Əgər kimsə deyirsə...
«Dünyadakı şərait heç də pisləşməyib; müharibələr, qıtlıq, zəlzələlər və cinayətkarlıq həmişə olub».
Belə cavab vermək olar: «Mən sizin nə üçün belə düşündüyünüzü başa düşürəm. Doğulub boya-başa çatdığımız dünyada bu cür hadisələr həmişə olub. Lakin tarixçilər 20-ci əsrdə tamamilə fərqli hadisələrin olduğunu qeyd edirlər». (279, 280-ci səhifələrdə (rus. [rs-TK s. 359, 360]) gətirilən sitatları oxu.)
Yaxud belə demək olar: «Əsas məsələ müharibələrin, qıtlıqların, zəlzələlərin və cinayətkarlığın olması deyil. Burada İsa peyğəmbərin bir çox hadisələri özündə cəmləşdirən bir əlamətdən danışdığına diqqət yetirdinizmi?» Sonra əlavə etmək olar: «O deməmişdi ki, “axır günlər”də yaşadığımız yalnız bir əlamətdən bilinəcək. Amma əlamətin tam şəkildə, xüsusilə də dünya miqyasında baş verməsi və Müqəddəs Kitab xronologiyasında göstərilən ildə başlaması dərin məna daşıyır». (275—279-cu, eləcə də 125—128-ci səhifələrə (rus. [rs-TK s. 354—359, 396—398]) bax.)