Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwhf məqalə 13
  • İşi işdə qoyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İşi işdə qoyun
  • Ailələrə komək
  • Başlıqlar
  • Oxşar material
  • Nəyi bilməlisiniz?
  • İşlə şəxsi həyat arasında tarazlıq
  • Müzakirə üçün suallar
  • Texnologiyanın təsiri. Nikahınıza
    Oyanın! 2021
  • «Qoy hər kəs nikaha hörmət etsin»
    Allahın məhəbbətindən ayrılmayın
  • Elektron cihazlar. Nikah üçün təhlükədir?
    Ailələrə komək
  • Münasibətləriniz həddi aşıbsa
    Oyanın! 2013
Əlavə
Ailələrə komək
ijwhf məqalə 13
Ərlə arvad mətbəxdə kofe içir. Onlar işi və telefonları bir kənara qoyublar.

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

İşi işdə qoyun

Müasir texnologiya dövründə müdir, iş yoldaşları, müştərilər həftənin 7 günü, günün 24 saatı adamın işləməyini istəyir. Bu zaman işlə şəxsi həyat arasında tarazlığı qorumaq — işi həyatın digər sahələrinə, o cümlədən ailə həyatına qarışdırmamaq və vacib şeyləri ön plana çəkmək çətin olur.

  • Nəyi bilməlisiniz?

  • İşlə şəxsi həyat arasında tarazlıq

  • Ər-arvadlar nə deyir?

  • Müzakirə üçün suallar

Nəyi bilməlisiniz?

  • Texnologiya ucbatından işlə ailə həyatı arasındakı sərhəd pozula bilər. Sizə elə gələ bilər ki, qeyri-iş saatlarında gələn hər zəngə, e-mailə və mesaja dərhal cavab vermək lazımdır.

    «İşdən sonra evə gəlib ailə ilə vaxt keçirmək az qala qeyri-mümkün olub. İşlə bağlı e-maillər, telefon zəngləri gələndə ailə qalır arxa planda» (Canet).

  • İşlə ailə həyatını bir-birinə qarışdırmamaq üçün tədbir görmək lazımdır. Əks halda, işiniz həyat yoldaşınıza ayırmalı olduğunuz vaxtı əlinizdən alacaq.

    «İş çıxanda adətən ilk təxirə düşən şey həyat yoldaşı ilə keçirməli olduğumuz vaxt olur. Adam düşünür ki, eybi yox, o başa düşər, bağışlayar. Sonra ona vaxt ayıraram» (Holi).

İşlə şəxsi həyat arasında tarazlıq

  • Nikahınızı birinci yerə qoyun. Müqəddəs Kitabda deyilir: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6). Madam ki, heç kəsin sizi həyat yoldaşınızdan ayırmağa ixtiyarı yoxdur, onda işinizin bunu etməsinə ümumiyyətlə yol vermək olmaz.

    «Bəzi müştərilər düşünür ki, pul ödədiklərinə görə istədikləri vaxt sizi narahat edə bilərlər. Mənim üçün ailəm hər şeydən vacibdir, ona görə də, xəbər verirəm ki, qeyri-iş saatlarında onlara cavab verə bilməyəcəyəm, amma sonra özüm onlarla əlaqə saxlayacağam» (Mark).

    Düşünün: «Nikahımı işdən vacib hesab etdiyim əməlimdə görünür?»

  • Lazım gələndə işə «yox» deyin. Müqəddəs Kitabda deyilir: «Hikmət... təvazökar insanladır» (Məsəllər 11:2). Təvazökarlıq sizi işin müəyyən hissəsindən imtina etməyə və ya işi başqasına tapşırmağa təşviq edə bilər.

    «Mən santexnik işləyirəm. Adətən santexnikə təcili işi düşən adam stressdə olur. Əgər müştərinin istədiyi vaxtda gedə bilmirəmsə, yerimə başqasını məsləhət görürəm» (Kristofer).

    Düşünün: «Əlavə iş götürsəm və yoldaşım buna görə diqqətdən kənar qaldığını hiss etsə, bu işdən imtina edərəm? Bəs yoldaşım bu suala necə cavab verərdi?»

  • Birlikdə vaxt keçirin. Müqəddəs Kitabda deyilir: «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1). İşiniz çox olanda həyat yoldaşınıza vaxt ayırmağınız xüsusilə vacibdir.

    «Adətən hər şey üst-üstə töküləndə baş-başa qalmaq üçün bir vaxt təyin edirik, heç olmasa, birgə nahar edirik, yaxud sahildə gəzişirik» (Debora).

    Düşünün: «Həyat yoldaşımla baş-başa qalmaq üçün konkret vaxt təyin edirəm? Bəs yoldaşım bu suala necə cavab verərdi?»

  • Elektron cihazlarınızı söndürün. Müqəddəs Kitabda deyilir: «Daha vacib şeyləri ayırd etməyi bacar» (Filippililərə 1:10). Arabir elektron cihazlarınızı söndürə bilərsiniz ki, işdən mesaj və ya zəng gəlməsin.

    «Konkret saat təyin etmişəm və əlimdən gələni edirəm ki, o saatdan sonra işlə məşğul olmayım. Həmin vaxt telefonumda «bildirişlər»i söndürürəm» (Ceremi).

    Düşünün: «Birdən müdir və ya müştəri axtarar deyə telefonumu həmişə açıq saxlayıram? Bəs yoldaşım bu suala necə cavab verərdi?»

  • Güzəştə getməyə hazır olun. Müqəddəs Kitabda deyilir: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın» (Filippililərə 4:5). Hərdən bir-birinizə ayırmalı olduğunuz vaxtı işə sərf etməli olacaqsınız. Bu qaçılmazdır. Məsələn, ola bilsin, həyat yoldaşınızın işi elə işdir ki, işdən sonra da onu işlə bağlı axtarırlar. Həyat yoldaşınıza anlayışla yanaşın, həddən artıq tələbkar olmayın.

    «Yoldaşımın kiçik biznesi var. Tez-tez işdən sonra da təcili işləri olur. Hərdən bu məni qıcıqlandırır, amma biz birlikdə az vaxt keçirmirik, odur ki, belə şeylərə çox fikir vermirəm» (Beverli).

    Düşünün: «Yoldaşımın işinin çoxluğunu nəzərə alıram? Ona qarşı çox tələbkar deyiləm ki? Bəs yoldaşım bu suallara necə cavab verərdi?»

Lampa.

Məsləhət: Unutmayın ki, işlə şəxsi həyat arasında tarazlığı qorumaq üçün həmişə diqqətli olmalıyıq. Bu məqalədə yer alan «Müzakirə üçün suallar» çərçivəsinə baxın və görün siz və həyat yoldaşınız nə edə bilərsiniz ki, işlə şəxsi həyat arasında tarazlığı qoruyasınız.

Ər-arvadlar nə deyir?

Cozef və Hanna

«Biz birgə nahar edən zaman telefonlarımızı “uçuş” rejiminə qoyuruq ki, mesajlar bizə mane olmasın. Ailə üçün ayırdığımız vaxtın qədrini bilmək lazımdır» (Cozef və həyat yoldaşı Hanna).

Kara və Daniel.

«Sadə həyat sürmək bizə çox kömək edir. Həyat nə qədər sadədirsə, tarazlığı qorumaq bir o qədər asan olur, çünki vaxt aparan şeylər çox olmur» (Kara və həyat yoldaşı Daniel).

Müzakirə üçün suallar

Əvvəlcə, sualların üzərində ayrı-ayrılıqda düşünün. Sonra birgə müzakirə edin.

  • Heç olub ki, həyat yoldaşınız işi evə gətirdiyinizdən şikayətlənsin? Bəs siz onunla razısınız?

  • Sizcə, işlə şəxsi həyat arasında tarazlığı qorumaq üçün konkret nələrin üzərində işləməlisiniz?

  • Heç olub ki, həyat yoldaşınızın işi işdə qoymadığını düşünəsiniz? Hansı hadisəni xatırlayırsınız?

  • İşlə şəxsi həyat arasında tarazlığa gəldikdə, həyat yoldaşınızın hansı sahədə dəyişməyini istəyərdiniz?

Xülasə: İşi işdə qoyun

  • Nikahınızı birinci yerə qoyun. Qoymayın ki, işiniz həyat yoldaşınıza ayırmalı olduğunuz vaxtı əlinizdən alsın.

  • Lazım gələndə işə «yox» deyin. Bəzən işi başqasına tapşırmaq və ya işdən imtina etmək daha yaxşı olar.

  • Birlikdə vaxt keçirin. Xüsusilə işiniz çox olanda həyat yoldaşınızı diqqətdən kənar qoymayın.

  • Elektron cihazlarınızı söndürün. Hərdən elektron cihazlarınızı söndürün ki, işlə bağlı sizi narahat etməsinlər.

  • Güzəştə getməyə hazır olun. Unutmayın ki, işlə şəxsi həyat arasında tarazlığı qorumaq üçün həmişə vəziyyəti gözdən keçirmək, lazım gələndə dəyişiklik etmək gərəkdir. Həyat yoldaşınıza anlayışla yanaşın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş