-
Çıxış 25:17—20Müqəddəs Kitab
-
-
17 Xalis qızıldan iki qulac yarım uzunluğunda, qulac yarım enində qapaq düzəldin.+ 18 Qapağın hər iki qırağı üçün döymə qızıldan bir kərrub düzəldin.+ 19 Kərrubları düzəldib hərəsini qapağın bir qırağına qoyun. 20 Kərrubların qanadları yuxarıya tərəf açılıb qapağın üstünü örtməlidir.+ Onlar qarşı-qarşıya qoyulmalı, üzləri isə qapağa baxmalıdır.
-