-
Çıxış 25:31—39Müqəddəs Kitab
-
-
31 Xalis döymə qızıldan çıraqdan düzəldin.+ Onun altlığı, gövdəsi, qolları, tumurcuqları, qönçələri və gülləri bir bütöv olmalıdır.+ 32 Çıraqdanın gövdəsindən altı qol ayrılmalıdır — üçü bir tərəfdən, üçü digər tərəfdən. 33 Hər iki tərəfdəki qollarda tumurcuq və qönçələrlə növbələşən, badam çiçəyinə bənzər üç gül olmalıdır. Çıraqdanın gövdəsindən ayrılan altı qol bu cür olmalıdır. 34 Çıraqdanın gövdəsində də tumurcuq və qönçələrlə növbələşən, badam çiçəyinə bənzər dörd gül olmalıdır. 35 Çıraqdanın gövdəsindən ayrılan altı qolun hər cütünün altında bir tumurcuq olmalıdır. 36 Tumurcuqlar, qollar, ümumiyyətlə, çıraqdan bütöv bir qızıl parçasından, xalis, döymə qızıldan düzəldilməlidir.+ 37 Çıraqdan üçün yeddi çıraq düzəldin. Çıraqlar yananda qabaq tərəfi işıqlandırmalıdır.+ 38 Maşalar və xəkəndazlar xalis qızıldan olmalıdır.+ 39 Çıraqdan və onun bütün avadanlığı bir talant* xalis qızıldan düzəldilməlidir.
-