10 Qardaşlar, pisliyə qatlaşmaqda+ və səbirli olmaqda+ Yehovanın adından danışmış peyğəmbərlərdən nümunə götürün.+ 11 Budur, biz axıradək dözənləri xoşbəxt sayırıq.+ Siz Əyyubun dözümü haqqında eşitmisiniz+ və Yehovadan gələn nəticəni görmüsünüz.+ Yehova çox mehriban və mərhəmətlidir.+