-
Qanunun təkrarı 4:29Müqəddəs Kitab
-
-
29 Amma əgər orada Allahınız Yehovanı axtarsanız, bütün qəlbinizlə, bütün varlığınızla Onun harayında olsanız, mütləq Onu tapacaqsınız.+
-
-
Qanunun təkrarı 30:1—4Müqəddəs Kitab
-
-
30 Bütün bu sözlər, qarşınıza qoyduğum xeyir-dua və lənətlər+ gerçəkləşəndə və Allahınız Yehovanın sizi səpələdiyi+ xalqların arasında bunları yadınıza salanda+ 2 özünüz və övladlarınız bütün qəlbinizlə, bütün varlığınızla+ Allahınız Yehovaya sarı dönüb+ Onun sözünə, bu gün sizə buyurduğum əmrlərə itaət etsəniz, 3 Allahınız Yehova əsir düşənlərinizi geri qaytaracaq.+ Allahınız Yehova rəhm edib+ sizi pərən-pərən saldığı xalqların arasından toplayacaq.+ 4 Hətta dünyanın qurtaracağında da olsanız, Allahınız Yehova sizi yığıb geri qaytaracaq.+
-
-
1 Padşahlar 8:47, 48Müqəddəs Kitab
-
-
47 və orada ağılları başlarına gəlsə,+ əsarətdə olduqları ölkədə Sənə sarı dönsələr,+ “günah etmişik, qələt eləmişik, nahaq belə etdik”+ deyib yalvarsalar, lütfünü diləsələr,+ 48 əsir getdikləri yağı diyarında sidq-ürəkdən+, can-dildən Sənə tərəf dönsələr, ata-babalarına verdiyin ölkəyə, seçdiyin şəhərə, adına tikdiyim evə tərəf üz tutub dua etsələr,+
-