-
Yaradılış 19:12, 13Müqəddəs Kitab
-
-
12 Qonaqlar Luta dedilər: «Şəhərdə daha kimin var? Kürəkəndən, oğuldan, qızdan, qohum-əqrəbadan kimin varsa, hamısını buradan çıxart. 13 Biz bu yerin külünü göyə sovuracağıq, çünki buranın camaatının əlindən çəkilən fəryadlar Yehovanın dərgahınacan gəlib çatıb.+ Ona görə də Yehova bizi göndərib ki, buranı yerlə yeksan edək».
-