-
İbranilərə 10:5—9Müqəddəs Kitab
-
-
5 Buna görə də Məsih dünyaya daxil olanda Allaha belə demişdi: «Sən qurban və təqdimə istəmədin, lakin mənə bədən hazırladın. 6 Yandırma qurbanları, günah qurbanları Sənə məqbul deyildi.+ 7 O zaman dedim: “Ey Allah, budur, gəlmişəm Sənin iradəni yerinə yetirim+ (tumarda mənim haqqımda yazılıb)”». 8 O, əvvəlcə belə deyir: «Sən qurban, təqdimə, yandırma qurbanları və günah qurbanları istəmədin, bunlar sənə məqbul deyildi». Bu qurbanlar Qanuna görə təqdim edilir. 9 Sonra əlavə edir: «Budur, gəlmişəm Sənin iradəni yerinə yetirim».+ Beləliklə, o, ikincini təsis etmək üçün birincini ləğv edir.
-