15 Sonra Allah İbrahimə dedi: «Arvadın Sarayı+ isə daha Saray* deyib çağırma, bundan sonra onun adı Sara* olacaq. 16 Onu mübarək qılacağam, o, sənə oğul doğacaq;+ onu mübarək qılacağam, o, xalqların anası olacaq, ondan xalqların padşahları törəyəcək».
12 Onda Allah İbrahimə dedi: «Qoy Saranın uşaq və kəniz haqqında dedikləri sənə pis gəlməsin. Ona qulaq as, çünki sənə vəd olunan övlad* İshaqdan törəyəcək.+