Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 6 s. 20—21
  • Səkkiz nəfər sağ qalır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Səkkiz nəfər sağ qalır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Nuhun gəmisi
    Müqəddəs Kitab dünyasına səyahət
  • Böyük Daşqın
    Müqəddəs Kitab hekayələri
  • Nuh gəmi tikir
    Müqəddəs Kitab hekayələri
  • Dünya suyun altında qalır. Bu, bir də baş verəcək?
    Böyük Müəllimdən öyrən
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 6 s. 20—21
Leysan yağan kimi gəmi üzməyə başlayır

DƏRS 6

Səkkiz nəfər sağ qalır

Nuh ailəsi və heyvanlar gəmidən çıxır

Nuh, ailəsi və heyvanlar gəmiyə girirlər. Yehova qapını bağlayır və yağış yağmağa başlayır. Yağış o qədər güclü yağır ki, gəmi üzməyə başlayır. Getdikcə bütün yer üzü suyun altında qalır. Gəmiyə girməyən bütün pis insanlar ölür. Təkcə Nuh və ailəsi sağ qalır. Təsəvvür edirsən, onlar Yehovaya qulaq asdıqları üçün necə sevinirlər?

Qırx gün, qırx gecə yağış yağır. Sonra yağış kəsilir. Getdikcə sular çəkilməyə başlayır. Axırda gəmi bir dağın başında dayanır. Ancaq sular hələ də tam çəkilməyib. Buna görə də Nuh və ailəsi gəmidən çıxa bilməzlər.

Yavaş-yavaş sular çəkilməyə başlayır. Nuh və ailəsi bir ildən çox gəmidə qalır. Sonra Yehova onlara buyurur ki, gəmidən çıxsınlar. Onlar sağ qaldıqları üçün Yehovaya şükr edirlər. Minnətdar olduqlarını göstərmək üçün Ona qurban gətirirlər.

Göyqurşağı

Yehova bu qurbana görə çox şad olur. O söz verir ki, bir daha yer üzünü daşqınla məhv etməyəcək. Bunun nişanəsi olaraq göydə göy qurşağı yaradır. Sən heç göy qurşağı görmüsən?

Sonra Yehova Nuha və ailəsinə deyir ki, dünyaya uşaq gətirib yer üzünü doldursunlar.

«Nuh gəmiyə minənə qədər... Daşqın gəlib onların hamısını aparmayınca [insanlar] heç nəyə məhəl qoymurdular» (Mətta 24:38, 39)

Suallar: Yehova gəminin qapısını bağlayandan sonra nə baş verir? Göy qurşağı bizə nəyi xatırladır?

Yaradılış 7:1—9:17

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş