Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə, aşağıdakı suallara cavab verməyə çalışın:
• Hansı mənada Allah insanı zəngin edə bilər?
Keçmişdə Yehova bəzi xidmətçilərinə, məsələn, İbrahimə və Süleymana var-dövlət vermişdi. Amma məsihçinin ən çox ehtiyac duyduğu və Allahın ona tapmağa kömək edə biləcəyi ən əsas xəzinə iman, qəlb rahatlığı, məmnunluq və xoşbəxtlikdir (okt.-dek., səhifələr 3-7).
• Peter dənizdə batarkən İsanın onu xilas etməsindən nə öyrənə bilərik? (Mat. 14:28-31).
Qardaşımızın imanının çatışmadığını görəndə yardım əlimizi uzadıb imanını möhkəmləndirməkdə ona kömək edə bilərik (15.9., səhifə 8).
• Bizim qurtuluşumuz Yehovaya nəyin bahasına başa gəlib?
Yehova Oğluna əzab verilməsinə və rişxənd edilməsinə tab gətirməli oldu. İbrahim öz oğlunu qurban gətirməyə hazır idi, bu, Yehovanın Oğlunun bir cani kimi edam edilməsinə tab gətirəcəyini təmsil edirdi (15.9., səhifələr 28, 29).
• Süleymanın məsəlləri 24:27 ayəsində ‘ev tikməyə’ dair hansı ibrət dərsi var?
Evlənmək istəyən kişi əvvəlcə həmin məsuliyyətlərə hazır olmalıdır. Bu o deməkdir ki, o, ailənin maddi tələbatlarının qayğısına qalmağa və ruhani işlərdə rəhbərliyi üzərinə götürməyə hazır olmalıdır (15.10., səhifə 12).
• Məsihçi valideynlər ailəvi ibadətlərinin müvəffəqiyyətli olması üçün nə edə bilərlər?
Uşaqlarınızla birlikdə ailəvi ibadət keçirmək üçün dəqiq gün və vaxt təyin edin və ona riayət edin. Bundan əlavə, hər ehtimala qarşı ailəvi ibadət üçün başqa gün də seçin (15.10., səhifə 29).
• Nəyə görə məsihçi görüşlərində Müqəddəs Kitaba əsaslanan çıxışları jest dilinə tərcümə edən bacı başını örtməlidir?
Texnologiyanın inkişafını nəzərə alsaq, nitq jest dilinə tərcümə olunanda tərcüməçinin rolu daha qabarıq olur. Çox vaxt böyük ekranda tərcüməçi görünür, natiq isə auditoriyanın nəzərindən kənarda qalır. Bu amilləri nəzərə alanda, bacının bir tərcüməçi kimi ikinci rol oynamasının əlaməti olaraq başını örtməsi münasibdir (15.11., səhifə 12).
• Yehova və İsa ədəb-ərkanlı olmaqda necə nümunə qoyurlar?
Yüksək mövqe tutmasına baxmayaraq, Yehova insanlarla nəzakət və hörmətlə davranır. Orijinal mətnə əsasən, Yehova İbrahimə və Musaya müraciət edəndə, adətən, «zəhmət olmasa» kimi tərcümə olunan ibrani sözündən istifadə edirdi (Yar. 13:14; Çıx. 4:6). Allah həm də insanlara qulaq asır (Yar. 18:23-32). İsa da insanlara kömək etməyə hazır idi, hətta onlara adları ilə müraciət edirdi (15.11., səhifə 25).