Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Allahı sevdiyini göstər
    Sən Allahın dostu ola bilərsən!
    • DƏRS 16

      Allahı sevdiyini göstər

      Bir oğlan Müqəddəs Kitabı oxumazdan qabaq dua edir

      Dostluğu qoruyub saxlamaq üçün dostla ünsiyyət etmək lazımdır. Dostlar danışanda bir-birinə qulaq asırlar. Onlar başqalarına dostları haqqında yaxşı şeylər danışırlar. Bunlar Allahla dostluğa da aiddir. Bu barədə Müqəddəs Kitabın dedikləri üzərində düşün:

      Yehova ilə duada müntəzəm danış. «Daima dua edin» (Romalılara 12:12).

      Allahın Kəlamını — Müqəddəs Kitabı oxu. «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün... faydalıdır» (2 Timutiyə 3:16).

      İnsanlara Allah haqqında danış. «Gedin və bütün xalqların içində şagird hazırlayın,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mətta 28:19, 20).

      İki Yehovanın Şahidi kişiyə təbliğ edir

      Allahın dostları ilə dostluq et. «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

      İbadət evində keçirilən görüşlərdə iştirak et. «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək,.. bir-birimizi ruhlandıraq» (İbranilərə 10:24, 25).

      Padşahlıq işini dəstəklə. «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülər üzlə verəni sevir» (2 Korinflilərə 9:7).

      Yehovanın Şahidləri ibadət evinin qarşısında
  • Dost qazanmaq istəyən dostsevər olmalıdır
    Sən Allahın dostu ola bilərsən!
    • DƏRS 17

      Dost qazanmaq istəyən dostsevər olmalıdır

      Dostluq məhəbbət üzərində qurulur. Yehova haqqında daha çox öyrəndikcə, Onu bir o qədər çox sevəcəksən. Allaha qarşı məhəbbətin artdıqca, Ona xidmət etməyə həvəsin də artacaq. Ürəyində İsa Məsihin davamçısı olmaq istəyi oyanacaq (Mətta 28:19). Xoşbəxt bir ailəyə, Yehovanın Şahidlərinin sıralarına qoşulmaqla Allahla əbədiyyət boyu dost ola bilərsən. Bunun üçün nə etməlisən?

      Allahın qanunlarına tabe olmaqla Onu sevdiyini göstərməlisən. «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3).

      Öyrəndiklərini həyatında tətbiq et. İsa bunu izah etmək üçün bir əhvalat danışdı. Bir ağıllı adam evini daş üzərində tikdi. Ağılsız adam isə evini qum üzərində tikdi. Güclü tufan zamanı qum üzərindəki ev uçub dağıldı, daş üzərindəki ev isə durdu. İsa dedi ki, onun təlimlərini eşidib əməl edənlər evini daş üzərində tikmiş ağıllı adama bənzəyirlər. Onun təlimlərini dinləyib əməl etməyənlər isə evini qum üzərində tikmiş ağılsız adama oxşayırlar. Sən hansı adama bənzəmək istəyərdin? (Mətta 7:24—27).

      Daş üzərində tikilən ev və qum üzərində tikilən ev

      Həsr olunma. Bu o deməkdir ki, Yehovaya duada Onun iradəsini əbədi yerinə yetirmək istədiyini bildirirsən. Allahın iradəsini yerinə yetirməklə İsa Məsihin davamçısı olduğunu göstərəcəksən (Mətta 11:29).

      Qadın dua edib öz həyatını Allaha həsr edir

      Vəftiz. «Vəftiz ol, onun adını çağır ki, günahların bağışlansın» (Həvarilərin işləri 22:16).

      Oğlan vəftiz olunur

      Allaha canla-başla xidmət et. «Hər nə edirsinizsə, canla-başla edin, sanki, insanlar üçün yox, Yehova üçün edirsiniz» (Koloslulara 3:23).

  • Əbədiyyət boyu Allahın dostu ol!
    Sən Allahın dostu ola bilərsən!
    • DƏRS 18

      Əbədiyyət boyu allahın dostu ol!

      Dost qazanmağa səy lazım olduğu kimi, dostluğu qoruyub saxlamaq üçün də səy tələb olunur. Allahla dostlaşmağa və bu dostluğu qoruyub saxlamağa səy göstərdiyin üçün bolluca xeyir-dua alacaqsan. İsa ona inananlara demişdi: «Həqiqət sizi azad edəcək» (Yəh­ya 8:32). Bu nə deməkdir?

      İki kişi Cənnətdə

      Artıq indidən azad ola bilərsən. Şeytanın yaydığı uydurma təlimlərdən və yalanlardan azad ola bilərsən. Yehovanı tanımayan milyonlarla insanı sevincdən məhrum edən ümidsizlikdən qurtula bilərsən (Romalılara 8:22). Allahın dostları hətta ölüm qorxusundan da azaddırlar (İbranilərə 2:14, 15).

      Allahın yeni dünyasında azad ola bilərsən. Sən gələcəkdə ecazkar azadlığa qovuşa bilərsən! Yer üzündəki Cənnətdə müharibə, xəstəlik və cinayətkarlıq olmayacaq. Yoxsulluq və aclıq, qorxu, əzab-əziyyət və haqsızlıq, qocalıq və ölüm yox olacaq. Müqəddəs Kitab Allah haqqında deyir: «Əlini açırsan, hər bir məxluqu istəyinə çatdırırsan» (Zəbur 145:16).

      Allahın dostları əbədi yaşayacaqlar. Allah öz dostlarına qiymətli bir hədiyyə — əbədi həyat bəxş edəcək (Romalılara 6:23). Heç bilirsən əbədi yaşamaq nə deməkdir?!

      Ata qızı ilə heyvanı sığallıyır, qadın şəkil çəkir

      Çox şeyə vaxtın çatacaq. Ola bilsin, sən hər hansı bir musiqi alətində çalmağı və yaxud da rəssamlıq və ya dülgərlik sənətini mənimsəmək istəyirsən. Ya da heyvanlar və bitkilər aləmi haqqında öyrənməyi xoşlayırsan. Yəqin, səyahət etmək, müxtəlif yerləri və insanları görmək istəyərdin. Əbədi həyat bütün bunlara imkan yaradacaq!

      Çox adamla dostlaşmağa vaxtın olacaq. Əbədi həyat Allahın dostları ilə tanış olmağa imkan verəcək. Onların istedadı və gözəl keyfiyyətləri haqqında öyrənəcəksən, onlar da sənin dostların olacaqlar. Bir-birinizlə mehriban olacaqsınız (1 Korinflilərə 13:8). Əbədi həyat sənə bütün yer üzündə yaşayan insanlarla dostlaşmağa imkan verəcək! Ən başlıcası isə əsrlər keçdikcə Yehova ilə dostluğun daha da möhkəmlənəcək. Biz sənə əbədiyyət boyu Allahla dost olmağı arzulayırıq!

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş