-
Çıxış 30:1—5Müqəddəs Kitab
-
-
30 Buxur yandırmaq üçün akasiya ağacından qurbangah düzəldin.+ 2 Qurbangah dördbucaq şəklində olsun, eni və uzunu bir qulac*, hündürlüyü isə iki qulac. Buynuzları qurbangahla bir bütöv olmalıdır.+ 3 Qurbangahın hər yerinə, üstünə, yanlarına və buynuzlarına xalis qızıl çəkin. Kənarlarına qızıldan haşiyə vurun. 4 Hər tərəfdə iki-iki olmaqla, iki tərəfdə haşiyənin altına qızıl halqa bərkidin. Qurbangahı daşıyanda şüvülləri bu halqalardan keçirəcəksiniz. 5 Şüvülləri akasiya ağacından düzəldin və üstünə qızıl çəkin.
-