Məzmur. Şəhərə qalxarkən.
125 Yehovaya güvənənlər sarsılmaz,+
Əbədi duran
Sion dağına bənzər.+
2 Yerusəlimi dövrələyən dağlar kimi,+
Yehova da xalqının ətrafındadır,+
İndidən sonsuzadək.
3 Pislik əsası salehlərin pay torpağında qalmayacaq,+
Yoxsa salehlər şərə əl atar.+
4 Ey Yehova, yaxşılara yaxşılıq et,+
O kəslərə ki, ürəyi düzdür.+
5 Əyri yola düşənləri
Yehova şər adamlarla birgə qovacaq.+
Qoy İsraildə əmin-amanlıq olsun.