Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 2 Padşahlar 22:18, 19
    Müqəddəs Kitab
    • 18 Lakin sizi Yehovaya müraciət etməyə göndərən Yəhuda padşahına deyin ki, eşitdiyi sözlərə gəlincə, İsrailin Allahı Yehova belə deyir: 19 “Sən ki bu yerlə sakinlərinin bəla və lənət hədəfi olacaqlarını dediyimi eşidəndə ürəyin sızladı, özünü Mənim, Yehovanın önündə aşağı tutdun,+ yaxanı cırıb+ hüzurumda ağladın, Mən də səni eşitdim, — Yehova belə bəyan edir. —

  • 2 Salnamələr 33:13
    Müqəddəs Kitab
    • 13 Mənəssə durmadan Allaha yalvarıb-yaxardı. Allah onun yalvarışlarını qəbul etdi, lütf dualarını eşitdi və onu Yerusəlimə, taxtına qaytardı.+ Onda Mənəssə anladı ki, Yehova tək olan Allahdır.+

  • Zəbur 22:24
    Müqəddəs Kitab
    • 24 O, məzlumun dərdini rədd etmədi,+

      Sitəmindən iyrənmədi,

      Ondan üz döndərmədi,+

      Fəryadını eşitdi.+

  • Zəbur 34:18
    Müqəddəs Kitab
    • 18 Yehova qəlbisınıqlara yaxındır,+

      Pərişan insanları azad edir.+

  • Məsəllər 28:13
    Müqəddəs Kitab
    • 13 Günahlarını ört-basdır edən xeyir tapmaz,+

      Günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər.+

  • Əşiya 57:15
    Müqəddəs Kitab
    • 15 Əbədi var olan,+ ismi müqəddəs olan,+

      Uca, Ulu Tanrı belə deyir:

      «Mənim məskənim yüksək, müqəddəs yerdədir.+

      Həm də məzlum, fağır adamların arasındadır ki,

      Fağırın ruhunu dirçəldim,

      Zülm çəkənlərin qəlbini dirildim.+

  • Luka 15:22—24
    Müqəddəs Kitab
    • 22 Atası isə nökərlərinə əmr etdi: “Tez olun! Ən gözəl xələti gətirib oğluma geyindirin. Barmağına üzük taxın, ayaqlarına səndəl geyindirin. 23 Bəslənmiş dananı gətirib kəsin, yeyək-içək şadlanaq. 24 Çünki mənim bu oğlum ölmüşdü dirildi,+ itmişdi tapıldı”. Onlar şənliyə başladılar.

  • Luka 18:13, 14
    Müqəddəs Kitab
    • 13 Vergiyığan isə uzaqda durub gözlərini də göyə qaldırmağa cürət etmirdi, amma sinəsinə vurub deyirdi: “Ya Allah, mən günahkara rəhmin gəlsin”.+ 14 Bunu bilin ki, bu adam fərisidən daha saleh sayılaraq evinə getdi.+ Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş