Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 aprel s. 12—13
  • Kambocaya səyahət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kambocaya səyahət
  • Oyanın! 2014
Oyanın! 2014
g14 aprel s. 12—13
Kambocanın düyü sahələri

ÖLKƏLƏR VƏ XALQLAR | KAMBOCA

Kambocaya səyahət

Kambocanın xəritəsi

ÜZƏN KƏNDLƏR, qaynaşan bazarlar, diri toyuq-cücədən tutmuş soyuducuyadək daşıyan motosikletlərin yaratdığı tıxaclar. Bunlar Kambocanın müxtəlif yerlərində rast gəlinən mənzərələrdəndir.

Kambocalılar mehriban, mülayim və çox səmimidirlər. Gündəlik həyatda hətta ilk dəfə gördükləri adamlara belə bacı, qardaş, xala, əmi, baba, nənə deyə müraciət edirlər.

Paya üzərində tikilən evlər

Bəzi kambocalılar üzən qayıq-evlərdə, digərləri isə paya üzərində və ya üzən platformalarda tikilən evlərdə yaşayırlar. Hətta üzən məktəblər, xəstəxanalar, bazarlar və yanacaqdoldurma məntəqələri də var.

Pitaya

Pitaya Kambocada məşhur bir meyvədir

Kamboca mətbəxini düyüsüz təsəvvür etmək mümkün deyil. Adətən, süfrəyə üç-dörd növdə xörək qoyulur. Onların arasında çox vaxt şorba da olur. Balıq kambocalıların sevimli ərzaqlarından biridir. Şirin, turş və duzlu yeməkləri bir yerdə süfrəyə vermək adətdir.

İki min il bundan əvvəl Çinə gedib-gələn hindli tacir və səyyahlar Kambocanın sahilyanı ərazilərində də tez-tez olardılar. Onlar ipək və metalı ədviyyat, ətirli ağac, fil dişi və qızıla dəyişirdilər. Bir müddətdən sonra Hindistan və Çinin təsiri nəticəsində Kambocada hinduizm və buddizm geniş yayıldı. Bu gün kambocalıların 90 faizindən çoxu buddizmə etiqad edir.

Yehovanın Şahidləri Müqəddəs Kitabdakı ümid verən xoş xəbəri kambocalılarla bölüşürlər. Artıq onlar «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı vasitəsilə çoxlarına Allahın Kəlamındakı həqiqəti bilməyə kömək ediblər. Kamboca dili də daxil olmaqla, bu kitab təxminən 250 dilə tərcümə edilib.

Yehovanın Şahidləri bir kambocalıya Müqəddəs Kitabda yazılan ümid xəbərini çatdırırlar

Bu ölkədə 1500-dən çox adam Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir. Onlar «Ölənlər haradadırlar?» və «Allahın yer üçün niyyəti nədən ibarətdir?» kimi suallara cavab tapırlar.

QISA MƏLUMAT

  • Əhalisi: təxminən 14 milyon

  • Paytaxtı: Pnompen

  • İqlimi: ilıqdan istiyə qədər dəyişir; yağış və quraqlıq mövsümləri olur

  • İxracat: pal-paltar, ağac, kauçuk, düyü

Kamboca dilində «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı

Yehovanın Şahidlərinin dərc etdiyi «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı Kamboca dilində də var (şəkildə göstərilib).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş