Ev sahibi başqa dildə danışanda
1 Bütün dünyada Padşahlığın təbliğçiləri getdikcə daha tez-tez ərazilərində başqa dildə danışan maraqlanan insanları tapırlar. Bu cür insanlara ruhani cəhətdən kömək etmək üçün bir çox filiallar əcnəbidilli qruplar və yığıncaqlar yaratmağı lazım bilir. Hərdən müəyyən bir ərazidə bir çox dildə danışıldığından müxtəlif dillərdə danışan bir neçə yığıncaq eyni sahədə təbliğ edə bilər. Təbliğ işinin nizam-intizamla aparılması üçün yığıncaqlar necə əməkdaşlıq edə bilərlər? (1 Kor. 14:33).
2 Yaxşı əməkdaşlıq. Küçədə və ya qeyri-rəsmi təbliğ edərkən təbliğçi çəkinmədən hamıya, eləcə də başqa dildə danışan adamlara yaxınlaşmalı və oxumaq istədikləri dildə ədəbiyyat təklif etməlidir. Ancaq başqa dilli qruplar və ya yığıncağın da təbliğ etdiyi ərazidə evdən-evə təbliğ edəndə təbliğçi, bir qayda olaraq, mənsub olduğu yığıncağın dilində danışdığı evlərə diqqətini yönəltməlidir. Müxtəlif yığıncaqlar eyni yerdə təbliğ edəndə dəqiq qeydlər aparmaq son dərəcə vacibdir. Xidməti nəzarətçilər hamı ilə danışmalı və məsələni hamı üçün əlverişli şəkildə həll etməlidir (Sül. məs. 11:14). Ancaq kimsə evdən-evə təbliğ edərkən başqa dildə danışan adamla rastlaşarsa və yaxınlıqda o dildə danışan yığıncaq olmazsa, təbliğçi şahidlik etməyə və onun marağını artırmağa çalışmalıdır.
3 Eyni iş. Müxtəlif yığıncaqların təbliğçiləri eyni sahədə eyni gündə təbliğ edəndə nə etmək olar? Əlbəttə, məsihçi məhəbbəti dilin yaratdığı istənilən səddi aşacaq və hamı əsas etibarilə ərazinin ehtiyacları haqqında düşünəcək (Yəh. 13:34, 35). Buna görə də, rəhbərlik edənlər hansı qrupun müvəqqəti başqa sahəyə gedəcəyini qərara almaqda mülayimlik və məhəbbət göstərəcək (Yaq. 3:17, 18).
4 Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, müxtəlif dillərdən olan insanlar xoş xəbəri eşidəcəklər (Vəhy 14:6, 7). Hamının bir-biri ilə sıx əməkdaşlığı sayəsində əbəs yerə zəhmət çəkilməsindən qaçmaq və çoxlu yeni-yeni insanlara, o cümlədən başqa dillərdə danışanlara xoş xəbəri çatdırmaq olar (Efes. 4:16).
[Öyrənilmə üçün olan suallar]
1. Nə üçün sahədə təbliğ edərkən əməkdaşlıq etməyə getdikcə daha çox ehtiyac yaranır?
2. Evdən-evə təbliğ edərkən ərazimizdəki başqa dildə danışan qruplarla və ya yığıncaqla necə əməkdaşlıq edə bilərik?
3. Başqa dilli qrupun, yaxud yığıncağın təbliğçiləri ilə eyni sahədə rastlaşarıqsa, nə etməliyik?
4. Bu gün hansı peyğəmbərlik yerinə yetir?