21 Talut dedi: «Qızı ona verib onu tələyə salaram. Beləcə, Davudu filiştlilərin əli ilə məhv edərəm».+ Onda Talut ikinci dəfə Davuda dedi: «Bu gün mənimlə qohum olacaqsan*».
25 Onda Talut dedi: «Davuda belə deyin: “Padşah səndən başlıq istəmir.+ Padşahın düşmənlərindən qisas almaq üçün yüz filiştlinin sünnət ətini+ gətirsən, bəsdir”». Bu fəndlə Talut Davudu filiştlilərin əlilə aradan götürmək istəyirdi.