Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 35
  • Müqəddəs Kitabda Milad bayramı haqda nə deyilir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabda Milad bayramı haqda nə deyilir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Milad adətlərinin tarixi
  • Milad bayramını qeyd etmək düzgündür?
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Nəyə görə Yehovanın Şahidləri Milad bayramını qeyd etmir?
    Tez-tez verilən suallar
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 35

Müqəddəs Kitabda Milad bayramı haqda nə deyilir?

Müqəddəs Yazıların cavabı

Müqəddəs Kitabda İsa peyğəmbərin nə doğum tarixi qeyd olunur, nə də deyilir ki, biz o günü bayram etməliyik. «Mak-Klintok və Stronqun ensiklopediyası»nda yazılıb: «Milad bayramını qeyd etmək Allahın buyruğu deyil və [İncilə] əsaslanmır».

Milad bayramının tarixçəsini araşdırsaq, onun köklərinin, əslində, bütpərəst dini ayinlərə gedib çıxdığını görəcəyik. Müqəddəs Kitabda göstərilir ki, Allahın bəyənmədiyi şəkildə edilən ibadəti O qəbul etmir (Çıxış 32:5—7).

Milad adətlərinin tarixi

  1. İsa peyğəmbərin doğum gününün qeyd edilməsi. «Erkən məsihçilər [İsanın] doğum gününü qeyd etmirdilər, çünki onlar hesab edirdilər ki, istənilən adamın ad gününü qeyd etmək bütpərəstlərin adətidir» («Uorld buk» ensiklopediyası).

  2. Dekabrın 25-i. İsa Məsihin həmin gündə anadan olduğuna heç bir sübut yoxdur. Çox ehtimal ki, Kilsə rəhbərlərinin bu tarixi seçməkdə məqsədi onu qış gün dönümü zamanı və ya həmin ərəfədə qeyd olunan bütpərəst bayramlara uyğunlaşdırmaq idi.

  3. Hədiyyələr vermək, ziyafət və şənliklər. Bir ensiklopediyada deyilir: «Romalıların dekabrın ortalarında qeyd etdikləri Saturnaliya bayramı Milad bayramının bir çox şən adət-ənənələrinin götürüldüyü mənbədir. Bu bayramın təmtəraqlı ziyafətlər vermək, hədiyyələr etmək və şam yandırmaq kimi ənənələri bizim günlərədək gəlib çatıb». («The Encyclopedia Americana»). «Britaniya ensiklopediyası»na əsasən, Saturnaliya bayramı zamanı «hamı işinə-gücünə ara verirdi».

  4. Milad işıqları. «Din ensiklopediyası»na əsasən, avropalılar qış gün dönümünü qeyd etmək və pis ruhları qovmaq üçün evlərini «şamlarla və hər növ həmişəyaşıl bitkilərlə» bəzəyirdilər.

  5. Həmişəyaşıl bitkilər. «Druidlər bağamburc bitkisinin xüsusi sehirli qüvvəyə malik olduğunu zənn edirdilər. Həmişəyaşıl pirkal ağacına günəşin qayıdacağının zəmanəti kimi sitayiş edirdilər» («The Encyclopedia Americana»).

  6. Milad ağacı. «Bütpərəst Avropa xalqları arasında ağaca ibadət geniş yayılmışdı və onlar xristianlığı qəbul etdikdən sonra da bu ənənə davam etdi». Ağaca ibadət bir çox adət və ənənələrdə, o cümlədən «qışın ortalarında qeyd olunan bayramlar zamanı evin girişində və ya içində şam ağacının qoyulmasında» öz əksini tapdı («Britaniya ensiklopediyası»).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş