarşı çıxardığı hökmü icra etmək qərarına gələndə mələkləri göndərdi ki, gözlənilən məhv barədə Lutu xəbərdar etsinlər. Mələklər Luta və ailəsinə Sədumdan qaçmağı və geriyə baxmamağı tapşırdı. Sonra Allah Sədumun və onun yaxınlığında yerləşən pozğun şəhər Əmurənin üzərinə odlu kükürd yağdıraraq bütün sakinlərini məhv etdi. Lut və iki qızı xilas oldu. Ancaq Lutun arvadı ehtimal ki, arxada qoyduğu mülkü üçün heyifsləndiyindən geriyə baxdı. İtaətsizliyi ona həyatı bahasına başa gəldi.

Yaradılış 11:10—19:38 ayələrinə əsaslanıb.

  • İbrahim nəyə görə Kənana köçdü?

  • Yehova İbrahimlə hansı əhdi bağladı?

  • Yehova Sədum və Əmurəni hansı səbəbə görə məhv etdi?

Əhdlər Allahı

Müqəddəs Kitab yazılan dövrdə əhd müqavilə və ya rəsmi razılıq idi. Yehova Ədən bağında Xilaskarla bağlı vəd etdiyi niyyətini necə yerinə yetirəcəyini müqəddəs vədlərə bərabər sayılan əhdlər vasitəsilə tədricən açıqladı. İbrahimlə bağlanan əhd vəd olunmuş Şəxsin İbrahimin nəslindən gələcəyini göstərirdi. Sonrakı əhdlər həmin Şəxsi tanımağa kömək edəcəkdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş