- 
	                        
            
            2 Salnamələr 2:4Müqəddəs Kitab
 - 
                            
- 
                                        
4 İndi mən Allahım Yehovaya həsr etmək üçün Onun adına ev tikirəm. İstəyirəm ki, hər səhər-axşam,+ şənbə günlərində,+ təzə ay mərasimlərində+ və Allahımız Yehovanın bayramlarında+ orada, Allahın önündə ətirli buxur yandırım,+ hüzur çörəyi+ qoyum və yandırma qurbanları təqdim edim. Bu, İsrail üçün əbədi qaydadır.
 
 - 
                                        
 
- 
	                        
            
            Nəhəmya 10:32, 33Müqəddəs Kitab
 - 
                            
- 
                                        
32 Bundan əlavə, Allahımızın evində görülən xidmət üçün adambaşına hər il şekelin* üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.+ 33 Bu pulu şənbə günündə+, təzə ay mərasimlərində+ gətirilən hüzur çörəyi+, daimi taxıl təqdiməsi+ və daimi yandırma qurbanları üçün, eləcə də, bayramlar+ və müqəddəs şeylər üçün, İsrailin günahlarının kəffarəsi olaraq gətirilən günah qurbanları+ və Allahımızın evində görülən bütün işlər üçün istifadə edəcəyik.
 
 -