-
Hakimlər 3:14Müqəddəs Kitab
-
-
14 İsraillilər on səkkiz il Muab padşahı Əcluna qulluq etdilər.+
-
-
Hakimlər 6:1—5Müqəddəs Kitab
-
-
6 İsraillilər yenə də Yehovanın bəyənmədiyi pis işlər gördülər.+ Buna görə də Yehova onları yeddi il Mədyənə tabe etdi.+ 2 Mədyən İsrailin üzərində ağalıq edirdi.+ İsraillilər mədyənilərin əlindən dağlarda, mağaralarda, əlçatmaz yerlərdə özləri üçün sığınacaqlar* düzəldirdilər.+ 3 Elə ki israillilər əkin əkirdilər, mədyənilər, əmaliqələr+ və şərqlilər+ onlara hücum edirdi. 4 Onlar İsrail torpağına girib düşərgə salır, Qəzzəyə qədər ölkənin bütün məhsulunu məhv edirdilər. İsraildə ərzaq qoymurdular, ölkədə mal-qara, qoyun-quzu, ulaq qalmırdı.+ 5 Çünki onlar öz heyvanları və çadırları ilə gəlirdi, sayları çəyirtkə kimi çox olurdu.+ Adamların və dəvələrin sayı-hesabı olmurdu.+ Onlar gəlib ölkəni viran qoyurdular.
-