-
1 İşmuil 18:6—8Müqəddəs Kitab
-
-
6 Davud və döyüşçülər filiştliləri darmadağın edib geri qayıdanda bütün İsrail şəhərlərindən qadınlar əllərində qaval və setar mahnı oxuyub+ rəqs edə-edə+ sevinc içində Talutu qarşılamağa çıxırdılar. 7 Şənlik edən qadınlar oxuyurdular:
«Talut qırdı minləri,
Davudsa on minləri».+
8 Bu nəğmə Talutun çox acığına gəldi,+ o qəzəblənib dedi: «Davuda on minləri deyirlər, mənə isə minləri. Bircə bu qalıb ki, taxt-tacı da ona versinlər!»+
-
-
1 İşmuil 29:4, 5Müqəddəs Kitab
-
-
4 Lakin Filişt hakimləri ona hirslənib dedilər: «Onu geri göndər, qoy qayıdıb ona verdiyin yerə getsin.+ Bizimlə döyüşə getməsin, yoxsa döyüş vaxtı bizə qarşı çıxar.+ Ağasının rəğbətini qazanmaqdan ötrü onun üçün adamlarımızın başından yaxşı nə ola bilər? 5 Məgər camaat bu Davud üçün rəqs edib oxumurdu:
“Talut qırdı minləri,
Davudsa on minləri”?»+
-