-
2 Padşahlar 24:11Müqəddəs Kitab
-
-
11 Şəhər mühasirədə ikən Babil padşahı Navuxodonosor ora gəldi.
-
-
2 Salnamələr 36:7Müqəddəs Kitab
-
-
7 Navuxodonosor Yehovanın məbədindən bəzi əşyaları götürüb Babilə apardı və onları Babildəki sarayına qoydu.+
-
-
2 Salnamələr 36:18Müqəddəs Kitab
-
-
18 O, Allahın evindəki balaca, böyük, bütün əşyaları, Yehovanın evindəki xəzinəni, padşahın və əyanlarının xəzinələrini — hər şeyi Babilə apardı.+
-
-
Dənyal 1:1, 2Müqəddəs Kitab
-
-
1 Yəhuda padşahı Yəhyakimin+ hakimiyyətinin üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı.+ 2 Yehova Yəhuda padşahı Yəhyakimi və Allahın evinin əşyalarını ona təslim etdi.+ O, əşyaları Şinar* diyarına,+ öz allahının evinə gətirdi və allahının xəzinəsinə qoydu.+
-
-
Dənyal 5:2Müqəddəs Kitab
-
-
2 Bəlşəzzar şərabdan keflənəndə buyruq verdi ki, atası Navuxodonosorun Yerusəlimdəki məbəddən götürdüyü qızıl, gümüş qabları gətirsinlər+ və padşah, əyanları, cariyələri, kiçik hərəmləri onlarda içki içsin.
-