Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ypq sual 1 s. 3—5
  • Mən kiməm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mən kiməm?
  • Gənclərin 10 sualına cavab
  • Oxşar material
  • 9. Şəxsiyyət
    Oyanın! 2018
  • Şirnikdirici təkliflərə necə qarşı dura bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Dünyanın sonu artıq onları qorxutmur
    Gözətçi qülləsi 2010
  • Məsihçi olduğunu heç zaman unutma
    Gözətçi qülləsi 2005
Əlavə
Gənclərin 10 sualına cavab
ypq sual 1 s. 3—5
Yeniyetmə qız açıq pivə şüşəsini götürməyə tərəddüd edir

1-Cİ SUAL

Mən kiməm?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

İnsanın özünü tanıması və həyatda nə istədiyini bilməsi ona təsir altında olanda düzgün qərar verməyə kömək edir.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Kəmalə on dəqiqə olar ki, şənliyə gəlib. Birdən arxadan tanış səs eşidir.

«Niyə durub baxırsan?»

Kəmalə çevrilib rəfiqəsi Cəmiləni görür. Onun əlində ağzı açılmış iki pivə şüşəsi var. Cəmilə pivənin birini Kəmaləyə uzadıb deyir: «Bircə demə ki, yaşım çatmır! İç, bir az şənlən».

Kəmalə «yox» demək istəyir, amma rəfiqəsinin sözünü yerə salmaq istəmir. İstəmir ki, Cəmilə onun darıxdırıcı insan olduğunu düşünsün. Üstəlik, hamı Cəmiləni yaxşı qız kimi tanıyır. Əgər o içirsə, deməli, bunda pis bir şey yoxdur. Kəmalə öz-özünə deyir: «Burada nə var ki, bu sadəcə içkidir, narkotik deyil ki».

Kəmalənin yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Bu cür vəziyyətlərdə düzgün qərar vermək üçün insan yetkin fərd olmalıdır. Yetkin fərd olmaq o deməkdir ki, insan özünü tanıyır və həyatda nə istədiyini bilir. Bu, ona öz ağlı ilə oturub-durmağa, insanların əlində oyuncaq olmamağa kömək edir (1 Korinflilərə 9:26, 27).

Özündə bu cür güc tapmağa sənə nə kömək edə bilər? Əvvəla növbəti suallara cavab tapmağa çalış.

1 GÜCLÜ CƏHƏTLƏRİM

Qabiliyyətlərini və müsbət cəhətlərini müəyyən etmək əminliyini artıracaq.

MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: İsa Məsihin davamçılarından biri olan həvari Bulus yazmışdı: «Əgər natiq kimi məharətli deyiləmsə də, bilikdə ki əskikliyim yoxdur» (2 Korinflilərə 11:6). Müqəddəs Yazılardan aldığı biliklər həvariyə onun qabiliyyətlərinə şübhə ilə yanaşanların layiqli cavabını verməyə kömək edirdi. O yol vermirdi ki, ətrafdakıların tənqidi münasibəti onun qətiyyətini zəiflətsin (2 Korinflilərə 10:10; 11:5).

ÖZÜNÜ YOXLA: Bacarıq və qabiliyyətlərindən birini aşağıda yaz.

İndi isə hansısa müsbət cəhətin barədə yaz. (Misal üçün, qayğıkeş, səxavətli, etibarlı, dəqiq olmağın barədə.)

2 ZƏİF CƏHƏTLƏRİM

Yadda saxla ki, zəncirin gücü ən zəif halqasının gücü qədərdir. Eynilə, zəif cəhətlərin səni idarə edərsə, səni bir fərd kimi asanlıqla pisliyə doğru dəyişə bilər.

MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: Həvari Bulus öz zəif cəhətlərini yaxşı bilirdi. O yazmışdı: «Daxili varlığımla Allahın Qanunundan həzz alıram. Amma cismimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni... günah qanununun əsiri edir» (Romalılara 7:22, 23).

ÖZÜNÜ YOXLA: Hansı zəif cəhətini dəyişmək istəyərdin?

3 MƏQSƏDLƏRİM

Sən taksiyə minib sürücüyə deyərdin ki, yanacaq qurtarana kimi məhəllədə dövrə vursun? Təbii ki, bu ağılsızlıq olardı və sənə baha oturardı.

Bundan hansı qənaətə gəlmək olar? Qarşına məqsəd qoysan, həyatda konkret istiqamətdə irəliləyəcəksən, boş-boş dolanıb durmayacaqsan. Biləcəksən, həyatdan nə istəyirsən və buna nail olmaq üçün nə etməlisən.

MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: Bulus yazmışdı: «Mən məqsədsiz qaçmıram» (1 Korinflilərə 9:26). Həvari yol vermirdi ki, həyatın axını onu aparsın. O, qarşısına məqsəd qoyur və onlara çatmağa çalışırdı (Filippililərə 3:12—14).

ÖZÜNÜ YOXLA: Gələn il hansı üç məqsədə çatmaq istədiyini aşağıda yaz.

4 ƏQİDƏM

Güclü küləyə davam gətirən möhkəm kökləri olan ağac

Yetkin fərd olan insan güclü fırtınaya davam gətirən dərinə kök atmış ağaca bənzəyir

Əqidən olmasa, qətiyyətin də olmayacaq, yaşıdlarına oxşamaq üçün buqələmun kimi, dondan-dona girəcəksən. Bu da sənin yetkin fərd olmadığını sübut edəcək.

Amma əqidənə uyğun davransan, kim nə edir etsin, sən bir fərd kimi öz yolunda möhkəm dayanacaqsan.

MÜQƏDDƏS KİTABDAN NÜMUNƏ: Yeniyetmə olanda Dənyal peyğəmbər ailəsindən ayrı düşsə də, ürəyində qət etmişdi ki, Allahın qanunları ilə yaşayacaq (Dənyal 1:8). Bununla, o, özünə sadiq qaldı. Dənyal peyğəmbər əqidəsinə uyğun yaşayırdı.

ÖZÜNÜ YOXLA: Sənin əqidən nədir? Məsələn: Allaha inanırsan? Nəyə görə inanırsan? Allahın varlığına səni nə əmin edir?

İnanırsan ki, Allahın əxlaq normaları sənin xeyrinədir? Nəyə görə buna əminsən?

Sən yüngül mehin yerdən qaldırıb ora-bura uçurduğu yarpaq kimi olmaq istəyirsən, yoxsa güclü tufana belə davam gətirən möhkəm ağac kimi? Əgər öz üzərində işləyib bir fərd kimi formalaşsan, möhkəm ağac kimi ola bilərsən. Onda «mən kiməm?» sualına cavab tapacaqsan.

HƏRƏKƏT PLANI

  • 3-cü bəndin altında yazdığın üç məqsədə diqqət yetir. Bu məqsədlərə çatmaq üçün bu ay hansı addımı atmaq istədiyini aşağıda yaz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş