Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 3—7
  • Allahın niyyəti bu idimi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın niyyəti bu idimi?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • MÜQƏDDƏS KİTAB, ALLAHIN YER ÜZÜNDƏ BELƏ GÖZƏL DƏYİŞİKLİKLƏR EDƏCƏYİNİ ÖYRƏDİR:
  • MÜQƏDDƏS KİTABI TƏDQİQ EDİN
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 3—7

Allahın niyyəti bu idimi?

İSTƏNİLƏN qəzeti oxuduqda, televizora baxdıqda və ya radioya qulaq asdıqda bütün dünyada cinayətin, müharibələrin və terrorizmin hökm sürdüyünü görürük! Eyni zamanda şəxsi problemləriniz haqqında da düşünün. Ola bilsin, əzizlərinizdən kiminsə xəstəliyinə və ya ölümünə görə kədər içindəsiniz, bə’zən özünüzü «necə də biçarəyəm» deyən Əyyub kimi hiss edirsiniz (Əyyub 10:15).

Növbəti sualların üzərində düşünün:

  • Allah bizim belə yaşamağımızı istəyirdimi?

  • Problemlərimizi həll etmək üçün köməyi haradan ala bilərik?

  • Yer üzündə bir zaman sülhün olacağına ümid etmək olarmı?

Müqəddəs Kitab bu suallara inandırıcı cavab verir.

MÜQƏDDƏS KİTAB, ALLAHIN YER ÜZÜNDƏ BELƏ GÖZƏL DƏYİŞİKLİKLƏR EDƏCƏYİNİ ÖYRƏDİR:

«Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» (Vəhy 21:4).

«Axsaqlar ceyran kimi hoppanacaq» (Yeşaya 35:6).

«Korların gözləri... açılacaq» (Yeşaya 35:5).

«Qəbirlərdə olanların hamısı... çıxacaqlar» (Yəhya 5:28).

Heç kim «“xəstəyəm” deməyəcək» (Yeşaya 33:24).

«Ölkənin zəmiləri bol» olacaq (Məzmur 72:16).

Yer üzü Allahın niyyətinə müvafiq olaraq dəyişəcək: yaşlılar cavanlaşacaq, xəstələr, əlilər sağalacaq, ölülər diriləcək, qida bolluğu olacaq

MÜQƏDDƏS KİTABI TƏDQİQ EDİN

Əvvəlki səhifələrdə deyilənləri həyata keçməz bir arzu kimi inkar etməyə tələsməyin. Çünki bu və’dləri verən Allahdır və Müqəddəs Kitab Onun bunları necə yerinə yetirəcəyini izah edir.

İki kişi Müqəddəs Kitabı Möqəddəs Kitab öyrədir kitabı vasitəsilə araşdırır

Bundan əlavə, Müqəddəs Kitab artıq indidən mə’nalı və layiqli həyat sürməyimizə kömək edə bilər. Şəxsi narahatçılıqlarınız barədə düşünün. Maddi çətinliklər, xəstəliklər, ailə problemləri və əzizlərinizdən kiminsə ölümü həyatınızı kədərli edən problemlərdən yalnız bir neçəsi ola bilər. Ancaq Müqəddəs Kitab onların öhdəsindən gəlməyinizə və vacib suallarınıza cavab verməklə təsəlli tapmağınıza kömək edər:

  • Biz nə üçün iztirab çəkirik?

  • Həyatın qayğılarının öhdəsindən necə gəlmək olar?

  • Ailədə xoşbəxtliyə necə nail ola bilərik?

  • İnsan öləndə nə baş verir?

  • Ölən əzizlərimizlə nə vaxtsa görüşə bilərikmi?

  • Allahın bütün və’dlərini yerinə yetirəcəyinə necə əmin ola bilərik?

Bu kitabı oxumağınız Müqəddəs Kitab həqiqətlərini tapmaq istədiyinizi göstərir. Bu nəşr Müqəddəs Kitabın əslində nə öyrətdiyini bilməyinizə kömək edəcək. Diqqət yetirin ki, hər səhifədə abzaslara dair suallar var. Milyonlarla insanlar Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı sual-cavab vasitəsilə öyrənirlər. Ümid edirik ki, bu öyrənmə üsulu sizin də xoşunuza gələcək. Sizə səmərəli öyrənmə arzu edirik. Qoy Allah Müqəddəs Kitabın əslində nə öyrətdiyini öyrənmək cəhdinizə xeyir-dua versin!

MÜQƏDDƏS KİTABLA YAXINDAN TANIŞ OLUN

MÜQƏDDƏS KİTAB 66 kitab və məktubdan ibarətdir. İstifadə edilməsi asan olsun deyə, onlar fəsillərə və ayələrə bölünüb. Bu nəşrdə Müqəddəs Kitab ayələri gətirildikdə, kitabın və ya məktubun adından sonra gələn birinci rəqəm fəsli, iki nöqtədən sonrakı rəqəm isə ayəni göstərir. Məsələn, «2 Timoteyə 3:16» yazılanda, bu göstərir ki, mə’lumat Timoteyə ikinci məktubun 3-cü fəslinin 16-cı ayəsində yerləşir.

Əgər bu kitabda gətirilən ayələri açsanız, Müqəddəs Kitabdan istifadə etməyi daha tez öyrənəcəksiniz. Müqəddəs Kitabı hər gün oxumağa çalışın. Əgər hər gün üç-beş fəsil oxusanız, Müqəddəs Kitabı bir ilə oxuyub qurtara bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş