11 Buəz ona cavab verdi: «Ərin öləndən sonra qayınanan üçün etdiyin hər şeydən, ata-ananı və doğma yurdunu qoyub tanımadığın bir xalqın yanına gəlməyindən xəbərim var.+ 12 Qoy Yehova sənə bunun əvəzini versin!+ Qanadları altına sığındığın+ İsrailin Allahı Yehovadan bol-bol mükafat alasan!»