Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hdu məqalə 4
  • Ruhani qidanı çatdıran kiçik qutu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruhani qidanı çatdıran kiçik qutu
  • İanələriniz hara xərclənir?
  • Oxşar material
  • JW peyk televiziya kanalı. İnternetsiz ərazilər üçün əlac
    İanələriniz hara xərclənir?
  • Xidmətdə jw.org saytından istifadə edin. «Yehovanın dostu ol»
    Müqəddəs ibadətimiz 2015
  • Rəsmi veb-saytımız bizə və başqalarına fayda gətirmək üçün nəzərdə tutulub
    Müqəddəs ibadətimiz 2012
  • Mütaliə üçün tövsiyə
    Gözətçi qülləsi 2023
Əlavə
İanələriniz hara xərclənir?
hdu məqalə 4
A JW Box.

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Ruhani qidanı çatdıran kiçik qutu

1 SENTYABR 2020

Əvvəlki illərlə müqayisədə indi Yehovanın Şahidləri ruhani qidanı daha çox rəqəmsal formatda alır. Amma dünyanın bir çox yerlərində dindaşlarımızın internetdən istifadə etməyə imkanı çatmır. Digərlərinin yaşadığı yerlərdə isə ya internet tez-tez kəsilir, ya sürəti zəifdir, ya da ümumiyyətlə yoxdur.

Bununla belə, bir çox dindaşımız internet şəbəkəsi olmadan da rəqəmsal nəşrləri yükləyə bilir. Bu necə mümkün olur?

İnternet problemi olan ərazidəki yığıncaqlara «JW Box» (cey-dablyu-boks) adlı kiçik cihaz göndərilir. Bu, kommersiya şirkətindən alınmış routerdən və Beytelin Kompüter şöbəsinin hazırladığı proqram təminatından ibarət qutudur. Ona jw.org saytında yerləşən rəqəmsal nəşrlər və videolar yüklənir. Hər bir qutunun qiyməti təxminən 75 ABŞ dollarıdır.

Bacı-qardaşlar ibadət evində mobil cihazları ilə «JW Box» cihazına simsiz qoşulub nəşrləri və videoları yükləyirlər. Hətta ucuz və köhnə cihazlar da buna qoşula bilir. Bəs əgər yığıncağın interneti yoxdursa, yeni nəşrlərə bu cihaza necə yüklənir? Filial vaxtaşırı jw.org saytındakı yeni materialları qiyməti təxminən 4 ABŞ dolları olan USB cihazlara yükləyib göndərir. Bu cihazlardan materiallar «JW Box»a yüklənir.

«JW Box» dindaşlarımızın karına necə çatır? Konqo Demokratik Respublikasında yaşayan Natan Adruandra adlı qardaş bölüşür: «Xeyli vaxt idi ki, “Ey Yehova, Sənə güvənirəm” və “Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın” filmlərini yükəməyə çalışırdım. Amma heç vaxt alınmırdı. Buna görə kefim pozulurdu. İndi isə həmin videoları telefonuma yükləyə bilirəm. Bunun sayəsində uşaqlarımıza daha yaxşı təlim veririk».

Nigeriyada yığıncaqlara «JW Box» cihazını quraşdırmağa kömək edən bir qardaş deyir: «Bacı-qardaşlar bu cihaza Yehovadan gözəl bir bəxşiş kimi baxırlar. Onlar çox sevinirlər ki, indi Xidmət üçün vəsaitlər bölməsindən nəşrləri və videoları asanlıqla yükləyə bilirlər».

Hal-hazırda Afrikadakı, Okeaniyadakı və Cənubi Amerikadakı dindaşlarımıza 1700-dən çox cihaz göndərilib və daha çox yığıncaqlara göndərilməsi üçün işlər görülür. Bəs bu məsrəflər nəyin sayəsində ödənilir? Ümumdünya işinə edilən ianələrin sayəsində. Bu ianələrin çoxu donate.jw.org saytı vasitəsilə edilir. Sizə səxavətinizə görə minnətdarıq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş