-
2 Salnamələr 1:10—12Müqəddəs Kitab
-
-
10 Mənə hikmət ver, bilik ver ki,+ bu xalqı idarə edim, axı bu boyda xalqa kim hökm edə bilər?»+
11 Allah Süleymana dedi: «Madam ki Məndən bunu dilədin, Məndən var-dövlət, şan-şöhrət, düşmənlərinin ölümünü diləmədin, uzun ömür istəmədin, səni üzərində hökmdar qoyduğum xalqıma hökm etmək üçün bilik, hikmət istədin,+ 12 sənə nəinki hikmət və bilik verəcəyəm, üstəlik, var-dövlət, şan-şöhrət də verəcəyəm. Belə var-dövlət, şan-şöhrət nə səndən əvvəlki padşahlarda olub, nə də sonrakı padşahlarda olacaq».+
-