21 Musa əlini dənizin üzərinə uzatdı.+ Yehova bütün gecə qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub dibini qurutdu.+ Sular iki yerə ayrıldı.+ 22 İsraillilər quru yolla dənizin ortasından keçdi.+ Sular isə onların sağ və sol tərəfində divar kimi dururdu.+