Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
• Yehova levililərə: «Sənin payın... Mənəm», — deyəndə nəyi nəzərdə tuturdu?
Hər İsrail qəbiləsinin payına torpaq sahəsi düşmüşdü, lakin levililərin «payı» Yehova idi (Say. 18:20). Levililər irs olaraq torpaq almasalar da, Yehova onları xüsusi xidməti icra etmək şərəfinə layiq görmüşdü. Bununla belə, Yehova onların əsas maddi tələbatlarını ödəyirdi. Bu gün Padşahlığın işi üçün çalışan insanlar əmin ola bilərlər ki, Yehova onların da maddi tələbatlarının qayğısına qalacaq (15.9, səhifə 7, 8, 13).
• Babillilərin Yerusəlimi eramızdan əvvəl 607-ci ildə dağıtdıqlarını haradan bilirik?
Tarixçilər Babil padşahları və onların hökmranlıq etdiyi illər barədə qarışıq və bir-birinə zidd olan məlumatlar verirlər. Lakin alimlər II Kirin Babili eramızdan əvvəl 539-cu ildə zəbt etdiyi ilə razılaşırlar və bu, əsas tarix kimi götürülür. Yəhudilər əsarətdən azad olub 537-ci ildə doğma diyarlarına qayıtdılar. Müqəddəs Kitabda deyilir ki, onlar 70 il əsarətdə olmuşdular. Bundan belə nəticəyə gəlirik ki, Yerusəlim eramızdan əvvəl 607-ci ildə dağıdılmışdı (2 Saln. 36:21, 22; Yer. 29:10; Dan. 9:1, 2) (okt.—dek., səhifə 24—29).
• Məsihçi əyləncənin münasib olub-olmadığını necə müəyyən edə bilər?
Əyləncənin münasib və Allaha məqbul olub-olmadığını müəyyən etmək üçün özümüzə növbəti sualları verməliyik: «Əyləncəyə nə daxildir? Mən nə zaman istirahət etməyi planlaşdırıram? Ətrafımda kimlər olacaq?» (15.10, səhifə 9—12).
• Süleymanın məsəlləri 7:6—23 ayələrində yazılanlar bizə pornoqrafiyaya baxmaqdan qaçınmağa necə kömək edə bilər?
Müqəddəs Kitabın bu parçasında yolunu əxlaqsız qadının yaşadığı yerdən salan gənc oğlandan bəhs olunur. Qadın oğlanı yoldan çıxarır. Bu gün biz pozğun şəkillərin yerləşdirildiyi İnternet səhifələrini açmamalı və bu şəkillərə rast gəlməzdən öncə özümüzə hakim olmaq barədə Allaha dua etməliyik (15.11, səhifə 9, 10).