Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Mövzu 13: Allahın əməyə baxışı
    Müqəddəs Kitab
    • MÖVZU 13

      Allahın əməyə baxışı

      «İşində usta adamı görmüsən? O, adi adamların yox, padşahların hüzurunda durar».

      Məsəllər 22:29

      Dülgər

      «Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın ki, korluq çəkənə də əl tuta bilsin».

      Efeslilərə 4:28

      «Hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir».

      Vaiz 3:13

  • Mövzu 14: Güzəran barədə
    Müqəddəs Kitab
    • MÖVZU 14

      Güzəran barədə

      «Eyş-işrəti sevən müflisləşər, mey və yağ hərisi varlanmaz».

      Məsəllər 21:17

      «Borc alan borc verənin nökəri [olar]».

      Məsəllər 22:7

      «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz? Əks təqdirdə, bünövrəni qoyacaq, amma tikintini qurtara bilməyəcək. Onda camaat: “Bu adam tikməyə başladı, amma qurtara bilmədi”, — deyib ona güləcək».

      Luka 14:28—30

      «Camaat yeyib doyandan sonra İsa şagirdlərinə dedi: “Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın”».

      Yəhya 6:12

  • Mövzu 15: Xoşbəxtliyin sirləri
    Müqəddəs Kitab
    • MÖVZU 15

      Xoşbəxtliyin sirləri

      Qız çəkdiyi şəkli sevinə-sevinə atasına hədiyyə edir

      «Məhəbbət olan yerdə tərəvəz yemək nifrət olan yerdə yağlı dana əti yeməkdən yaxşıdır».

      Məsəllər 15:17

      «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram».

      Əşiya 48:17

      «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır».

      Mətta 5:3

      «Başqasını özünü sevdiyin kimi sev».

      Mətta 22:39

      «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».

      Luka 6:31

      «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!»

      Luka 11:28

      «İnsanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil».

      Luka 12:15

      «Buna görə də yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq».

      1 Timutiyə 6:8

      «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir».

      Həvarilərin işləri 20:35

  • Mövzu 16: Dərd-sərli dünyada rahatlıq mənbəyi
    Müqəddəs Kitab
    • MÖVZU 16

      Dərd-sərli dünyada rahatlıq mənbəyi

      «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz».

      Zəbur 55:22

      «Çalışqanın niyyəti uğur gətirər, tələskən ehtiyaca yuvarlanar».

      Məsəllər 21:5

      «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm, haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam».

      Əşiya 41:10

      «Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?»

      Mətta 6:27

      «Buna görə də heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir».

      Mətta 6:34

      «Daha vacib şeyləri ayırd etməyi bacarın».

      Filippililərə 1:10

      Ana qızı ilə yeməyə görə Allaha şükr edir

      «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq».

      Filippililərə 4:6, 7

  • Mövzu 17: Ailə səadəti
    Müqəddəs Kitab
    • MÖVZU 17

      Ailə səadəti

      ƏRLƏR/ATALAR

      «Ər arvadını öz bədənini sevdiyi kimi sevməlidir. Arvadını sevən özünü sevir, axı elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir... Hər kəs arvadını özünü sevdiyi kimi sevsin».

      Efeslilərə 5:28, 29, 33

      «Siz isə, atalar, uşaqlarınızı qəzəbləndirməyin, onları Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə böyüdün».

      Efeslilərə 6:4

      QADINLAR

      «Arvad da ərinə dərin hörmət bəsləsin».

      Efeslilərə 5:33

      «Ey qadınlar, ərlərinizə Ağanın davamçılarına yaraşan tərzdə tabe olun».

      Koloslulara 3:18

      UŞAQLAR

      «Uşaqlar, Rəbbin iradəsinə uyğun olaraq valideynlərinizin sözünə qulaq asın, çünki bu, Allahın gözündə düzgündür. “Atana və anana hörmət et”. Bu, ilk əmrdir ki, vədlə bərabər verilib: “Beləcə güzəranın xoş, yer üzündə ömrün uzun olacaq”».

      Efeslilərə 6:1—3

      «Ey uşaqlar, hər şeydə valideynlərinizin sözünə qulaq asın, çünki bu, Ağaya xoş gedir».

      Koloslulara 3:20

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş