-
Saylar 16:39, 40Müqəddəs Kitab
-
-
39 Kahin Əlyazar yanan adamların gətirdiyi mis buxurdanları götürüb qurbangahın üstünə vurmaq üçün döydü. 40 Yehova Musa vasitəsilə ona belə demişdi. Bu, israillilərə xatırlatmalı idi ki, Harunun nəslindən olmayan kənar adamlardan heç kim Qarun və onun tərəfdaşları+ kimi hərəkət etməməli, buxur yandırmaq+ üçün Yehovanın hüzuruna gəlməməlidir.
-
-
1 İşmuil 6:19Müqəddəs Kitab
-
-
19 Amma Yehova Beyt-Şəms əhalisini qırıb tökdü, çünki onlar Onun sandığına baxmışdılar. Allah 50 070 adamı məhv etdi. Xalq Yehovanın onlara verdiyi böyük müsibətə+ görə yas tutdu.
-
-
2 Salnamələr 26:16Müqəddəs Kitab
-
-
16 Amma o, güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı. O, Allahı Yehovaya xainlik etdi, buxur qurbangahında buxur yandırmaq üçün Yehovanın məbədinə girdi.+
-
-
2 Salnamələr 26:18Müqəddəs Kitab
-
-
18 Onlar Üziyyə padşaha qarşı durdular və dedilər: «Üziyyə, Yehovaya buxur yandırmaq sənin işin deyil!+ Buxur yandırmaq yalnız kahinlərin işidir, çünki onlar Harun övladlarıdır,+ bu işə onlar təyin olunublar. Müqəddəs məkandan çıx. Sən xainlik etdin, bu hərəkətinə görə Yehova Allahın razılığını qazanmayacaqsan».
-