-
Saylar 4:15Müqəddəs Kitab
-
-
15 Yola düşmək vaxtı gələndə Harunla oğulları müqəddəs məkanın əşyalarının və onun bütün avadanlığının üstünü örtüb+ qurtarandan sonra Kəhat oğulları gəlib onu daşısınlar.+ Ancaq onlar müqəddəs məkanın əşyalarına toxunmamalıdırlar, əks halda, öləcəklər.+ Kəhat oğulları Hüzur çadırına aid olan bu şeylərə cavabdehdirlər.
-
-
Saylar 4:24—26Müqəddəs Kitab
-
-
24 Hirsənlilərin ailələrinin cavabdeh olduğu və daşıyacaqları şeylər bunlardır:+ 25 onlar Müqəddəs çadırın alt örtüyünü,+ Hüzur çadırını, onun örtüyünü və ən üstdən salınan suiti dərisindən olan örtüyü,+ Hüzur çadırının giriş pərdəsini,+ 26 həyətin parça çəpərini+, Müqəddəs çadırı və qurbangahı dövrələyən həyətin giriş pərdəsini+, iplərini və xidmət zamanı işlədilən bütün avadanlıqları daşısınlar. Bu, onların işidir.
-
-
Saylar 4:31—33Müqəddəs Kitab
-
-
31 Onların Hüzur çadırındakı xidmətinə bu şeyləri daşımaq daxildir:+ Müqəddəs çadırın çərçivələrini+, şüvülləri+, sütunları+, oyuqlu altlıqları,+ 32 həyətin dirəklərini+, onların oyuqlu altlıqlarını+, mıxları+, ipləri, eləcə də bunların bütün ləvazimatını. Həmçinin bunlarla bağlı bütün işləri görməlidirlər. Hər kəsi adbaad çağırıb müəyyən avadanlığı daşımağa cavabdeh təyin elə. 33 Merar oğullarının ailələri+ kahin Harunun oğlu İsamarın rəhbərliyi altında Hüzur çadırında bu xidməti icra etməlidirlər».+
-