Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/5 s. 3
  • Qəddar dünya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qəddar dünya
  • Gözətçi qülləsi 2007
  • Oxşar material
  • Qəddarlığın sonu gələcəkmi?
    Gözətçi qülləsi 2007
  • Jurnalları necə təklif etmək olar?
    Müqəddəs ibadətimiz 2007
  • Məktəblərdə atışma. Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Hissə 12
    Allahın sözünə qulaq as
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/5 s. 3

Qəddar dünya

TƏK yaşayan 64 yaşlı Mariya öz evində ölü tapıldı. O döyülmüş və məftillə boğulub öldürülmüşdü.

Qəzəblənmiş izdiham üç polisi iki uşağın oğurlanmasında günahlandıraraq döydü. Sonra ikisinin üstünə benzin töküb yandırdı. Üçüncü polis qaçmağa müvəffəq oldu.

Anonim zəng nəticəsində tükürpədici qətl hadisəsi aşkar olundu. Mə’zuniyyətdə olan dörd kişinin cəsədi bağda torpaqdan qazılıb çıxarıldı. Onların gözləri və əlləri bağlı idi. Meyitlər yarılanda aşkar olundu ki, kişilərin hamısı diri-diri basdırılmışdı.

Bu vəhşiliklər zorakılıqla dolu qorxulu filmlərdən səhnələr deyil, olmuş hadisələrdir və bu yaxınlarda bir Latın Amerikası ölkəsində çıxan qəzetlərin başlıqlarının əsas mövzusunu təşkil edirdi. Lakin belə dəhşətli hadisələr təkcə həmin ölkədə baş vermir.

Bu gün qəddarlıq adi hala çevrilib. Partlayışlar, terror aktları, qətl halları, atışmalar və zorlamalar törədilən zorakılığın yalnız kiçik bir hissəsidir. Xəbərlərdə vəhşiliklərdən o qədər danışırlar ki, artıq qəddarlıq haqqında eşitmək və ya belə hadisələri görmək insanları sarsıtmır.

Ola bilər, siz çaş-baş qalmısınız: «Bu dünyaya nə olub? Doğrudanmı başqalarının hisslərinə və həyata hörmət tamamilə itib?» Nə üçün biz belə dünyada yaşamalıyıq?

Ancaq indi, gəlin, Kanadada yaşayan 69 yaşlı Harinin nümunəsinə nəzər salaq. O özü xərçəng, yoldaşı isə səpələnmiş skleroz xəstəliyindən əziyyət çəkir. Dostları və qonşuları həmişə bu qocalara əl tuturlar. Hari deyir: «Onlar bizə kömək etməsəydilər, heç bilmirəm axırımız necə olardı». Kanadada aparılan araşdırma nəticəsində mə’lum olmuşdur ki, yaşlıların qayğısına qalanların 50 faizdən çoxu onlara yad olan adamlardır. Siz də xeyirxah və mehriban adamları tanımamış olmazsınız. Bəli, insanlar şəfqətli və xeyirxah ola bilərlər.

Bəs onda nə üçün vəhşiliklər törədilir? İnsanları qəddarlığa təhrik edən nədir? Başqaları ilə amansız davrananlar dəyişilə bilərlərmi? Qəddarlığın sonu gələcəkmi? Əgər gələcəksə, bu necə və nə zaman olacaq?

[İcazə ilə]

Qatar: CORDON PRESS

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş