-
Çıxış 18:2—4Müqəddəs Kitab
-
-
2 Musa arvadı Səfurəni geri göndərəndən qayınatası Yətra qızını 3 iki oğlu+ ilə birlikdə yanında saxlayırdı. Oğlanlardan birinin adı Hirsəm*+ idi. Musa: «Yad eldə qərib oldum», — deyərək ona bu adı vermişdi. 4 O biri oğlunun adı Əlyəzər* idi. Musa ona ad verəndə: «Atamın Allahı köməyimdir, məni fironun qılıncından qurtardı», — demişdi.+
-