-
Mark 15:24Müqəddəs Kitab
-
-
24 İsanı dirəyə mıxladılar, sonra püşk atıb paltarlarını öz aralarında bölüşdürdülər.+
-
-
Yəhya 19:23, 24Müqəddəs Kitab
-
-
23 Əsgərlər İsanı dirəyə mıxlayandan sonra onun üst paltarlarını dörd yerə böldülər, hər əsgərə bir pay düşdü. Köynəyini də götürdülər. Amma köynəyi tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. 24 Ona görə də bir-birilərinə dedilər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək».+ Beləcə, Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, libasım üçün püşk atdılar»,+ — sözləri yerinə yetdi. Bəli, əsgərlər məhz belə də etdilər.
-