Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 26 s. 30
  • Cənnət bərpa edilir!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cənnət bərpa edilir!
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • «Vəhy» kitabının mənası nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Kimlər göydə yaşayacaq?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • «Vəhy» kitabı və sizin gələcəyiniz
    Gözətçi qülləsi 2022
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 26 s. 30
Padşahlıqda İsa öz taxtında əyləşib

BÖLMƏ 26

Cənnət bərpa edilir!

Məsihin rəhbərlik etdiyi Padşahlıq vasitəsilə Yehova Öz adını təqdis edir, hakimiyyətinə bəraət qazandırır və bütün pislikləri aradan qaldırır

MÜQƏDDƏS YAZILARIN sonuncu kitabı «Vəhy» bütün bəşəriyyətə ümid verir. Həvari Yəhya tərəfindən yazılan bu kitabda Yehovanın niyyətlərinin həyata keçməsi ilə öz zirvə nöqtəsinə çatan görüntülər qələmə alınmışdır.

Dirildilmiş İsa ilk görüntüdə bir neçə yığıncağı tərifləyir və onlara düzəliş verir. Növbəti görüntü ruhani varlıqların Allaha həmd söylədiyi yeri, Onun göydəki taxtını göstərir.

Allahın niyyəti öz icrasına doğru irəlilədikcə Quzuya, yəni İsa Məsihə yeddi möhürü olan tumar verilir. İlk dörd möhür açılanda dünya səhnəsində simvolik atlılar peyda olur. Birincisi ağ atın belində oturan və başında padşah tacı olan İsadır. Sonra bu sistemin axır günlərində baş verən müharibəni, aclığı və xəstəliyi təmsil edən müxtəlif rəngli atların belində atlılar gəlir. Yeddinci möhür açılanda Allahın hökmlərinin bəyan olunmasını təmsil edən yeddi şeypur çalınır. Bu yeddi simvolik bəlaya, yəni Allahın Öz qəzəbini tökməsinə gətirib çıxarır.

Yenicə doğulan oğlan uşağı ilə təmsil olunan Allahın Padşahlığı göylərdə təsis olunur. Müharibə baş verir, Şeytan və onun pis mələkləri yer üzünə atılır. Yüksək səslə: «Yerə... vay olsun!» — deyilir. İblis vaxtının az olduğunu bildiyindən çox qəzəblidir (Vəhy 12:12).

Yəhya göydə quzu ilə təmsil olunan İsanı və onunla birgə insanlar arasından seçilmiş 144 000 nəfəri görür. Onlar İsa ilə bərabər «padşahlıq edəcəklər». Beləliklə, «Vəhy» kitabı övladın ikinci dərəcəli üzvlərinin ümumi sayının 144 000 olduğunu açıqlayır (Vəhy 14:1; 20:6).

Yerin padşahları Armageddona, Qadir Allahın böyük gününə toplaşırlar. Onlar səmavi orduya başçılıq edən və ağ atın belində oturan İsa ilə müharibə edirlər. Bu dünyanın bütün padşahları məhv edilir. Şeytan zəncirlənir və İsa ilə onun 144 000 həmvarisi yer üzünü «min il» ərzində idarə edir. Minilliyin sonunda Şeytan tamamilə məhv edilir (Vəhy 16:14; 20:4).

Məsih və onun hakimiyyət şərikləri Minillik Hökmranlıq zamanı itaətkar bəşəriyyət üçün nələr edəcək? Yəhya yazır: «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4). Yer üzü cənnətə çevrilir!

Beləliklə, «Vəhy» kitabı Müqəddəs Kitabdakı xəbəri tamamlayır. Padşahlıq vasitəsilə Yehovanın adı müqəddəs tutulur və hakimiyyətinə əbədilik bəraət qazandırılır!

«Vəhy» kitabına əsaslanıb.

  • Simvolik atlılar nəyi təmsil edir?

  • Allahın niyyəti icrasına doğru irəlilədikcə hansı həyəcanlandırıcı hadisələr baş verir?

  • Armageddon nədir və o nə ilə nəticələnəcək?

«BÖYÜK BABİL»

«Vəhy» kitabında bütün yalan yəni həqiqi Allaha qarşı çıxan dinlər birlikdə böyük fahişə kimi təqdim olunur. O «Böyük Babil» adlanır və özünü dünyanın siyasi qüvvələrinə satır başqa sözlə onlarla əxlaqsızlıq edir. «Vəhy» kitabında deyilir ki Yehova Allahın təyin etdiyi vaxtda bu qüvvələr həmin fahişəyə hücum edib onu məhv edəcək (Vəhy 17:1—5, 16, 17).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş